BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

2 fevral – Gənclər Günü münasibətilə ölkədə 30 ildən artıq fəaliyyət göstərən, aktiv gənclər təşkilatlarından birinin rəhbəri, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) sədri, YAP İdarə Heyətinin üzvü Asif Əsgərli ilə müsahibəni sizlərə təqdim edirik.

- Dövlətin gənclər siyasəti nə dərəcədə öz müsbət effektini verib?
Əvvəla onu qeyd edim ki, Azərbaycan çox az ölkələrdəndir ki, gənclər siyasətini öz dövlət siyasətinin əsas prioritetlərindən birinə çevirib. Müstəqillik əldə etdiyimiz ilk illərdə ölkəmizdə formal olaraq gənclər siyasəti haqqında qanun olsa da, onun heç bir mexanizmi və icrası yox idi və təbii ki, gənclərə yönəlik heç bir dövlət addımı da atılmırdı. Amma 1994-cü ildən ölkəmizdə gənclər sahəsində dövlət siyasəti və addımları atılmağa başlayandan ta bu günə qədər bu siyasət öz təsirini və effektivliyini göstərməyə başladı. Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir və bütün təbəqələrdən olan gənclər qruplarını əhatə etməklə istənilən maraq və ehtiyacları üzə çıxarır və onların qarşılanmasını təmin edir.
İlk növbədə müsbət effektiv təsirlər gənclərə dövlət dəstəyi və qayğısının göstərilməsində, onların bacarıq, istedad və qabiliyyətlərinin üzə çıxarılmasına imkanların yaradılmasında, gənclərin özlərini cəmiyyətdə qərar qəbuletmə və icraçılıqda bərabərhüquqlu və etibarlı tərəfdaş kimi hiss etməsində, sağlam nəsil olaraq milli və dövlətçilik maraqlarının qorunması və müdafiəsində birgə çıxış etməsində özünü bariz şəkildə göstərmişdir.
Digər müsbət effektiv təsirlər kimi gənclərimizin artıq müasir bilik, təcrübə və texnologiyalara yiyələnmələrini, zamanın tələb və istəkləri ilə ayaqlaşa bilmələrini və onlarda yaxın və uzaq xaricdə özlərini və mənsub olduqları dövləti layiqincə təmsil etmək ənənələrinin formalaşmasını qeyd etmək lazımdır. Təbii ki, bütün bunlara dövlət və onun müvafiq strukturları illərlə vaxt sərf etdi, hüquqi və maliyyə bazası formalaşdırdı və ağıllı və real nəticələrə hesablanan addımlar atmaqla nail oldu.
- 2 fevral – Gənclər Gününün gənclərin dövlətə və özünəinam baxımdan nə kimi rolu var?
2 fevral – Gənclər Gününun Azərbaycanda təsis olunması və onun hər il milli səviyyədə, yüksək şəraitdə qeyd olunması və bu ənənənin artıq 21 ildi davam etməsi bir daha onu göstərir ki, bu gün sıradan olan bir peşə və ya sahə bayramı deyil. Ulu Öndər Heydər Əliyev 1997-ci ildə bu günün – 2 fevral Gənclər Günün təsis olunması haqda sərancam verərkən, bir tərəfdən cəmiyyətin bu böyük təbəqəsinin xüsusi günün olmasının əhəmiyyətini çatdırdısa, digər tərəfdən də gənclərdə dövlətə və özlərinə inam hisslərinin, cəmiyyətin seçilən, avanqard və etibarlı qüvvəsi kimi formalaşmasını təmin etdi. Yalnız bü günlə deyil, hər an, hər zaman Azərbaycan gəncində bir inam var ki, onun arxalana biləcək, gücünə güc qatacaq, qayğı və problemlərinə diqqət ayıracaq, onun üçün müxtəlif şərait və imkanlar yaradacaq dövləti var. 2 fevral – Gənclər Gününün təsis olunması yalnız gənclər siyasəti sahəsindəki hökumət strukturunun deyil, digər icra qurumlarının
da və eləcədə bu istiqamətdə fəaliyyət göstərən qeyri-hökumət gənclər təşkilatlarının da gənclər qarşısında məsuliyyət və vəzifələrini ortaya qoymuş oldu. Bu gün Azərbaycan gəncləri yalnız Gənclər və İdman Nazirliyi (GİN) və onun yerli strukturlarına deyil, istənilən məsələ ilə bağlı müxtəlif hökumət qurumlarına müraciət edir, öz problem və istəklərini çatdırır və onlardan da öz maraq və ehtiyaclarına uyğun dəstək alır. Budur gənclərin dövlətə inamı, etibarı və dövlətin də gənclərə qayğı və diqqəti. Bütün bu məsuliyyət hisslərini aşılayan məhz 2 fevral – Gənclər Günü və onun təsiridir.
- Bu gün Azərbaycan gəncliyi istər ölkə daxilində, istərsə də xaricdə vətəndaş mövqeyini ortaya qoya bilibmi?
Təbii ki, yuxarıda sadaladığım kimi Azərbaycan gəncləri bu gün öz bacarıq, intellekt və təcrübəsini artırıb yeni-yeni bilik və texnologiyalara yiyələnməklə yanaşı sağlam vətəndaş mövqeyini də ortaya qoya bilir, vətənpərvərlik hisslərini özündə yaşatmaqla hər zaman milli və dövlətçilik kursuna sadiqliyini nümayiş etdirir. Bir məsələni qeyd edim, 2016-cı ilin qısa müddətli aprel döyüşləri zamanı səmimi deyim heç bir təsir və resurslar işə salınmadan Azərbaycan gəncləri bir yumruq kimi olduğunu göstərdi, vətənpərvərlik hisslərini ortaya qoydu, hər an döyüşə hazır olduqlarını nümayiş etdirdi və 10-larla şəhid qardaşlarını ayaqda tutmaqla onlardan biri olmaqda şərəf duya biləcəklərini göstərdilər. Azərbaycan gəncləri hər zaman dövlətinə, millətinə bağlı vətəndaş mövqeyini göstərib, onu içdən və xaricdən zəiflətmək istəyən, ona qarşı təzyiqlər göstərmək istəyən istənilən qüvvənin qarşısında duranların ilk cərgəsində olanlardan olub ölkə gəncliyi. Azərbaycan gəncliyi eyni zamanda ölkəmizin haqlı ədalətli mövqeyinin müdafiəsində, onun dünyaya çatdırılmasında, dövlətimizə beynəlxalq dəstəyin qazandırılmasında da öz vətəndaş mövqeyini ortaya qoyub. Bir faktı da qeyd edim, Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya Ədalət” beynəlxalq kampaniyasını da dünyanın 100-ə yaxın ölkəsində aparan, təbliğ edən, bu genosidi dünya ictimaiyyətinə çatdıran və erməni faşizminin iç üzünü açıb göstərməkdə də əsas rupor məhz bizim sağlam gəncliyimizin vətəndaş mövqeyi idi. Gənclərimizin bu vətəndaş mövqeyi və fəaliyyəti bu gün də davam edir, Azərbaycanla bağlı istənilən məsələyə dərhal reaksiya verilir və konkret iş ortaya qoyulur. Bu işdə fəal gəncləri, gənclər təşkilatları və QHT-lərdə olan gənc həmkarlarımızla yanaşı xaricdə təhsil alan və orada şəbəkələşən tələbələrimizin də əməyini qeyd etmək lazımdır.
- QHT sektorunda gənclər nə dərəcədə aktivdirlər?
QHT sektorunda olan dostlarım, həmkarlarım məndən inciməzlər, deyərdim ki, bu sektorda ən fəallar, aktivlər məhz gənclər təşkilatları və gənclərin qurduqları digər QHT və vətəndaş cəmiyyəti təsisatlarıdır. Bu gün gənclər təşkilatlarının sanballı və effektli layihələri təkcə gənclər sahəsi ilə məhdudlaşmır. Gənclər təşkilatlarımız cəmiyyətimizə xas bütün sahə və istiqamətlərdə uğurlu layihə və proqramlar gerçəkləşdirirlər ki, bunun təsirləri də özünü real nəticələrlə göstərməkdədir. Gənclərin və onların təşkilatlarının çevik, operativ və mobilliyi QHT sektorunda da özünü göstərir. AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbərliyində olan şəxslərin və eləcə də Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi rəsmilərinin dillərindən dəfələrlə eşitmişəm ki, QHT sektorunda ən fəallar, ən yaxşı layihə keçirənlər əksər hallarda gənclər təşkilatları olurlar. Siz buna hər il QHT-lərə Dövlət Dəstəyi Şurasının açıqladığı
illik yekunda da layihələr üzrə verilən qiymətləndirmədə də əyani şəkildə görə bilərsiniz. Şura, digər donor və dövlət qurumlarının bir çox milli əhəmiyyətli, beynəlxalq səviyyəli layihə, proqram və kampaniyaların icrasını da məhz gənclər təşkilatlarına həvalə etməsi də bir daha gənclərin və onların təşkilatlarının QHT sektorunda həqiqətən aktiv olmalarının göstəricisidir.
- Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilat (ADTGT) olaraq gənclərin inkişafına nə kimi töhfənizi veribsiz?
Rəhbəri olduğum Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) 1995-ci ilin yanvar ayından fəaliyyət göstərir və ictimai birliyimizin əsas missiya və məqsədi ölkədə tələbə və gənclərin elmi, mədəni, intellektual inkişafına dəstək vermək, onların maariflənməsi və sosial inkişafı ilə vətəndaş cəmiyyətində gənclərin rolunun artırılmasına çalışmaq və gənclərin müxtəlif maraq və ehtiyaclarına ictimai vəkillik etməkdir. Bu istiqamətdə təşkilatımız bu günə qədər gənclərə yönəlik 100-dən artıq layihə və proqram həyata keçirmiş, gənclərimizin sosial inkişafına, müxtəlif bilik, bacarıq və təcrübələrə yiyələnmələrinə və fəal iştirakçılığına dəstək olan çoxsaylı tədbir və aksiyalar təşkil etmişdir. Bakıda və xüsusilədə regionlarımızda illərdi təşkil etdiyimiz, gənclərimizin hərtərəfli inkişafına, onların maariflənməsinə, biliklərə yiyələnmələrinə töhfə verən fəaliyyətlərimizdən, çap etdiyimiz vəsaitlərdən 10000-lərlə gəncimiz faydalanmışdır ki, bunlarda özünü gənclərin sonrakı iş təcrübələrində və peşəkarlıqlarında göstərmişdir. Xüsusən, qeyd edim ki gənclərin inkişafı baxımıdan ADTGT onlara formal təhsil və fəal iştirakçılıq sahəsində ilk töhfə verən QHT-lərdən biri olmuşdur. Təşkilatımız eyni zamanda gənclərimizin beynəlxalq əməkdaşlığına, inteqrasiya və mübadiləsinə yönəlik də xeyli uğurlu fəaliyyətdə bulunmuşdur. ADTGT hər zaman dövlətimizin haqlı-ədalətli mövqeyinin dünyaya tanıdılması, Azərbaycan haqqında müsbət imicin formalaşdırılması, ölkəmizin uğurlu model və təcrübəsinin beynəlxalq arenada yayılması istiqamətində də çox əhəmiyyətli layihələr həyata keçirmişdir ki, bunu da müxtəlif hökumət strukturları və milli donorlar xüsusi vurğulamışlar.
Biz Azərbaycanda təhsil, sosial-humanitar və iqtisadi infrastruktur layihələri həyata keçirən ilk təşkilatlardan da biri olmuşuq ki, bunun nəticəsində regionlarımızın 1000-lərlə, 10000-lərlə sakini fəaydalanmışlar. Bir rəqəmi deyim sizə, ADTGT-nin həyata keçirdiyi layihələrin maliyyə dəyəri 1 milyon 500 min manata yaxın olmuşdur ki, bunları milli donorlarla yanaşı müxtəlif hökumət, beynəlxalq təşkilat və fondların vəsaitləri təşkil etmişdir. ADTGT 2003-cü ildə Cənubi Qafqazda ilk QHT olaraq, uğurlu fəaliyyət və layihə idarəçiliyinə görə Avropa Şurasının "Avropanın Fəal Gənc Vətəndaşı” mükafatına layiq görülmüşdür. Eyni zamanda müxtəlif illərdə GİN tərəfindən "İlin fəal təşkilatı” və "Uğurlu fəaliyyətinə görə” nominasiyası üzrə fəxri diplom və fərmanlara layiq görülmüşdür. Təşkilatımız bir neçə beynəlxalq platforma, şəbəkə və ittifaqlarda təmsil olunmaqla da Azərbaycan gənclərinin söz və mövqeyini o tribunalara daşıyır.

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər