BAKU Azərbaycan
13.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın inkişafı,  xalqımızın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması naminə milsilsiz işlər görüb

 Azərbaycan hazırda müstəqil, sabit həyat yaşayır. Bu sabitlik 1993-cü ildə Ulu Öndər Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldikdən sonra başlanıb. Məhz 1993-cü ildən dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız qəbul olundu, azərbaycançılıq məfkurəsi bu gün bizim ideoloji əsaslarımızı təşkil edir. Siyasi islahatlar aparılmağa başlamışdır, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edilmişdir. İqtisadi sahədə liberallaşma siyasəti aparılmağa başlamışdır və bazar iqtisadiyyatına keçid məhz Heydər Əliyevin təşəbbüsü ilə baş vermişdir. Ulu Öndər Heydər Əliyev deyirdi: “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır”.

 Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın inkişafı, xalqımızın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması naminə milsilsiz işlər görüb. Xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri əvəsizdir. Ulu Öndər dövləti qurcüluğunun bu çətinliklərini belə izah edib: “Biz müstəqil Azərbaycan dövləti yaradırıq və onu elə yaratmalıyıq ki, daim yaşasın, heç bir qüvvə onu heç vaxt heç yana əyə bilməsin, heç bir dövlət gəlib bizim, Azərbaycan xalqının milli azadlığını, müstəqilliyini əlindən ala bilməsin. Bunun üçün də hər kəs bu müstəqilliyi qorumaqdan ötrü sadiq olmalı və öz şəxsi mənafeyini milli mənafedən aşağı tutmalıdır. Milli mənafe, dövlət mənafeyi hər şeydən üstün olmalıdır.” 

Artıq Azərbaycanda dövlət müstəqilliyi möhkəmlənib, sosial-iqtisadi inkişafa nail olunub, dünya iqtisadiyyatına inteqrasiyaya başlanılıb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən aparılan siyasət nəticəsində Azərbaycan Qafqazın və Xəzər regionunun geosiyasətində əhəmiyyətli rol oynamağa başlayıb. Azərbaycan yalnız neft və qaz ehtiyatlarına görə deyil, həmçinin Qara və Xəzər dənizləri regionunda tutduğu mövqeyə görə ABŞ, Avropa və Asiya dövlətlərinin maraqlarının kəsişdiyi geosiyasi mərkəzə çevrilmişdir. Neft və qaz ehtiyatlarının işlənməsi, həmçinin onların dünya bazarlarına ixracı üzrə nəhəng layihələrin həyata keçirilməsi sayəsində Xəzər regionu XXI əsrdə dünyanın əhəmiyyətli regionlarından birinə çevrilib.

 Milli iqtisadiyyatımızın bugünkü zirvəyə yüksəlməsində “Əsrin müqaviləsi” xüsusi əhəmiyyət kəsb edir. Ulu Öndər Heydər Əliyevin neft strategiyasının təcəssümü olan "Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış "Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarılmışdır. Gülüstan sarayında keçirilən “Əsrin müqaviləsi”nin beşinci ildönümünə  həsr edilmiş rəsmi qəbulda nitqindən Ulu Öndər Heydər Əliyev deyib: “Xoşbəxtik ki, nəhayət, XX əsrin sonunda Azərbaycan öz milli azadlığını, dövlət müstəqilliyini əldə edib və öz təbii sərvətlərindən nə cür, hansı yolla istifadə olunmasını özü müəyyən edir.” 

Bakı–Tbilisi–Ceyhan (BTC) neft boru kəməri dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin qurulmasına təkan verib, ölkəmizin xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə zəmin yaradıb. 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Azərbaycanın iqtisadi siyasətinin ən böyük uğurlarından sayılan BTC ölkəmizin Avrasiya regionunda mövqeyini xeyli gücləndirib, dövlətimizi Cənubi Qafqazın liderinə çevirib. Bu gün BTC təkcə Azərbaycan üçün deyil, ümumilikdə beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər üçün də müstəsna əhəmiyyət kəsb edən bir layihədir. BTC mühüm texniki-iqtisadi əhəmiyyətə malik olmaqla yanaşı, həm də böyük siyasi məzmun kəsb edir.

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi təməl dövlətçilik prinsiplərindən biri də siyasi varislikdir. Bu, müstəqil dövlətimizin inkişafı üçün başlanan siyasətin davamlı olmasıdır. Hazırda Ulu Öndərin bu ali məqsədi Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə reallaşıb.

 

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Son xəbərlər

"Dövlət maraqlarımıza hörmət edən bütün siyasi qüvvələrlə əməkdaşlıq ediləcək" - Deputatdan AÇIQLAMA

BDU-DA CƏFƏR CABBARLININ 125 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ SƏRGİ-KONFRANS KEÇİRİLİB

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına media-tur təşkil olunub

BAKI BAŞ GÖMRÜK İDARƏSİNDƏ İCTİMAİ ŞURA ÜZVLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

“Sonuncu əmr” romanının ictimai müzakirəsi keçirildi

Bakı Dövlət Universitetində “Küveyt dərsi” keçirilib

Azərbaycanın tanınmış eksperti BMT-nin nüfuzlu qurumuna sədr seçilib

TƏBİƏTLƏ BAĞLI ƏFSANƏ- BU DƏFƏ SEVİNC XƏLİLQIZINDAN

DGK yanında ictimai şuranın iclası keçrilib

Milli QHT Forumunun İdarə Heyətinin yeni sədri seçildi

Qara Brilliant klubunun yetirməsi Respublika birincisi olub

Əyilməz ruhumuzun rəmzi Şuşa tarixin yeni dövründə

Ulu Öndər Heydər Əliyev Bişkekdə anılıb

“Azərbaycan İslam həmrəyliyinə növbəti töhfə vermiş oldu”

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Şəhid Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanları ailələri Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Kazanda “BİRLİK: Xatırlayırıq, Miras alırıq, Qürur duyuruq!” layihəsi çərçivəsində stend açılıb

Qafqaz Tarixi Mərkəzi-Türkiyə Təmsilçiliyi qardaş Türkiyədə

DGK və ƏƏSMN yanında İctimai Şuraların üzvüləri Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTOLAR

Azərbaycan-Bolqarıstan tərəfdaşlığı uğurla davam edir

Murmanskda Qələbə Günü münasibətilə keçirilən “Berlinə gedən yol” adlı tədbirə soydaşlarımız da qatılıblar

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Azərbaycanın və Slovakiyanın  siyasi əlaqələri yüksək səviyyədədir

İordaniyada Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilmişdir – FOTOLAR

Müasir Azərbaycan dövlətçiliyinin banisi

Gerçək bir birliyə nail olmaq üçün ortaq əlifba, ədəbi dil və ünsiyyət dili vacibdir-İlqar İlkin- ÖZƏL

Yaşıl Dünya Naminə Gənclərin Şəbəkələşmə Forumu keçirildi

AYB-nin “Natəvan” klubunda mətbuat konfransı keçiriləcək…

“Ümumi təhsil müəssisələrində təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsi” adlı layihənin icrasına başlanıb

DFJD tərəfindən Qərbi Azərbaycan həqiqətləri xarici mediada təbliğ olunacaq

Bütün xəbərlər