BAKU Azərbaycan
30.19 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

28 aprel 2024-cü il tarixində Beynəlxalq Diaspor Mərkəzinin ofisində “Azərbaycan-Rusiya münasibətləri - yeni reallıqlar” mövzusunda dəyirmi masa keçirdi. Tədbiri giriş sözü ilə açan BDM sədri İsmayıl Ağayev öncəliklə Beynəlxalq Diaspor Mərkəzi və onun fəaliyyəti haqqında qonaqlara məlumat verdi.

İ.Ağayev qeyd etdi ki, 2005-2006-cı illərdə, qeyri-hökumət təşkilatı kimi, Beynəlxalq Diaspor Mərkəzi təsis edilmiş, Milli QHT Forumunun nəzdindən çıxaraq günümüzə qədər Qeyri-Hökumət Təşkilatlatı olaraq fəaliyyətini davam etdirir. Beynəlxalq Diaspor Mərkəzinin əsas fəaliyyəti azərbaycançılıq məfkurəsinin qorunması, dünya azərbaycanlılarının beynəlxalq səviyyədə rolunun artırılması, o cümlədən erməni vandalizminə qarşı ciddi mübarizə işlərinə yönəltmək olmuşdur.

Beynəlxalq Diaspor Mərkəzi yarandığı gündən erməni daşnaklarının xalqımıza qarşə apardığı işğalçılıq siyasətini və tarixi Azərbaycan torpaqları olan Qərbi azərbaycanlıların doğma ata-bab yurdlarından deportasiya olunmalarına etiraz olaraq bir sıra silsilə tədbirlər keçirməkdə davam edir. Şükürlər olsun ki, otuz ilə yaxın bir vaxtda işğal altında olan torpaqlarımız Ali Baş Komandanımız və güzlü ordumuzun sayəsində geri qaytardıq.

Beynəlxalq Diaspor Mərkəzi olaraq erməni vandalizminin iç üzünün və bəd əməllərinin mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlıdiaspora təşkilatı olaraq qardaş Türkiyə Cümhuriyyəti başda olmaqla, Rusiya Fedarasiyası və Avropanın bir sıra dövlətlərində Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün silsilə tədbirlər keçirdirik.

Daha sonra İsmayıl Ağayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə fevralın 21-də Rusiya Federasiyasına rəsmi səfərə getdiyini vurğulayaraq Azərbaycan-Rusiya münasibətlərinin yeni reallıqları barədə tədbir iştirakçılarına məlumat verdi.

BDM sədri qeyd etdi ki, İlham Əliyev Cənablarının Rusiya səfərinə geniş yer ayırması təsadüfi deyildir. Moskva səfərinə ölkələrimiz arasında münasibətlərin inkişafına yeni səhifə və yeni reallıqları kimi baxılmalıdır. Belə ki, Rusiya sülhməramlı kontingentinin Qarabağdan bizim doğma diyarımızdan çıxması və illərdir ki, düşmən tapdağı altında olan Qazaxın 4 kəndinin qaytarılması ilə bir vaxtda baş tutan bu səfər gələcək əməkdaşlığın nə qədər vacib olduğunu bir daha ortaya qoydu. Dövlət başçılarının iştirak etdikləri Baykal-Amur Magistralının 50 illik yubiley tədbirində Ulu Öndər Heydər Əliyevin bu nəhəng layihədəki roluna böyük diqqət ayrılması diaspora mərkəzi olaraq bizi qürurlandırdı.

İ.Ağayev çıxışının sonunda qeyd edib dedi ki, dövlət suverenliyini və ərazi bütövlüyünü tam olaraq bərpa etmiş güclü Azərbaycan Respublikası regionda əməkdaşlığın və davamlı inkişafın və sülhün təmin olunması üçün ardıcıl səylərini davam etdirir. Bu istiqamətdə Azərbaycanın Rusiya ilə əlaqələrin inkişaf etdirilməsi xüsusi yer tutur. Cənab Prezident İlham Əliyevin Rusiyaya son işgüzar səfəri məhz bu baxımdan mühüm əhəmiyyətə malikdir.

Daha sonra tədbirdə BDM sədrinin birinci müavini dr.Ceyhun Şakiroğlu çıxış edərək, Ulu Öndər Heydər Əliyevin bu siyasətini davam etdirən Prezident İlham Əliyev Rusiya ilə münasibətlərə hər zaman çox həssas yanaşdığını və bunun yekun nəticəsidir ki, SSRİ-nin dağılmasından sonra Rusiya ilə Azərbaycan münasibətlərinin durmadan inkişaf etdiyini bildirdi. C.Ağayev Azərbaycan - Rusiya əməkdaşlığının gündən-günə güclənməsi Azərbaycanın Avropadan, ümumiyyətlə Qərbdən uzaqlaşması kimi dəyərləndirilməməlidir. Belə ki, ölkəmizin NATO, Avropa İttifaqı və.s istiqamətdə olan əməkdaşlıqlarıın davam etdiyini və  qonşu ölkələrimizlə xüsusi ilə türkdilli dövlətlərlə xüsusi diqqət ayrıldığını qeyd etdi .

Tədbir digər iştirakçıların çıxışları ilə yekunlaşdı.

image-2-2

 

Son xəbərlər

2 nömrəli Bakı Baza Tibb kollecində məişət zorakılığının qarşısının alınması haqqında tədbir keçirilib

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

“Həqiqəti demək borcumdur: mənim tanıdığım Adil Əliyev”

Eko Aləm İctimai Birliyi Hacıqabul və Çala göllərində araşdırmalar həyata keçirib

Şneor Seqal və onun kimi düşünənlər anlamalıdırlar ki, Azərbaycan kiminsə şəxsi dini laboratoriyası deyil

Bütün xəbərlər