BAKU Azərbaycan
13.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Özbəkistanın aparıcı media təmsilçiləri, çoxsaylı respondentlər, tanınmış simalar, ictimaiyyət nümayəndələri arasında keçirilmiş onlayn sorğunun nəticələri məlum olub. Bununla əlaqədar, Daşkənddəki Əlişir Nəvai adına Panorama Kino sarayında təntənəli mükafatlandırma mərasimi təşkil olunub.

Tədbirdə Özbəkistanın hökumət nümayəndələri, ictimaiyyət, elm, mədəniyyət, təhsil xadimləri, deputatlar, jurnalistlər, bloqerlər iştirak ediblər.
Aparılan rəy sorğusu ölkədə aktiv fəaliyyət göstərən, mətbuatla sıx işləyən, əməkdaşlıq edən, fəaliyyətində şəffaflığa nail olan, vətəndaş cəmiyyəti, ictimaiyyətlə səmərəli fəaliyyət göstərən dövlət və qeyri-dövlət idarələri, ictimai təşkilatlar arasında ənənəvi “İlin seçimi-2022” müsabiqəsinə yekun vurulub.
Sosial sorğu çoxsaylı respondentlər, jurnalist və bloqerlərin, ictimaiyyətin fəal nümayəndələrinin rəyi əsasında onlayn formada və şəffaf aparılmış, müsabiqədə “ən nümunəvi region”, ”ən nümunəvi nazirlik”, “ən fəal deputat”, “ilin media lideri”, “ilin ən nümunəvi mətbuat katibi” və digər nominasiyalarda qaliblərə diplom və mükafatlar verilib.
Qeyd edək ki, rəy sorğusunda qeyd olunan tələblərə cavab verməyən dövlət qurumları, idarələrin adları da elan olunub.
Keçirilən səsvermə samanı Özbəkistanda fəaliyyət göstərən xarici ölkələrə aid təşkilatlar arasında “İlin ən fəal Mədəniyyət Mərkəzi” nominasiyasında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi qalib olub. Bununla bağlı diplom Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasova təqdim edilib.
Özbəkistanda fəaliyyət göstərən xarici ölkələrin səfirlikləri, diplomatik nümayəndəlikləri arasında “İlin ən fəal Səfirliyi” nominasiyası üzrə qalib Türkiyə Respublikasının Səfirliyi olub.
Özbəkistan KİV-ləri eləcə də ictimaiyyət arasında hər il keçirilən, obyektivliyi və şəffaflığı ilə seçilən bu sorğunun nəticələri ölkə ictimaiyyəti tərəfindən çox böyük maraqla qarşılanır, mətbuatda geniş şəkildə işıqlandırlır.
Ölkədə fəaliyyət göstərən dövlət qurumları, təşkilat və hakimiyyət orqanları da bu sorğunun nəticələrinə böyük əhəmiyyət verirlər.
Müsabiqəyə əsasən Özbəkistanda “İlin ən fəal dövlət qurumu” Gənclərlə İşlər Agentliyi, “İlin ən yaxşı vilayət hakimiyyəti, dövlət qurumu” Səmərqənd Vilayət Hakimiyyəti, “İlin ən fəal deputatı” Özbəkistan Ali Məclisinin deputatı Rəsul Kuşarbayev layiq görülmüşlər.
Tədbirdə jurnalistlərin, yaradıcı şəxslərin öz fəaliyyətinə yer verilmiş, bədii proqram təqdim olunmuşdur.

Son xəbərlər

Gəmi-muzeydə Beynəlxalq Muzeylər Günü qeyd olunub

"Dövlət maraqlarımıza hörmət edən bütün siyasi qüvvələrlə əməkdaşlıq ediləcək" - Deputatdan AÇIQLAMA

BDU-DA CƏFƏR CABBARLININ 125 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ SƏRGİ-KONFRANS KEÇİRİLİB

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına media-tur təşkil olunub

BAKI BAŞ GÖMRÜK İDARƏSİNDƏ İCTİMAİ ŞURA ÜZVLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

“Sonuncu əmr” romanının ictimai müzakirəsi keçirildi

Bakı Dövlət Universitetində “Küveyt dərsi” keçirilib

Azərbaycanın tanınmış eksperti BMT-nin nüfuzlu qurumuna sədr seçilib

TƏBİƏTLƏ BAĞLI ƏFSANƏ- BU DƏFƏ SEVİNC XƏLİLQIZINDAN

DGK yanında ictimai şuranın iclası keçrilib

Milli QHT Forumunun İdarə Heyətinin yeni sədri seçildi

Qara Brilliant klubunun yetirməsi Respublika birincisi olub

Əyilməz ruhumuzun rəmzi Şuşa tarixin yeni dövründə

Ulu Öndər Heydər Əliyev Bişkekdə anılıb

“Azərbaycan İslam həmrəyliyinə növbəti töhfə vermiş oldu”

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Şəhid Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanları ailələri Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Kazanda “BİRLİK: Xatırlayırıq, Miras alırıq, Qürur duyuruq!” layihəsi çərçivəsində stend açılıb

Qafqaz Tarixi Mərkəzi-Türkiyə Təmsilçiliyi qardaş Türkiyədə

DGK və ƏƏSMN yanında İctimai Şuraların üzvüləri Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTOLAR

Azərbaycan-Bolqarıstan tərəfdaşlığı uğurla davam edir

Murmanskda Qələbə Günü münasibətilə keçirilən “Berlinə gedən yol” adlı tədbirə soydaşlarımız da qatılıblar

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Azərbaycanın və Slovakiyanın  siyasi əlaqələri yüksək səviyyədədir

İordaniyada Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilmişdir – FOTOLAR

Müasir Azərbaycan dövlətçiliyinin banisi

Gerçək bir birliyə nail olmaq üçün ortaq əlifba, ədəbi dil və ünsiyyət dili vacibdir-İlqar İlkin- ÖZƏL

Yaşıl Dünya Naminə Gənclərin Şəbəkələşmə Forumu keçirildi

AYB-nin “Natəvan” klubunda mətbuat konfransı keçiriləcək…

“Ümumi təhsil müəssisələrində təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsi” adlı layihənin icrasına başlanıb

Bütün xəbərlər