BAKU Azərbaycan
20.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Ölkəmizdə cəmiyyətin inkişaf edən bütün sahələri kimi idman da uğurlu inkişaf dövrünü yaşayır. Yüksək səviyyəli idman infrastrukturunun yaradılması, olimpiya idman komplekslərinin inşa edilərək xalqımızın ixtiyarına verilməsi, ölkə rəhbərliyi tərəfindən idmanın kütləviliyinin təmini bunun təzahürüdür. Dövlətin idmana olan qayğısı baxımından Azərbaycan dünyada öndə gedən ölkələr sırasındadır. Xüsusi olaraq vurğulayaq ki, Azərbaycanda idman hərəkatı Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra inkişaf etməyə başlayıb. Bununla da, demək olar ki, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Müasir dövrdə bu siyasəti uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin davamlı və məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, Azərbaycan dünyada aparıcı idman ölkələrindən biri kimi tanınır. Azərbaycanda keçirilən dünya və Avropa çempionatları, bir daha sübut edir ki, həqiqətən də, Azərbaycanda idman uğurla və sürətlə inkişaf edir.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın inkişafına yönəlmiş qərarların qəbulu, tədbirlərin reallaşması idman sahəsində ölkəmizin yüksək beynəlxalq nüfuz qazanmasına səbəb olub. Dövlətin idmana olan qayğısı baxımından Azərbaycan dünyada öndə gedən ölkələr sırasındadır Son illərdə olduğu kimi yola saldığımız 2022-ci il də idman sahəsində böyük uğurlarla yadda qaldı. Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev çıxışında bildirdiyi kimi, "Keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanın dinamik inkişafı təmin olundu. İdman da həyatımızın tərkib hissəsi olduğu üçün əlbəttə ki, ümumi tendensiya çərçivəsində inkişaf etmişdir. Bunu həm idmançılarımızın qələbələri göstərir, eyni zamanda, ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. Bütövlükdə son illərdə aparılan siyasət bu gün öz gözəl nəticələrini verməkdədir."
Beynəlxalq yarışlarda idmançılarımızın 800-dən çox medal qazanması və onlardan 300-ə yaxınının qızıl medal olması idman shəsində nailiyyətlərin göstəricisidir.
Azərbaycanda keçirilən dünya və Avropa çempionatları sübut edir ki, həqiqətən də, Azərbaycanda idman sürətlə inkişaf edir. Ölkəmizin, ardıcıl olaraq beynəlxalq yarışlarda iştirakı və uğurlar qazanması beynəlxalq aləmin Azərbaycandakı idman hərəkatına olan diqqətini artırıb. Əlbəttə ki, müasir dövrümüzdə idman sahəsində gerçəkləşdirilən dövlət siyasəti nəticəsində idmançılarımızın sorağı mötəbər yarışlardan qalib kimi eşidilir. Dünya, Avropa çempionatlarında idmançılarımızın ölkəmizi ləyaqətlə təmsil etdiklərini bildirən Cənab Prezident beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunlarını qeyd edib: "Bildiyiniz kimi, 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər. Bu, bir daha Azərbaycanın idman sahəsindəki uğurlarını təsdiqləyir. Çünki İslam Həmrəyliyi Oyunlarında rəqabət çox böyük idi, demək olar ki, bütün komandalar əsas heyətlə təmsil olunurdu. Gərgin mübarizə zamanı 4-cü yeri tutmaq əlbəttə ki, böyük qələbədir, böyük nailiyyətimizdir". Bu əldə olunan qələbələr Azərbaycan idmanının gücünü təsdiqləyir.
Müasir dövrdə Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər mühiti formalaşıb. Qazanılan uğurlar, bir daha onu sübut edir ki, hər bir gənc ölkə qarşısında qoyulan böyük məqsədi və məsuliyyəti dərk edir. "Beləliklə, nəsillər dəyişir, ancaq uğurlarımız sabit qalır və bu, bir önəmli məsələyə diqqətimizi çəkir - yəni, o mənada ki, burada da biz inkişaf və uğur görürük, nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi elə bil ki, gənc idmançılara təhvil verilir. Yəni, Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar və bu, daimi proses olmalıdır" - deyə Prezident bildirib.
Əlbəttə ki, işğaldan azad olunan torpaqlarımızda da idmanın inkişafına diqqət ayrılacaqdır. Bildiyimiz kimi, azad edilmiş ərazilərdə keçən il bir neçə beynəlxalq idman yarışı keçirilmişdir. Şuşada beynəlxalq şahmat yarışı, Suqovuşanda, Suqovuşan gölündə beynəlxalq avarçəkmə yarışı, Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış keçirilmişdir. "Mən bunu çox yüksək qiymətləndirirəm və bu il də bu işlər davam etdirilməlidir" - deyə bildirən Prezident qeyd edib ki, azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur:"Bütün şəhərlərin Baş planları təsdiq edilib. Bütün bərpa-quruculuq işləri Baş planlar əsasında aparılacaq və idman obyektlərinin yaradılması nəzərdə tutulur. Bildirməliyəm ki, Ağdamın məşhur "İmarət" stadionunun yeni layihəsi işlənilir. Stadion yenidən qurulacaq, eyni zamanda, onun yanında böyük Olimpiya İdman Kompleksi yaradılacaq. Bununla bərabər olaraq, keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyuldu. Biz Qarabağ Atçılıq Kompleksini işğal dövründə Ağcabədi rayonunda yaratmışdıq, yenə də Qarabağ torpağında yaratmışdıq. Ancaq qərar qəbul olundu ki, bunun əzəli yerində - Eyvazxanbəyli kəndində çox gözəl, müasir atçılıq kompleksi yaradılsın. Artıq işlərə start verilmişdir. Azad edilmiş bütün digər şəhərlərdə idman obyektlərinin yaradılması planlarımızdadır".
Bir sözlə, Azərbaycanda bədən tərbiyəsi və idman hərəkatının idarə olunması prosesi günün tələbləri səviyyəsində inkişaf etdirilir, dövlət üzərinə düşən öhdəlikləri tam yerinə yetirir və biz bunun şahidiyik. Əlbəttə, bu amili diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin idmanın inkişafı üçün göstərdiyi səylər və qəbul etdiyi qərarlar belə deməyə əsas verir ki, qarşıdakı illərdə də Azərbaycan idmanı yeni zirvələri fəth edəcək və idmanın kütləviləşməsi prosesi özünün inkişafında yeni mərhələyə qədəm qoyacaqdır.

Mürsəl QAFAROV, Lokomotiv İdman Sağlamlıq Mərkəzinin direktoru, “Azərbaycan Respublikasının Əməkdar məşqçisi”

Son xəbərlər

Azərbaycan Universitetində “Cənubi Qafqaz yeni qlobal çağırışlar kontekstində” beynəlxalq elmi konfrans keçirilib

Regionlarda qadınların məşğulluq imkanları yüksəldiləcək

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclası keçirilib

Diaspor rəhbəri Şahin Məmmədova “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim edilib

QHT nümayəndələri sərhədkeçmə prosesləri ilə əyani şəkildə tanış olublar

Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” başa çatıb

“Artıq beynəlxalq aləm Azərbaycanı regionda sülh ölkəsi kimi tanıyır”

Həmid Herisçi Azərbaycan Yazıçılar Birliyinin üzvü oldu...

Kitabxanada gənc rəssamın fərdi rəsm sərgisi açıldı

Prezident İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edib

Beynəlxalq Diaspor Mərkəzi “Azərbaycan-Rusiya münasibətləri – yeni reallıqlar” mövzusunda dəyirmi masa keçirdi

Azərbaycan - Almaniya  münasibətlərinin inkişafinda böyük perspektivlər

Deputat QDİƏT-in iclasında Azərbaycanın enerji sahəsindəki təsirli rolunu diqqətə çatdırıb

Brest qalasının müdafiəsinin qarşıdan gələn 83-cü ildönümünə həsr olunmuş “Sonuncuya qədər dayan!” adlı tədbir keçirilib

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

COP29 həmrəylik və əməkdaşlıq platformasıdır         

Sankt-Peterburq şəhərində “Heydər Əliyevin həyatının 100 anı” kitabının təqdimat mərasimi keçirilib

Əmmanda turizm sərgisi keçirildi – Fotolar

Afinada beynəlxalq konfransda Ermənistanın dağıtdığı Azərbaycan məzarları barədə məsələ qaldırılıb

Türkiyənin qabaqcıl 50 klinikası və məşhur həkimləri Bakıda toplanacaq

“Azərbaycan Diaspor Könüllüləri” proqramı çərçivəsində diaspor nümayəndələri ilə görüş keçirilib

“60 çiçək – bir çələng” Zəfər almanaxının təqdimatı keçirildi

Azərbaycanlı gənc Moskva vilayətində keçirilən gözəllik müsabiqəsinin qalibi olub

Şəhid Rəşad Zeynallının mövludu keçrilib

Varşava Azərbaycan Evində şahmat dərsləri keçiriləcək

Regionlarda su təminatı məsələləri həll edilir

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub göndərib

Şirvan suvarma kanalından minlərlə insan faydalancaq

Fransadakı Azərbaycan diasporu risk altında fəaliyyət göstərir - Fuad Hüseynzadə

Bütün xəbərlər