BAKU Azərbaycan
30.19 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycanın Respublikasının yekdilliklə BMT-nin İqlim Dəyişikliyi Konfransına ev sahibliyi edəcək bir ölkə kimi seçilməsi dövlətimizin daha bir uğuru, eləcə də qlobal miqyasda güclü diplomatiyasının göstəricisidir. Əlbəttə ki, Azərbaycanın beynəlxalq miqyaslı - BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təsisatlarda uğurla sədrlik etməsi ona göstərilən etimadın, inamın təzahürüdür. 2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdü. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürmüşdü. Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP29-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib. "Bu, Azərbaycana olan beynəlxalq ictimaiyyətin böyük hörmət və dəstəyinin təzahürüdür". Bu fikri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda keçirilən beynəlxalq forumda çıxışında deyib. Cənab Prezident qeyd edib ki, COP29-a biz öz sədrliyimizə nəinki özümüzü nümayiş etdirmək, həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq. Azərbaycan platformasından COP29 çərçivəsində bütün dünyada gedən proseslərə, o cümlədən iqlim, həm digər yaşıl ideyalar, yaşıl proqramla bağlı məsələlərə baxılacaq.
          COP29-un Azərbaycanda keçirilməsi 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı hesab oluna bilər. İqlim dəyişikliyinə yeni yanaşmalar yaradacaq COP29 çərçivəsində Azərbaycan gündəliyinin yaşıl enerji ilə bağlı olmasını bir daha sərgiləyəcəkdir. Bildiyimiz kimi, yaşıl enerjinin inkişafı və yaşıl enerjinin dünya bazarlarına çıxışı Azərbaycanın enerji siyasətinin prioritetləri sırasındadır.      
          Paytaxtımızda keçrilən sözügedən forum regional təhlükəsizlik, enerji keçidi və yaşıl artımla bağlı Azərbaycanın baxışının təqdim olunmasında əhəmiyyətlidir. Belə ki, Qarabağda yaşıl və ekoloji cəhətdən təmiz zonaların yaradılması, Azərbaycanda külək və günəş enerjisi layihələri və başqa mövzular baxımından müxtəlif yanaşmalar diqqətdən kənarda qalmadı. 
          Forumda erməni işğalının nəticələrinin ətraf mühitə təsiri, o cümlədən çox ciddi mina problemi və bunun fəsadlarının aradan qaldırılması və digər məsələlərə də nəzər salınıb.      
          Məlum olduğu kimi, forum iştirakçıları Laçına səfər ediblər. 28 il işğal altında qalan Laçınının azad olunması Azərbaycanın siyasi iradəsinin göstəricisi idi. "Mən işğal edilmiş ərazilərin hərbi-siyasi yolla azad olunduğunu deyəndə Laçın bunun bariz nümunəsidir" – deyən Prezident bildirib ki, hazırda isə biz siyasi yolla davam edirik və əminəm ki, biz bütün məqsədlərimizə siyasi vasitələrlə nail ola bilərik və məhz bunu nümayiş etdiririk.       
          Forumda Cənab Prezidentə ünvanlanan sualları cavablandıran dövlətimizin başçısı Avrasiya inteqrasiyası ilə bağlı suala aydınlıq gətirib. Yaxın illərdə, məlumdur ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqının zirvə toplantılarında və digər beynəlxalq tədbirlərində iştirak edir. "Azərbaycanın bu təşkilata üzvlüyü gözləniləndirmi?" sualına gəlincə isə, Prezident bildirib ki, biz həqiqətən də həm Prezident, həm də Baş nazir səviyyəsində Avrasiya İqtisadi İttifaqının tədbirlərinə dəvət edilmişik. Ermənistandan başqa Avrasiya İqtisadi İttifaqının bütün üzvləri ilə Azərbaycanın sıx tərəfdaşlıq münasibətləri mövcuddur. "Dayanıqlı, daxili resurslara söykənən və şaxələndirilmiş iqtisadiyyata, Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərlə yaxşı ikitərəfli iqtisadi əlaqələrə malik olmağımız bizə kifayət edir", – deyə Prezident bildirib.  
          Müasir dövrdə dünya ölkələri ilə sıx əməkdaşlıq edən etibarlı tərəfdaş olan Azərbaycan Almaniya ilə də müxtəlif sahələri əhatə edən əməkdaşlıq əlaqələrinə malikdir. İki ölkə arasındakı münasibətlərdə uğurlu səhifələr açılıb və bu gələcək əməkdaşlığın möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Dövlətlərarası münasibətləri dövlətimizin başçısı yüksək dəyərləndirib.
          Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları məsələsinə gəlincə isə dövlətimizin başçısı "Biz məsələnin sülh sazişinin imzalanmasına, həllinə heç vaxt olmadığı qədər yaxınıq, - deyərək bildirib ki, biz işğal zamanı buna bu qədər yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik.
Həmin vaxt hətta "Madrid Prinsipləri" üzrə razılığa gəlinmədiyini xatırladan dövlətimizin başçısı o zaman sülh sazişinin layihəsi belə olmadığını iştirakçıların diqqətinə çatdırıb. İndi isə o, artıq mövcuddur. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin razılaşdırılmasına maneə yoxdur. Təbii ki, sülh siyasətinə sadiq olan Azərbaycan məhz sülh prosesinin təşəbbüskarı olmuşdur. Bu günün reallıqları onu deməyə əsas verir ki, Azərbaycanın sülh danışıqları prosesinə ciddi irəliləyişə nail olmaq ehtimalı vardır.     
          Forumda bir çox məsələlərə, son 9 ayın uğurlarına, ekoloji problemin ölkəmizin gündəmində olması, Azərbaycan–Almaniya əlaqələri, Çin-Azərbaycan münasibətləri və s. məsələlər toxunulub və bunlara aydınlıq gətirilib. Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün ölkəmizin namizədliyini dəstəkləməsi mühüm əhəmiyyət kəsb edir. SOP29-un ölkəmizdə keçirilməsi sülh prosesinin məntiqidir.

 

Rafiq Məmmədov, Əməkdar müəllim, 135 nömrəli tam orta məktəbin Coğrafiya müəllimi

Son xəbərlər

2 nömrəli Bakı Baza Tibb kollecində məişət zorakılığının qarşısının alınması haqqında tədbir keçirilib

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

“Həqiqəti demək borcumdur: mənim tanıdığım Adil Əliyev”

Eko Aləm İctimai Birliyi Hacıqabul və Çala göllərində araşdırmalar həyata keçirib

Şneor Seqal və onun kimi düşünənlər anlamalıdırlar ki, Azərbaycan kiminsə şəxsi dini laboratoriyası deyil

Bütün xəbərlər