BAKU Azərbaycan
4.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Ümummili lider Heydər Əliyevin əziz xatirəsi təkcə ürəklərdə deyil, sənət əsərlərində, musiqidə əbədiləşərək tarixin yaddaşına köçüb. Onun ömür yolu hələ neçə-neçə sənət əsərlərinə qanad verəcək, neçə-neçə musiqi əsərində Heydər Əliyevin şəxsiyyəti canlanacaqdır…
10 mart 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və Müslim Maqomayev adın 26 saylı Onbirillik Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Musiqidə əbədiləşən ömür” adlı tədbir həyata keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Azərbaycan Respublikasının əməkdar artisti Aygün Bəylər, Müslim Maqomayev adın 26 saylı Onbirillik Musiqi Məktəbinin direktoru Gülşən Quliyeva və məktəbin pedoqoji kollektivi, şagirdlər və valideynləri iştirak edirdilər.
Tədbir Ümummilli Liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi.
Tədbirdə dünya şöhrətli siyasətçi, ədəbiyyat və sənət adamlarımızın böyük dostu və xeyirxahı xalqımızın ümummilli lideri Heydər Əliyevin müxtəlif tədbirlərdə sənət adamları ilə görüşlərindən, onlara göstərdiyi qayğı və diqqətdən söhbət açılan video çarxların nümayişi ilə məktəbin şagirdlərinin ifalarında Ümummilli Liderimizin ən çox sevdiyi mahnılar, musiqilər və şeirlər səsləndirildi. Belə ki, Elxan Məmmədlinin ifasında “Azərbaycanım”(R.Hacıyev), Gülyaz Həsənzadənin ifasında “Dünya sənin, Dünya mənim”(N.Musayev), violində Səid Məmmədov, Aylin Məmmədli və “Buta” qanun çalanlar ansamblının ifalarında sözləri S.Əliyevanın olan “Ana” musiqisi, Tunar Əmirovun ifasında xalq mahnısı “Küçələrə su səpmişəm”, tarda Azadi Sübhanın ifasında “Çahargah” rapsodiyası (H.Rzayev), Turan Səfərovanın “Sən elə bir zirvəsən”( Kamal), Gülyaz Həsənzadənin ifasında “Alagöz”( C Cahangirov), Ağabəyli Mehribanın ifasında “Sənə də qalmaz”( T.Quliyev), “Fantaziya” violin çalanlar ansamblının ifalarında “Azərbaycan” (M.Maqomayev), Gülyaz Həsənzadə, Tunar Əmirov, Elxan Məmmədlinin ifalarında “Qarabağ şikəstəsi” səsləndi.
Sonda Azərbaycan Respublikasının əməkdar artisti Aygün Bəylər əvvəlcə gözəl xatirələri yada salaraq “Heydər Əliyev dahi şəxsiyyətdir. Ulu Öndərlə bağlı gözəl xatirələrim var. 1998-ci ildə məhz ümummilli liderimiz Heydər Əliyev məni Əməkdar artist fəxri adı ilə təltif edib. Ümummilli Lideimiz bizim xatirələrimizdə hər zaman yaşayıb, yaşayır və yaşayacaqdır” söylədi. Daha sonra Aygün Bəylər Ümummili Liderin ən çox sevdiyi mahnılardan biri olan “Tut ağacı” mahnısını ifa etdi.
Tədbirdə çıxış edənlər- Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva bildirdilər ki, dünya şöhrətli siyasətçi, xalqımızın ümummilli lideri Heydər Əliyev xalqımızın dərin köklərə malik olan milli musiqisinin və eyni zamanda professional musiqi sənətinin gözəl bilicisi idi. Milli və professional musiqimizin dünyada tanınması, bəstəkarların, ifaçıların və musiqişünasların fəaliyyətinin yüksək qiymətləndirilməsi, yaradıcılıq evlərinin tikilməsi, maddi təminatlarının yaxşılaşdırılması, fəxri adlar, orden və medallarla təltif olunması və daha neçə-neçə bu cür əvəzsiz xidmətlər məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu fikrləri Ümummilli Liderin qayğı və diqqəti sayəsində yüksək sənət zirvələri fəth etmiş hörmətli sənətkarlarımız da dönə-dönə vurğulayırlar. Bu gün də sənət adamlarına, mədəniyyətə, incəsənətə olan yüksək diqqət və qayğı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. “Biz muğamı gələcək nəsillərə qəlbimizin və ruhumuzun bir hissəsi kimi miras qoyuruq”, – söyləyən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan muğamının dünya səviyyəsində tanıdılmasında əməyi əvəzsizdir.
Sonda qonaqlar və kollektivlə xatirə fotosu çəkildi.

Son xəbərlər

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

Kitabxanada akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi qeyd olundu

Bütün xəbərlər