BAKU Azərbaycan
4.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Sankt-Peterburqda “Dünyanın ana dilləri xəzinəsi: qorumaq və əzizləmək. Yerli xalqların dillərinin qorunmasının konteksti, siyasəti və təcrübəsi” mövzusunda II Beynəlxalq Yüksək Səviyyəli Konfrans keçirilmişdir.

Konfranas RF Millətlər İşləri üzrə Federal Agentliyi, RF Xarici İşlər Nazirliyi, YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Rusiya Komitəsi və Rəqəmsal İnkişaf Nazirliyinin dəstəyi ilə Regionlararası Kitabxana Əməkdaşlıq Mərkəzi və YUNESKO üzrə Rusiya Federasiyası Komissiyası, habelə Rusiya Federasiyasının YUNESKO yanında Daimi Nümayəndəliyi tərəfindən təşkil olunmuşdur.

Konfrans çoxdillik sahəsində milli siyasətin formalaşdırılması və həyata keçirilməsi üçün tövsiyə bazasının işlənib hazırlanmasına yardım etmək, çoxdilliliyin dəstəklənməsi, dillərin və mədəniyyətlərin qorunması və dirçəldilməsi maraqları naminə qabaqcıl rəqəmsal texnologiyalardan istifadənin intensivləşdirilməsi məqsədi daşıyırdı.

Tədbirdə Rusiyanın 50-dən çox regionundan və 40-dan çox xarici ölkədən 200-dən artıq ekspert iştirak etmişdir: hökumətlərarası, beynəlxalq, regional və milli qeyri-hökumət təşkilatlarının, hakimiyyət orqanlarının, yaddaş institutlarının nümayəndələri, sosial və humanitar elmlər, mədəniyyət sahəsində mütəxəssislər, təhsil, rabitə və informasiya, habelə vətəndaş cəmiyyəti institutlarının və özəl sektorun nümayəndələri iştirak etmişdir.

Konfransın təntənəli açılışı Tavriya Sarayında baş tutub. İştirakçıları Millətlərin İşləri üzrə Federal Agentliyin rəhbəri İ.V. Barınov, Sankt-Peterburqun vitse-qubernatoru A.A.Korabelnikov, YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Hökumətlərarası Şurasının sədri Pablo Migel Medina Himenez, YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Rusiya Komitəsinin sədri, Regionlararası Kitabxana Əməkdaşlıq Mərkəzinin baş direktoru, S.D.Bakeykin, Ekvatorial Qvineya Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri Luçiano Ayyekaba, Burundi Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Jozef Nkurunziza, Rusiya Federasiyası fin-uqor xalqları Assosiasiyası Şurasının sədri P.N.Tultayev, Rusiya Federasiyasının Şimal, Sibir və Uzaq Şərqin Yerli Azsaylı Xalqları Assosiasiyasının vitse-prezidenti N.Q.Veysalova salamladılar.

Xarici işlər naziri Sergey Lavrov konfrans iştirakçılarına salam məktubu göndərdi. 

Rusiya Federasiyası Baş nazirinin müavini T.A. Qolikova, müstəqil dövlətlər birliyi, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə federal agentliyin rəhbəri Y.A.Primakov, Rusiya Federasiyasının elm və ali təhsil nazirinin müavini D.S. Sekirinskiy  konfransa təbriklər göndərdilər.

Konfransın plenar iclaslar və tematik treklər çərçivəsində 65-dən çox məruzə dinlənildi. Mütəxəssislər dil siyasətinin müxtəlif aspektlərini, çoxdilliliyi dəstəkləyən qurumların fəaliyyətindəki əsas tendensiyaları və problemləri, davamlı inkişaf maraqları naminə müasir dünyada çoxdilliliyin qorunub saxlanılması perspektivlərini müzakirə etdilər. Yerli dillərin təbliğində təhsil sektorunun roluna, rəqəmsal mühitdə linqvistik müxtəlifliyin təşviqi üçün informasiya texnologiyalarından istifadə imkanlarına, həmçinin dil hüquqlarının təmin edilməsinə və dil fəallarının fəaliyyətinə xüsusi diqqət yetirildi.

Konfransda Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova çıxış edərək, çoxdilliyiyin dəstəklənməsi sahəsində kitabxanaların işindən, Azərbaycanda rus dilinin dəstəklənməsindən danışdı.
Konfrans hər iki ildən bir Beynəlxalq yerli dillər onilliyi və YUNESKO-nun “İnformasiya hamı üçün” Hökumətlərarası Proqramının Rusiyada həyata keçirilməsi çərçivəsində keçirilir və Rusiyanın təşəbbüsü ilə YUNESKO ilə əməkdaşlıq çərçivəsində Yakutskda, Xantı-Mansiyskdə habelə YUNESKO-nun Parisdəki mənzil-qərargahında kiberməkanda dil müxtəlifliyinin inkişafı və inkişaf etdirilməsi və dillərin qorunması problemlərinə dair əsas beynəlxalq forumların xəttini davam etdirdi.

Konfransın materialları topluda nəşr olunacaqlar.

Konfrans iştirakçılarına videoçarx nümayiş olundu:

Son xəbərlər

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

Kitabxanada akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi qeyd olundu

Bütün xəbərlər