BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Hazırda Prezident İlham Əliyevin dünya azərbaycanlılarının birliyi, eləcə də diaspor məsələsinə göstərdiyi qayğı və diqqət Ulu Öndərin arzularının yaşaması deməkdir

 

 Azərbaycanda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün bayram kimi qeyd olunması milli diasporun formalaşmasında, Azərbaycan  lobbisinin  inkişafında  başlıca  məqamlardan  biri olub. Ümummilli lider Heydər Əliyevin dahiliyi onun verdiyi fərmanların və qəbul etdiyi qərarların vaxtında və zamanın tələbinə uyğun olmasıdır. Ulu Öndərin milli həmrəyliyin uğurlu gələcəyini təmin etmiş tarixi qərarlarından biri də Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi haqqında qərar verməsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib və bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edirlər.

Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr veriblər. Müharibə, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb, bir-birindən ayrı düşüb. Beləliklə də, azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılıblar. 

Azərbaycan 1991-ci ildə öz müstəqilliyini elan edərkən dövlətimiz bugünki kimi güclü və dünyada nüfuzlu ölkə deyildi. Erməni təcavüzü və ölkə daxilindəki siyasi çəkişmələr dövlətimizin qüdrətini daha da zəiflədirdi. Dahi şəxsiyyət bu vəziyyətdən çıxış yolunu məhz 50 milyonluq azərbaycnlıların biləşməsində gördü və gözləntilər öz bəhrəsini verdi. Bu gün bütün sahələrdə Azərbaycanın əldə etdiyi böyük uğurlar Ulu Öndər Heydər Əliyevin istiqamətləndirdiyi xarici və daxili siyasətin və dünya azərbaycanlılarının birgə əməyi sayəsində mümkün olmuşdur.

Dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesinin institutlaşdırılmasına 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya azərbaycanlılarının I Qurultayının keçirilməsi ilə start verilib. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərdi. Bu təşəbbüs ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Dünya Azərbaycanlılarının I Qurultayında Ulu Öndər Heydər Əliyev proqram xarakterli çıxış edib. Ulu Öndərin qurultayda dediyi “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilib. Bu gün dünya azərbaycanlıları Ulu Öndər Heydər Əliyev haqqında danışarkən qürur hissi keçirir və onunla fəxr edirlər. Milyonlarla həmvətənlərimiz, istər Vətəndə, istərsə də yaşadıqları ölkələrdə bu hissi keçirirlər.

 Hazırda Azərbaycan Respublikası dünya azərbaycanlılarını birləşdirən dövlətdir. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir. 2002-ci ilin 5 iyulunda Ümummilli Lider tərəfindən Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılmasını da bu məsələyə dövlətin rəsmən qayğısı kimi qiymətləndirilməlidir.  2008-ci ilin noyabrın 19-da isə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılıb. Hazırda Prezident İlham Əliyevin dünya azərbaycanlılarının birliyi, eləcə də diaspor məsələsinə göstərdiyi qayğı və diqqət Ulu Öndərin arzularının yaşaması deməkdir. Disaporla İş üzrə Dövlət Komiəsinin də peşakarlıqla həyata keçirdiyi əlaqələndirici missiyasını xüsusi qeyd edilməlidir. Komitə tərəfindən xaricdəki diaspor təskilatlarına göstərilən diqqət və dəstək bu bayramı yüksək səviyyədə qeyd etməyə imkan verir. Bunun nəticəsidir ki, hazırda müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar hər il Həmrəylik Gününü sevinclə qeyd edirlər.

 

Nurullayeva Zenfira İslam qızı

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor  ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

 

Son xəbərlər

Gəmi-muzeydə Beynəlxalq Muzeylər Günü qeyd olunub

"Dövlət maraqlarımıza hörmət edən bütün siyasi qüvvələrlə əməkdaşlıq ediləcək" - Deputatdan AÇIQLAMA

BDU-DA CƏFƏR CABBARLININ 125 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ SƏRGİ-KONFRANS KEÇİRİLİB

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına media-tur təşkil olunub

BAKI BAŞ GÖMRÜK İDARƏSİNDƏ İCTİMAİ ŞURA ÜZVLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

“Sonuncu əmr” romanının ictimai müzakirəsi keçirildi

Bakı Dövlət Universitetində “Küveyt dərsi” keçirilib

Azərbaycanın tanınmış eksperti BMT-nin nüfuzlu qurumuna sədr seçilib

TƏBİƏTLƏ BAĞLI ƏFSANƏ- BU DƏFƏ SEVİNC XƏLİLQIZINDAN

DGK yanında ictimai şuranın iclası keçrilib

Milli QHT Forumunun İdarə Heyətinin yeni sədri seçildi

Qara Brilliant klubunun yetirməsi Respublika birincisi olub

Əyilməz ruhumuzun rəmzi Şuşa tarixin yeni dövründə

Ulu Öndər Heydər Əliyev Bişkekdə anılıb

“Azərbaycan İslam həmrəyliyinə növbəti töhfə vermiş oldu”

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Şəhid Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanları ailələri Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Kazanda “BİRLİK: Xatırlayırıq, Miras alırıq, Qürur duyuruq!” layihəsi çərçivəsində stend açılıb

Qafqaz Tarixi Mərkəzi-Türkiyə Təmsilçiliyi qardaş Türkiyədə

DGK və ƏƏSMN yanında İctimai Şuraların üzvüləri Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTOLAR

Azərbaycan-Bolqarıstan tərəfdaşlığı uğurla davam edir

Murmanskda Qələbə Günü münasibətilə keçirilən “Berlinə gedən yol” adlı tədbirə soydaşlarımız da qatılıblar

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Azərbaycanın və Slovakiyanın  siyasi əlaqələri yüksək səviyyədədir

İordaniyada Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilmişdir – FOTOLAR

Müasir Azərbaycan dövlətçiliyinin banisi

Gerçək bir birliyə nail olmaq üçün ortaq əlifba, ədəbi dil və ünsiyyət dili vacibdir-İlqar İlkin- ÖZƏL

Yaşıl Dünya Naminə Gənclərin Şəbəkələşmə Forumu keçirildi

AYB-nin “Natəvan” klubunda mətbuat konfransı keçiriləcək…

“Ümumi təhsil müəssisələrində təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsi” adlı layihənin icrasına başlanıb

Bütün xəbərlər