BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Milli Məclisin deputatı, Elm və Təhsil Komitəsinin üzvü Tamam Cəfərova “Azərbaycan Rektorlar Konfransının yaradılması” – ECAR Erasmus+ layihəsi çərçivəsində İspaniyanın Madrid şəhərində keçirilən seminarda iştirak edir. Bu gün işinə başlayan seminarın əsas məqsədi tələbə və məzun işləri üzrə İspaniya Rektolar Konfransı və İspaniya ali təhsil müəssisələrinin, eləcə də Fransa, Polşa və Litvadan olan tərəfdaşların iştirakı ilə həmin ölkələrin təcrübəsinin öyrənilməsidir. Tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin müşaviri Nicat Məmmədli, o cümlədən layihə konsorsiumunun üzvü olan 16 ali təhsil müəssisəsinin rektorları, prorektorları və digər məsul şəxslərindən ibarət 40 nəfərlik nümayəndə heyəti iştirak edir.
Məlumat üçün bildiririk ki, layihə Avropa Komissiyasının maliyyə dəstəyi və Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilir. Ümumilikdə, layihə Azərbaycan ali təhsil müəssisələri arasında milli səviyyədə əməkdaşlıq və qarşılıqlı fəaliyyətin gücləndirilməsi, o cümlədən Azərbaycan ali təhsil müəssisələri tərəfindən müasir çağırışlara cavab verən kadırların hazırlanması prosesinə dəstək verməkdir.
Seminarın birinci günü İspaniya Rektorlar Konfransının Baş katibi Maria Teresa İspaniya Rektorlar Konfransının yaranması, İspaniya ali təhsil sistemində Rektorlar Konfransının yeri, rolu və onun qanunvericilik əsasları, strukturu, fəaliyyət istiqamətləri və müvafiq komitələri haqqında ətraflı məlumat verdi.
İspaniya Rektorlar Konfransının Tələbələrlə iş üzrə komissiyasının icraçı katibi prof. Angela Alcala isə İspaniya universitetlərində tələbələrlə iş üzrə yeni strateji baxışın formalaşdırılması, müasir çağırışlara cavab verən tələbə yönümlü Ali təhsilin mahiyyəti və İspaniyanın Təhsil qanunvericiliyinə ötən il edilmiş dəyişikliklərə uyğun olaraq, “Gələcəyin Universiteti” yanaşması və onun mahiyyəti haqqında ətraflı çıxış etdi.
Seminar iyulun 14-nə qədər davam edəcək.

     

Son xəbərlər

BAKI BAŞ GÖMRÜK İDARƏSİNDƏ İCTİMAİ ŞURA ÜZVLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

“Sonuncu əmr” romanının ictimai müzakirəsi keçirildi

Bakı Dövlət Universitetində “Küveyt dərsi” keçirilib

Azərbaycanın tanınmış eksperti BMT-nin nüfuzlu qurumuna sədr seçilib

TƏBİƏTLƏ BAĞLI ƏFSANƏ- BU DƏFƏ SEVİNC XƏLİLQIZINDAN

DGK yanında ictimai şuranın iclası keçrilib

Milli QHT Forumunun İdarə Heyətinin yeni sədri seçildi

Qara Brilliant klubunun yetirməsi Respublika birincisi olub

Əyilməz ruhumuzun rəmzi Şuşa tarixin yeni dövründə

Ulu Öndər Heydər Əliyev Bişkekdə anılıb

“Azərbaycan İslam həmrəyliyinə növbəti töhfə vermiş oldu”

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Şəhid Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanları ailələri Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Kazanda “BİRLİK: Xatırlayırıq, Miras alırıq, Qürur duyuruq!” layihəsi çərçivəsində stend açılıb

Qafqaz Tarixi Mərkəzi-Türkiyə Təmsilçiliyi qardaş Türkiyədə

DGK və ƏƏSMN yanında İctimai Şuraların üzvüləri Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTOLAR

Azərbaycan-Bolqarıstan tərəfdaşlığı uğurla davam edir

Murmanskda Qələbə Günü münasibətilə keçirilən “Berlinə gedən yol” adlı tədbirə soydaşlarımız da qatılıblar

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Azərbaycanın və Slovakiyanın  siyasi əlaqələri yüksək səviyyədədir

İordaniyada Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilmişdir – FOTOLAR

Müasir Azərbaycan dövlətçiliyinin banisi

Gerçək bir birliyə nail olmaq üçün ortaq əlifba, ədəbi dil və ünsiyyət dili vacibdir-İlqar İlkin- ÖZƏL

Yaşıl Dünya Naminə Gənclərin Şəbəkələşmə Forumu keçirildi

AYB-nin “Natəvan” klubunda mətbuat konfransı keçiriləcək…

“Ümumi təhsil müəssisələrində təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsi” adlı layihənin icrasına başlanıb

DFJD tərəfindən Qərbi Azərbaycan həqiqətləri xarici mediada təbliğ olunacaq

Muğam Mərkəzində növbəti konsert - ruhumuzun səsi - FOTO + VİDEO

Arxangelskdəki diaspor rəhbərinin 50 illik yubileyidir

Azərbaycan Universitetində “Cənubi Qafqaz yeni qlobal çağırışlar kontekstində” beynəlxalq elmi konfrans keçirilib

Bütün xəbərlər