BAKU Azərbaycan
4.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, vətənpərvər şair, publisist, jurnalist, BDU-nun kafedra müdiri, S.Yesenin, H.B.Zərdabi və bir çox mükafatların laureatı, Birinci Qarabağ müharibəsi veteranı Knyaz Aslan kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsinə “Cəbhədən əsgər gəlir” poemasını təqdim etdi.

Poemada Qarabağı, işğal altında olan torpaqlarımızı azad edən, Ali Baş Komandana Zəfər sorağı verərək əzəmətlə dayanan, qalib, müzəffər, igid, qəhrəman, tarix yazan Azərbaycan əsgərinin obrazı tərənnüm olunur. Şair qürurla  vurğulayır ki,  igid Azərbaycan əsgəri Cəbrayılı, Suqovuşanı, Qubadlını, Ağdamı, Füzulini, Zəngilanı, Şuşanı, Laçını, Kəlbəcəri  və başqa torpaqlarımızı azad edərək  xalqımıza Qələbə sevincini yaşatdı.

 

CƏBHƏDƏN ƏSGƏR GƏLİR

Cəbhədən əsgər gəlir!..

Ərən gəlir, nər gəlir!..

Açılıb nur qolları,

Üzü gülür yolların,

Oğul gəlir, ər gəlir!..

Cəbhədən əsgər gəlir!..

 

Cəbhədən əsgər gəlir!..

Sevinc içində hamı,

Boylanır məhəbbətlə...

Verib əsgər salamı,

Dayanıb əzəmətlə...

Qayıdır ön cəbhədən

Müjdəylə, şücaətlə...

Ona güvənir Vətən,

Döyüşüb mətanətlə...

 

Görüb qanlı savaşı,

Öpüb torpağı, daşı,

Eldə ucadır başı,

Gəlir, xoş xəbər gəlir,

Cəbhədən əsgər gəlir!..

 

Cəbhədən əsgər gəlir!..

Göylərdə dalğalanan

Bayraqlar rəngbərəngdir...

Azərbaycan!.. 

Türkiyə!..

Sədası həmahəngdir...

Əsgər paltarı geyən

Hər uşaq bir çələngdir!..

Bu gün güllər, çiçəklər

Qəşəngdən də qəşəngdir!..

 

Qurub inam dağını,

Qırıb işğal bağını,

Yarıb yağı bağrını,

Qələbə, zəfər gəlir,

Cəbhədən əsgər gəlir!..

Cəbhədən əsgər gəlir!..

Xoş müjdələr alınca

Ürəklər dönür şama,

Zəfər zəfər dalınca 

Məlhəm olur yarama...

 

Soraq var Cəbrayıldan,

Qubadlı yetir kama,

Suqovuşan azaddır,

Ağ gün doğur Ağdama...

 

Füzuli qəlb yarımız,

Zəngilan zər varımız,

Şuşa Şah damarımız, 

Laçın, Kəlbəcər gəlir,

Cəbhədən əsgər gəlir!..

 

Sərkərdəmiz əyninə 

Geydi əsgər libası,

Bağlandı bir-birinə

Xalqla ordu təması.

Şükür, qalmadı yerdə

Şəhidlərin qisası!..

 

İgidlər ön səngərdə

Tutdu düşmənə yası...

Şəhidlər baş tacımız,

Yaralılar acımız,

Qazilər əlacımız,

Əmrə səfərbər gəlir!

Cəbhədən əsgər gəlir!..

 

Otuz illik qəm bitib,

Təbiət gəlib cana,

Həsrət çəkən dağların

Nisgili çatıb sona,

Gözündə sevinc yaşı 

Şadlanır ata, ana...

 

Doğmalar iftixarla 

Dayanırlar yan-yana...

Uca tutub bayrağı,

Yetib şöhrətə, şana,

Qanla alıb torpağı,

Tarix yazıb zamana!..

 

Qaytarıb Qarabağı 

Anam Azərbaycana,

Verib Zəfər sorağı 

Ali Baş Komandana,

Qalib, müzəffər gəlir!..

Cəbhədən əsgər gəlir!..

Cəbhədən əsgər gəlir!..

 

 

Son xəbərlər

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

Kitabxanada akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi qeyd olundu

Bütün xəbərlər