BAKU Azərbaycan
4.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

İyulun 30-da Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin “Maarifçiliyin inkişafı məqsədilə Azərbaycanın klassik və müasir ədəbiyyatının təbliği” adlı layihəsinin fəaliyyət planına uyğun olaraq Xızı şəhərində, Cəfər Cabbarlının ev muzeyində “Xızıda Cəfər Cabbarlı günü” adlı tədbir keçirildi. Tədbirin məqsədi milli-mənəvi dəyərlərimizin qorunması, maarifçiliyin təbliği istiqamətində klassik  ədəbiyyat nümayəndələrimizin həyat və yaradıcılığının öyrənilməsi, bu baxımdan Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan böyük maarifçi, görkəmli dramaturq C.Cabbarlının yaradıcılığının təbliğ olunmasıdır. Tədbirdə ziyalılar, tanınmış elm və mədəniyyət xadimləri, Cəfər Cabbarlının Bakıdakı və Xızıdakı Ev Muzeylərinin əməkdaşları, QHT sədrləri, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun ı, Azərbaycan Milli Konservatoriyasının, Dövlət İdarəçilik Akademiyasının əməkdaşlarXəzər Univeraiteti “Dünya Məktəbi”nin, A.Zeynallı adına Musiqi Kollecinin müəllim və tələbələri, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası və Yasamal MKS-nin 3 saylı filialının əməkdaşları,  muzey  işçiləri və KİV nümayəndələri iştirak etdilər. Proqrama uyğun olaraq əvvəl ədibin doğulduğu Xızı şəhərinə qonaqların gəzintisi təşkil  olundu, C.Cabbarlı Parkında böyük dramaturqun  abidəsi önünə çiçəklər qoyularaq xatirəsi anıldı.

Tədbir C.Cabbarlının ev muzeyində davam etdi. İB sədri Qəmər Bağırova qonaqları salamlayaraq tədbir iştirakçılarına layihə haqqında məlumat verdi və tədbiri açıq elan etdi. Sonra layihə çərçivəsində tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə, eləcə də “C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin hazırladığı, böyük dramaturqun zəngin həyat və yaradıcılığını əks etdirən maraqlı səyyar sərgi ilə tanış oldular. Cəfər Cabbarlı yaradıcılığının böyük tədqiqatçısı, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru, professor Asif Rüstəmli, Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri, dosent, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, Dövlət İdarəçilik Akademiyası Dillər kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Fərqanə Zülfüqarova, C.  Cabbarlı adına Respublika Gənclər Kitabxanasının Metodika, təminat və layihələrlə iş şöbəsinin müdiri Tamella Məmmədova öz çıxışlarında görkəmli dramaturqun zəngin bədii irsi və yaradııcılığı ilə bağlı həyata keçirdikləri yeni elmi- tədqiqat işlərindən, müxtəlif kitabxanaların elektron bazalarında C.Cabbarlı əsərlərinin yeni versiyalarının hazırlanaraq oxuculara təqdimatlarından söz açdılar, ədibin tərcüməçilik fəaliyyəti ilə bağlı  qonaqlara maraqlı məlumatlar  verdilər. Tədbir ədəbi-bədii proqramla davam etdirildi. C.Cabbarlı ocağının qonaqları, tanınmış incəsənət xadimləri, eləcə də gənc istedadlar dramaturqun müxtəlif  janrlarda yazdığı bədii nümunələrdən parçalar ifa etdilər. Bədii qiraətçilər Zülfiyyə Eldarqızı və Rəsmiyyə Heybətağa qızının ifasında yazıçının poeziya nümunələri səsləndirildi, gənc istedadlar- Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının əməkdaşı M.Həsənxanlı və A.Zeynallı adına Musiqi Kollecinin II kurs tələbəsi İ.Məmmədova dramaturqun pyeslərindən parçalar təqdim etdilər. Tədbirdə Azərbaycan ədəbiyyatının klassiki, görkəmli dramaturq, teatr və kino xadimi Cəfər Cabbarlının ədəbi irsinin təbliğindəki fəal iştirakına görə C.Cabbarlı adına Dövlət Teatr Muzeyinin əməkdaşı, muzeyin Fonoteka şöbəsinin müdiri Yaqutxanım Qurbanova, Xəzər Universiteti “Dünya Məktəbi”nin İctimaiyyətlə ƏIaqələr və Media şöbəsinin koordinatoru Afaq Qəmbərova,  Dövlət İdarəçilik Akademiyasının Dillər kafedrasının dosenti Fərqanə Zülfüqarova, həmin Akademiyanın əməkdaşı Murad Həsənxanlı, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədii qiraətçi Zülfiyyə Eldarqızı və Asəf Zeynallı adına Musiqi Kollecinin II kurs tələbəsu İradə Məmmədova “C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İB-nin “Diplom”ları ilə mükafatlandırıldılar. Tədbirin sonunda qonaqlara yazıçının həyat və yaradıcılığından bəhs edən bukletlər paylandı. Tədbir çay süfrəsi ilə yekunlaşdı.

  

Son xəbərlər

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

Kitabxanada akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi qeyd olundu

Bütün xəbərlər