BAKU Azərbaycan
18.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Əhməd Abbasbəyli: “Dünya görməlidir ki, Azərbaycan xalqı Fransanın bu addımını qəbul etmir və qətiyyətlə etiraz edərək pisləyir”

 

“Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri, Ədliyyə Nazirliyi yanında İctimai şuranın üzvü Əhməd Abbasbəylinin noyabrın 15-də Fransa senatının Azərbaycanın əleyhinə qəbul etdiyi qərarla bağlı saytımıza müsahibəsini təqdim edirik

-Əhməd müəllim, Fransa senatının ölkəmizə qarşı məlum qətnaməni qəbul etməsi nədən irəli gəlir?

-Gözlənildiyi kimi, noyabrın 15-də Fransa öz çirkin oynunu oynamağa davam etdi. Senat Azərbaycana qarşı qətnamə qəbul etdi. Necə deyərlər “xoruz banladı”. Əslində, bu qərarın verilməsi məni heç də təəccübləndirmədi. Ermənistan-Azərbaycan münaqişəsi başlandığı gündən Fransa bu və ya digər formada Ermənistanın yanında olub. Sadəcə, bu günkündən fərqli olaraq, Fransa o dövrdə özünə imic yatmağa çalışırdı, ATƏT-in Minsk qrupu çərçivəsində münasibətlərini pərdələyirdi. Fransanın ozamankı rəhbərliyi bunu çox ustalıqla yerinə yetirə biliridi. Ümumiyyətlə, ATƏT-in Minsk qrupunun yaradılmasının missiyası münaqişəni dondurmaq, mümkün dərəcədə uzadaraq bir növ Azərbaycan xalqının şüurundan silmək və nəhayət də bu problemi yumşaq formada Ermənistanın xeyrinə nəticələndirmək idi. Bu missiya çərçivəsində təbii ki, Fransa Azərbaycana qarşı qərəzli münasibətini açıq bildirmək istəməzdi. Çünki oyun oynayırdı və oyunun qaydaları tələb edirdi ki, özünü vasitəçi kimi sırımağa çalışsın.

Azərbaycan dövləti də siyasi nəzakət göstərirdi, görməməzdikdən gələrək bu prosesi qəbullanmaq məcburiyyətində idi. Ümidimiz var idi ki, bu insanlarda nə vaxtsa ədalət hissi oyanacaq. Azərbaycan 30 il sülh yolunu gözlədi, amma alınmadı. Nəticəsi görünməyəndən sonra Azərbaycan dövləti hesab etdi ki, bu problemi özü həll edə bilər. Və nahəyət hərb yolu ilə Azərbaycan bu məsələni həll etdi.  Bundan sonra Fransanın maskası yırtıldı. Artıq Fransa başqa cür münasibət göstərə bilməzdi də. Çünki Azərbaycan rəsmən bəyan etdi ki, Qarabağ problemini həll etdi. Bunun üçün digər dövlətlərin vasitəçiliyinə artıq ehtiyac yoxdur.

 

-Buna cavab olaraq hansı adekvat addımlar atılmalıdır?

-Fransa senatının çıxardığı bu qərar Azərbaycana qarşı hibrid müharibədir. Bu, Fransanın həm Azərbaycana, həm də Türkiyəyə qarşı Aralıq dənizində heğemonluq uğrunda həmləsidi. Biz buna qarşı konkret olaraq münasibətimizi bildirməliyik. Hesab edirəm ki, biz indiyədək Fransaya qarşı çox dözümlülük göstərmişik. Bizim nəzakətimizdən bu qədər də istifadə etmək olmaz! Yetər! Artıq ciddi tədbirlər görməyin, qəti mövqe bildirməyin vaxtıdır!

Milli Məclis Fransa senatının bu qeyri-obyektiv, qərəzli və çirkin davranışına ciddi münasibət bildirməlidir. Birmənalı şəkildə Fransanın istənilən formada bütün təkliflərindən imtina olunmalıdır. Azərbaycan-Ermənistan danışıqları prosesinə, ümumiyyətlə yaxın buraxılmamalıdır. Milli Məclis Fransanın Əlcəzairə qarşı törətdiyi vəhşilik və soyqırımı məsələsini müzakirəyə çıxarmalı və Fransanın Əlcəzair xalqınıa qarşı soyqırımı törətdiyini açıq şəkildə bəyan etməlidir. Bu soyqırımının qəbul edilməməsinin cinayət məsuliyyət yaradacağı barədə qanunvericlikdə dəyişikliyin edilməsi barədə qərar qəbul edilməlidir.

Vətəndaş cəmiyyəti, KİV bu prosesdə çox fəal olmalıdır. Azərbaycan dövləti çox gücüldür. Azərbaycan xalqı vahid ideya ətrafında birləşib. İstənilən dövlət; böyüklüyündən və ya kiçikliyindən, qədimliyindən və ya gəncliyindən asılı olamayaraq Azərbaycanı təhdid edirsə, ərazi bütövlüyümüzə qarşı çıxırsa, həmin dövlətə öz mövqeyimizi bildirməyə hazırıq. Azərbaycan vətəndaş cəmiyyəti, ümumiyyətlə xalqımız hər zaman Azərbaycan dövlətinin yanındadır. Dünya görməlidir ki, Azərbaycan xalqı Fransanın bu addımını qəbul etmir və qətiyyətlə etiraz edərək pisləyir.

 

Son xəbərlər

Brest qalasının müdafiəsinin qarşıdan gələn 83-cü ildönümünə həsr olunmuş “Sonuncuya qədər dayan!” adlı tədbir keçirilib

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

COP29 həmrəylik və əməkdaşlıq platformasıdır         

Sankt-Peterburq şəhərində “Heydər Əliyevin həyatının 100 anı” kitabının təqdimat mərasimi keçirilib

Əmmanda turizm sərgisi keçirildi – Fotolar

Afinada beynəlxalq konfransda Ermənistanın dağıtdığı Azərbaycan məzarları barədə məsələ qaldırılıb

Türkiyənin qabaqcıl 50 klinikası və məşhur həkimləri Bakıda toplanacaq

“Azərbaycan Diaspor Könüllüləri” proqramı çərçivəsində diaspor nümayəndələri ilə görüş keçirilib

“60 çiçək – bir çələng” Zəfər almanaxının təqdimatı keçirildi

Azərbaycanlı gənc Moskva vilayətində keçirilən gözəllik müsabiqəsinin qalibi olub

Şəhid Rəşad Zeynallının mövludu keçrilib

Varşava Azərbaycan Evində şahmat dərsləri keçiriləcək

Regionlarda su təminatı məsələləri həll edilir

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub göndərib

Şirvan suvarma kanalından minlərlə insan faydalancaq

Fransadakı Azərbaycan diasporu risk altında fəaliyyət göstərir - Fuad Hüseynzadə

“Radikal müxalifətin mötəbər tədbirlər ərəfəsində fəallaşması təsadüfi deyil”

Dövlət Gömrük Komitəsinin Akademiyasında Dövlət Gömrük Komitəsi yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib

Çində Azərbaycan dili virtual formada tədris olunacaq

“Yaşıl dünya naminə həmrəylik ili“ ilə bağlı layihə davam edir

Akademık Zərifə Əliyeva – nurlu ömrün qürurlu  salnaməsi

"Görkəmli oftalmoloq alim Zərifə Əliyevann hayatının hər bir anı mənəvi kamillik və müdriklik məktəbidir"

Dövlət Gömrük Komitəsi yanında İctimai şuranın üzvləri şəhid gömrük əməkdaşının ailəsini ziyarət ediblər

Türkiyədə Türk Birliyi ilə bağlı daha bir addım

Şəhid ailələri və müharibə iştirakçılarının sosial təminatı ilə bağlı sorğunun nəticələri açıqlanıb

Nazirlik və QHT Agentliyi birgə ağacəkmə aksiyası təşkil edib - FOTO

Brüssel görüşünün regionun təhlükəsizliyinə xidmət etməsi ciddi şübhə doğurur - Ekspert rəyi

Kitabxanaya görkəmli alim haqqında xatirə essesi təqdim olundu

Binəqədidə Ümumilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Azərbaycan-Konqo münasibətlərində etibarlı tərəfdaşlıq

Bütün xəbərlər