
Mədəniyyət
04.11.2025 / 09:35
Kitabxanada “Uşaq hüquqları aylığı” çərçivəsində rəsm müsabiqəsi təşkil olunub
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının qüvvəyə minməsinin 35 illiyi ilə əlaqədar oxucular arasında “Uşaq hüquqları” adlı rəsm müsabiqəsi elan edib. Hal-hazırda 225 №-li tam orta məktəbin və 147 №-li Texniki-Humanitar Liseyin şagirdləri müsabiqəyə “Uşaq hüquqları”, “Hər uşaq qorunmağa layiqdir”, “Burda hüquqlarınız qorunur”, “Hər uşaq bərabər hüquqlara malikdir”, “Ad və vətəndaşlıq”, “Hüquqları qorumaq gələcəyi qorumaq deməkdir” adlı rəsmləri təqdim ediblər.
Müsabiqəyə təqdim olunmuş bir neçə rəsm izləyicilərə təqdim olunur.






