BAKU Azərbaycan
23.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Oktyabrın 13-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib. Bu haqda Milli Məclisin Mətbuat vəictimaiyyətlə əlaqələr şöbəsindən saytımıza məlumat verilib.

Komitənin sədri Tahir Mirkişili bildirib ki, iclasın gündəliyinə 5 məsələ daxil edilib. Gündəliyin birinci məsələsi - “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə məlumat verən komitə sədri diqqətə çatdırıb ki, bu qanun layihəsi mühasibat uçotunu məcburi qaydada elektron formada aparacaq mühasibat uçotu subyektlərinin (hüquqi və fiziki şəxslərin) dairəsinin müəyyən edilməsi məqsədilə hazırlanıb. Bu dəyişiklik Vergi Məcəlləsində təsbit olunan elektron auditin aparılmasına dəstək verəcək, həmçinin layihədə qeyd olunan vergi ödəyiciləri tərəfindən müvafiq məlumatların aidiyyəti üzrə təqdim edilməsi sahəsində operativliyi artıracaqdır. Dəyişikliyə əsasən, vergi daxilolmalarında xüsusi çəkisi yüksək olan, məşğul olduqları fəaliyyət sahələri dövlət üçün strateji əhəmiyyət kəsb edən iri və orta sahibkarlıq subyektlərinin, qanunla təsdiq edilmiş hasilatın pay bölgüsü, əsas ixrac boru kəməri haqqında və digər belə sazişlər və ya qanunlar, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti haqqında qanunlar çərçivəsində fəaliyyət göstərən vergi ödəyicilərinin mühasibat uçotunun elektron qaydada aparılması təklif olunur. Bu qanunun 3.1-1.3-cü maddəsi Azərbaycan Respublikasının Mərkəzi Bankına şamil edilmir.

Məsələ barədə çıxış edən komitə üzvləri Vüqar Bayramov, Elnur Allahverdiyev, Vahid Əhmədov, Mahir Abbaszadə, İqbal Məmmədov, Ziyad Səmədzadə qanun layihəsinin əhəmiyyətindən danışıblar, onun ölkə iqtisadiyyatının inkişafına töhfə verəcəyinə əminliklərini ifadə ediblər.

Sonra iclasda iştirak edən maliyyə nazirinin müavini Azər Bayramov, Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev deputatların suallarını cavablandırıblar, onların qaldırdıqları məsələlərə aydınlıq gətiriblər.

Qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili gündəliyin ikinci məsələsi olan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) haqqında məlumat verib. O, bildirib ki, bu qanunun icrası ilə əlaqədar 17 qanuna dəyişiklik təklif olunur. Dəyişikliklər ödəniş xidmətlərinin daha da təkmilləşdirilməsinə xidmət edir.

Bu qanun layihəsi də birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

Sonra iclasda ikinci oxunuşda olan “Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik edilməsi barədə iki qanun layihəsinə, həmçinin “Poçt haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinə təklif olunan dəyişikliklərə də baxılıb. Hər üç qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda Milli Məclisin deputatları Əli Məsimli, Məzahir Əfəndiyev, Dövlət Vergi Xidmətinin Hüquq Baş idarəsinin müdiri Anar Rzayev və digər rəsmi şəxslər iştirak ediblər.

Son xəbərlər

"Gücümüz birliyimizdə, həmrəyliyimizdədir"

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin ümumrespublika seminarı keçirilib

Xarici ticarət iştirakçıları ilə görüş keçirilib

Mən Göyçəyə dönəcəm!

Gəmi-muzeydə Beynəlxalq Muzeylər Günü qeyd olunub

"Dövlət maraqlarımıza hörmət edən bütün siyasi qüvvələrlə əməkdaşlıq ediləcək" - Deputatdan AÇIQLAMA

BDU-DA CƏFƏR CABBARLININ 125 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ SƏRGİ-KONFRANS KEÇİRİLİB

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına media-tur təşkil olunub

BAKI BAŞ GÖMRÜK İDARƏSİNDƏ İCTİMAİ ŞURA ÜZVLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

“Sonuncu əmr” romanının ictimai müzakirəsi keçirildi

Bakı Dövlət Universitetində “Küveyt dərsi” keçirilib

Azərbaycanın tanınmış eksperti BMT-nin nüfuzlu qurumuna sədr seçilib

TƏBİƏTLƏ BAĞLI ƏFSANƏ- BU DƏFƏ SEVİNC XƏLİLQIZINDAN

DGK yanında ictimai şuranın iclası keçrilib

Milli QHT Forumunun İdarə Heyətinin yeni sədri seçildi

Qara Brilliant klubunun yetirməsi Respublika birincisi olub

Əyilməz ruhumuzun rəmzi Şuşa tarixin yeni dövründə

Ulu Öndər Heydər Əliyev Bişkekdə anılıb

“Azərbaycan İslam həmrəyliyinə növbəti töhfə vermiş oldu”

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Şəhid Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanları ailələri Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Kazanda “BİRLİK: Xatırlayırıq, Miras alırıq, Qürur duyuruq!” layihəsi çərçivəsində stend açılıb

Qafqaz Tarixi Mərkəzi-Türkiyə Təmsilçiliyi qardaş Türkiyədə

DGK və ƏƏSMN yanında İctimai Şuraların üzvüləri Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTOLAR

Azərbaycan-Bolqarıstan tərəfdaşlığı uğurla davam edir

Murmanskda Qələbə Günü münasibətilə keçirilən “Berlinə gedən yol” adlı tədbirə soydaşlarımız da qatılıblar

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Azərbaycanın və Slovakiyanın  siyasi əlaqələri yüksək səviyyədədir

İordaniyada Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilmişdir – FOTOLAR

Müasir Azərbaycan dövlətçiliyinin banisi

Bütün xəbərlər