BAKU Azərbaycan
17.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

ABİ rəhbəri: “Su hövzələrində biomüxtəlifliyi qorumaq üçün əsas məqamlardan biri ölkədə həvəskar idman balıqçılığını inkişaf etdirməkdir”

 

Qloballaşan Dünyaya İnteqrasiya İctmai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi” layihəsini həyata keçirir. Bu yazı layihə çərçivəsində təqdim edilir. 

Biloloji müxtəliflik yer üzərində olan bütün canlıların mikroorqanizm, bitki və heyvanların müxtəlifliyidir. Xəzər və digər su hövzələrində olan biomüxtəlifliyin qorunması, o cümlədən balıqların inkişaf tendensiyasına nəzarət mühüm amildir. Azərbaycanda balıqçılığın inkişafı əsasən 1970-1980-ci illərdə zirvə nöqtəsinə çatıb. Bu dövrdə ölkədə orta illik 60 min ton balıq ovlanırdı və 40 min tondan çox balıq məhsulu istehsal olunurdu. 1988-ci ildən 2005-ci ilə qədər su bioloji resurslarının ovlanmasının ümumi həcmi 55 min tondan 9 min tona düşüb. Hazırda isə balıq ehtiyatlarının azalması nəticəsində respublikanın su hövzələrindən hər il ovlanan balığın həcmi min tondan artıq deyil. Xəzər dənizində nərələrin mövcud dünya ehtiyatının 80%-i cəmləşib. Xəzər dənizi hövzəsində, çaylar daxil olmaqla, cəmi 153  balıq növü var ki, bunların 81 növü endemikdir, yəni planetdə yalnız Xəzər dənizində yaşayırlar. Xəzərin Azərbaycan sektorunda 90-a qədər balıq növü var. Xəzər dənizində relikt və endemik olan 6 növ nərə cinsli balıq yaşayır ki, bunlar bölgə, rus nərəsi, Kür nərəsi, uzunburun və çökədir. Xəzər dənizində nərəkimilərin ehtiyatı son 15-20  ildə kəskin azalıb və keçən əsrin 80-ci ili ilə müqayisədə 30 dəfə azalaraq, vətəkə əhəmiyyətini itirmək həddinə çatıb. Balıq ehtiyatlarının azalması yalnız Azərbaycan üçün deyil, bütün Xəzər dənizi üçün səciyyəvi olan ümumi tendensiyadır. Həmçinin, eyni səbəblərdən Xəzərin Azərbaycan sektorunda nərə balıqlarının ehtiyatı kəskin azalıb və dənizdə ümumi ehtiyatının 12-15%-ni təşkil edir. Ölkənin mövcud su hövzələrindəki faunanı, o cümlədən balıq ehtiyatını qorumaq üçün bir sıra tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Müsahibimiz bu istiqamətdə fəaliyyət göstərən Azərbaycan Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyevdir.

 

- Azərbaycan Balıqçılar İttifaqı hansı zərurətdən yarandı?

 

-Mən uzun illər Rusiyanın Moskva şəhərində yaşadım. Son illər Azərbaycanda su hövzələrinin və bioresursların kəskin şəkildə tükənməsi məni narahat edirdi və buna biganə qala bilmədim. Ona görə də hələ Rusiyada yaşayarkən təbiəti qorumaq məqsədilə 2014-cü ildə Azərbaycan Balıqçılar İttifaqını yaratdım. Beləliklə, 2016-cı ildə Azərbaycana qayıtdım. Azərbaycanda Xəzər və daxili su hövzələrində əsas problemlərdən biri balıqçılığa aid qurumun olmaması və dövlət səviyyəsində qorunmamasıdır. Bu istiqamətdə bir qurum yaradılmalıdır. Biz, sadəcə, qeyri-hökumət təşkilatıyıq. Ancaq dövlət səviyyəsində bu işlər görülməlidir. Yalnız balıqçılar deyil, dövlət tərəfindən də diqqət ayrılmalıdır. Bir vaxtlar ölkədə Balıqçılıq Nazirliyi var idi və bu qurum ləğv edildikdən sonra balıq kəskin şəkildə azalmağa başladı. 

-Xəzərdə və digər su hövzələrində bioresursların, balıqların tükəndiyi deyilir. Əsas səbəb nədir?

-Xəzərdə və daxili su hövzələrində balıqların son dərəcə tükənməsinin səbəblərindən biri odur ki, aidiyyəti qurumlar tərəfindən lazımi səviyyədə nəzarət edilmir. İki il bundan öncə, yəni pandemiya dövründə nə dənizə tor quran, nə su hövzələrində cərəyanla balıq tutan oldu, nə də sintetik  torlardan istifadə edildi. Biz əksər sənaye balıqçılarından müsahibə götürmüşük, məsləhətləşmişik, tədqiqat aparmışıq. Pandemiyadan sonra su hövzələri bioresurslarında balıq qismən artmağa başlamışdı. Bu, onu göstərir ki, əsas səbəblərdən biri insan faktoru  və qanunsuz balıq ovudur.

-Brakonyerliklə mübarizə aparırsınız. Ancaq ölkə miyasında bunun artıq böyük problem olduğu görünür. Bu sahədə effektivliyi artırmaq üçün daha nələr etmək lazımdır?

-Azərbaycan Balıqçılar İttifaqı müstəqil, ancaq qanun çərçivəsində mübarizə göstərir.  Bundan əlavə, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin göstərişi ilə Azərbaycan Balıqçılar İttifaqı ETSN ilə birgə mübarizə aparır. Ancaq lazımi qədər bu işə maliyyə, diqqət ayrılmalıdır. Çünki bizim o qədər gücümüz yoxdur. Dövlət tərəfindən maddi dəstək ayrılmır. İttifaqın üzvləri tərəfindən toplanan ianələrlə iş görürük ki, bu da yetmir. Bu gün İttifaqın 40 min üzvü var, bu da az rəqəm deyil. Rəqəm çox olsa da, bu işlə məşğul olmaq üçün texnika lazımdır. Bizim müəyyən qədər texnika var, ancaq Azərbaycanın hər bir nöqtəsindəki su hövzəsində mübarizə aparmağa çatmır. Çünki bunun üçün texnika və dövlət dəstəyi olmalıdır. Son zamanlar bu işə qismən də olsa  diqqət ayrılır. Biz də balıqçılığın inkişafı üçün toplanan ianələrlə balıq alıb su hövzələrinə buraxırıq. Pandemiyadan sonra insanların gəlirləri azaldığı üçün İttifaqın müəyyən üzvləri maddi dəstək göstərə bilirlər. Ancaq biz çalışırıq ki, az da olsa, su hövzələrinin canlanmasına təkan verək. Çalışırıq ki, su hövzələri bioresurslarının artmasında payımız olsun, gələcək nəsillərin sağlamlığı üçün əlimizdən gələni əsirgəməyək.

-İdman balıqçılığının geniş intişar tapması üçün nə təklif edərdiniz?

-İdman balıqçılığına gəldikdə, ölkədə son zamanlar bu istiqamətdə böyük maraq var. Biz 22 turnir keçirmişik ki, buraya beynəlxalq turnirlər, Zəfər turnirləri də daxildir. Noyabrın 19-da biz növbəti turnir keçirdik. Bu turnirdə 5-6 ölkə iştirak edirdi. Biz hər zaman aprel şəhidlərinin xatirəsinə həsr edilən turnir keçirirdik. Ancaq bu turniri Zəfər Gününə həsr etməklə mövsümün ilk turnirini başladıq. Ölkədə son zamanlar idman balıqçılığına böyük maraq var. Balıqçılıq idmanı, həvəskar balqıçılıqla bağlı böyük inkişaf var. Ümumiyyətlə, bütün dünyada belədir ki, həvəskar idman balıqçıları təbiətə, su hövzələrinin qorunmasına daha diqqətli olurlar. Ona görə də biz çalışmalıyıq ki, ölkədə bu idmanı, həvəskar balıqçılğı daha da təkmilləşdirək, inkişaf etdirək. Sivil qaydada balıqçılıq ovunu insanlar, gənc nəsil arasında yayaq. Çünki dünya statistikasında belə bir amil var ki, həvəskar idman balıqçıları arasında heç vaxt narkotika aludəçiləri olmur. Ona görə də məqsədimiz Azərbaycanda  məhz bu idman növünü inkişaf etdirməkdir.  

 

 

Son xəbərlər

Brest qalasının müdafiəsinin qarşıdan gələn 83-cü ildönümünə həsr olunmuş “Sonuncuya qədər dayan!” adlı tədbir keçirilib

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

COP29 həmrəylik və əməkdaşlıq platformasıdır         

Sankt-Peterburq şəhərində “Heydər Əliyevin həyatının 100 anı” kitabının təqdimat mərasimi keçirilib

Əmmanda turizm sərgisi keçirildi – Fotolar

Afinada beynəlxalq konfransda Ermənistanın dağıtdığı Azərbaycan məzarları barədə məsələ qaldırılıb

Türkiyənin qabaqcıl 50 klinikası və məşhur həkimləri Bakıda toplanacaq

“Azərbaycan Diaspor Könüllüləri” proqramı çərçivəsində diaspor nümayəndələri ilə görüş keçirilib

“60 çiçək – bir çələng” Zəfər almanaxının təqdimatı keçirildi

Azərbaycanlı gənc Moskva vilayətində keçirilən gözəllik müsabiqəsinin qalibi olub

Şəhid Rəşad Zeynallının mövludu keçrilib

Varşava Azərbaycan Evində şahmat dərsləri keçiriləcək

Regionlarda su təminatı məsələləri həll edilir

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub göndərib

Şirvan suvarma kanalından minlərlə insan faydalancaq

Fransadakı Azərbaycan diasporu risk altında fəaliyyət göstərir - Fuad Hüseynzadə

“Radikal müxalifətin mötəbər tədbirlər ərəfəsində fəallaşması təsadüfi deyil”

Dövlət Gömrük Komitəsinin Akademiyasında Dövlət Gömrük Komitəsi yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib

Çində Azərbaycan dili virtual formada tədris olunacaq

“Yaşıl dünya naminə həmrəylik ili“ ilə bağlı layihə davam edir

Akademık Zərifə Əliyeva – nurlu ömrün qürurlu  salnaməsi

"Görkəmli oftalmoloq alim Zərifə Əliyevann hayatının hər bir anı mənəvi kamillik və müdriklik məktəbidir"

Dövlət Gömrük Komitəsi yanında İctimai şuranın üzvləri şəhid gömrük əməkdaşının ailəsini ziyarət ediblər

Türkiyədə Türk Birliyi ilə bağlı daha bir addım

Şəhid ailələri və müharibə iştirakçılarının sosial təminatı ilə bağlı sorğunun nəticələri açıqlanıb

Nazirlik və QHT Agentliyi birgə ağacəkmə aksiyası təşkil edib - FOTO

Brüssel görüşünün regionun təhlükəsizliyinə xidmət etməsi ciddi şübhə doğurur - Ekspert rəyi

Kitabxanaya görkəmli alim haqqında xatirə essesi təqdim olundu

Binəqədidə Ümumilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Azərbaycan-Konqo münasibətlərində etibarlı tərəfdaşlıq

Bütün xəbərlər