BAKU Azərbaycan
4.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi tərəfindən icra olunan "Gənclərə iş, Turistlərə nəvaziş!" adlı maarifləndirici, infrastruktur və davamlı inkişaf layihəsi çərçivəsində turistik kənd olan Lerik rayonun Bibiyani kəndində 5 günlük peşəkar təlim kursu keçirilmişdir.

Bibiyani kənd icmasının, fəal gənclər qrupunun, turizm, qonaqlama və sahibkarlıq sahəsində fəaliyyət göstərən şəxslərin iştirakı ilə təşkil olunan və “capacity building” xarakterli təlim kursunda iştirakçılara turizm biznesi, onun idarə olunması, turizm sektorunda marketinq, qonaqlama, müştəri xidməti bacarıqları, turizm sahəsində maliyyə-vergi və hüquqi-normativ fəaliyyət, ekoturizm, ətraf mühitin qorunması və PR, sosial media və reklam işi sahəsində geniş və zəngin bilgi və məlumatlar çatdırılmış, onların bilik, bacarıq və təcrübəsi artırılmışdır.

Təlimin açılışında layihənin rəhbəri, ADTGT İctimai Birliyinin sədri Asif Əsgərli, layihə köməkçisi, ADTGT İctimai Birliyinin icraçı direktoru Gülnarə Bağırova, layihənin təlimçi-eksperti Afiq Məlikov, Lənkəran regional Turizm İdarəsinin böyük məsləhətçisi Kərim Şəfizadə, kənd bələdiyyəsi və yerli icra nümayəndəliyinin əməkdaşları iştirak etmişlər.

Təlimin 1-ci və sonuncu 5-ci günü iştirakçıların məlumatlılıq səviyyəsini qiymətləndirmək üçün pre-test və post-testlər doldurulmuş və 5 gün müddətində interktiv üsullarla kənd gənclərinin potensialının yüksəldilməsinə xidmət edən öyrətmə metodları tətbiq edilmişdir. Müxtəlif təqdimatlar, qrup tapşırıqları, rol oyunları və digər vasitələrlə iştirakçılara əhatəli informasiyalar çatdırılmışdır.

Təlimin sonunda layihənin irəliləyən və davamlılıq fəaliyyəti üçün 15 nəfər iştirakçı tərəfindən “Turizm gənclər icması” təsis olunmuş, əlaqələndiricilər seçilmiş, icmanın gələcək fəaliyyət planı müzakirə edilmişdir. İcmanın requlyar fəaliyyət göstərəcək Facebook, WhatsApp və digər sosial şəbəkə  hesab, qrup və səhifələri yaradılmışdır. Təlimdə iştirakçılar dəftərxana ləvazimatları, maarifləndirici buklet, loqolu geyimlə təmin edilmiş və qiymətləndirmədən sonra sertifikatlarla təltif edilmişlər.

          

 

Son xəbərlər

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

Kitabxanada akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi qeyd olundu

Bütün xəbərlər