BAKU Azərbaycan
13.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

University Foundation Courses-in (UFC) ingilis, fransız, alman dilləri departamentinin tələbələrinin “Foundation” proqramını bitirmələri münasibətilə 9-cu buraxılış gecəsi keçirilib.

Tədbirdə professor-müəllim heyəti, dövlət rəsmiləri, məzun və valideynlər iştirak edib. UFC-nin direktoru professor Reyhan Hüseynova tədbirdə çıxış edib. Gənclərin ölkəmizin hərtərəfli inkişafında, cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi, mədəni həyatında yaxından və fəal iştirakının təmin edilməsi, həmçinin gənc kadrlara yüksək etimad göstərilməsi istiqamətində Prezident cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın böyük dəstəyi, əməyi və sonsuz xidmətlərindən danışan R.Hüseynova əlavə edib ki, aparılan ardıcıl islahatlar, qəbul olunan müxtəlif dövlət proqramlarının müvəffəqiyyətlə gerçəkləşdirilməsi yüksəkixtisaslı kadr hazırlığını təmin etməklə sosial-iqtisadi, elmi və mədəni tərəqqiyə böyük töhfələr verir.
R.Hüseynova bildirib ki, UFC Azərbaycanda Böyük Britaniyanın “Foundation” proqramı üzrə akkreditə olunmuş lizenziya alan ilk təhsil mərkəzidir. Burda təhsil alan və tədris ilini müvəffəqiyyətlə bitirən 50 məzun Böyük Britaniya, Fransa, Almaniya, Türkiyə, İtaliya, Hollandiya, Macarıstan, İrlandiya, Litva, Latviya, Belçika, Çexiya, Bolqarıstan, Kanada və ABŞ-ın reytinqli universitetlərinin bakalavr və magistr pillələrinə qəbul edilib. Biz xaricdə ali təhsil üzrə ixtisaslaşmışıq və dünyanın bir sıra təhsil müəssisələrinə qeydiyyatdan keçməyə kömək edirik. Məqsədimiz abituriyentlərin ixtisas və bacarıqlarını təkmilləşdirmək, xarici universitetlərdə təhsil prosesinə hazırlamaqdır ki, bu da onların dünyanın ən yaxşı universitetlərinə daxil olmaq şansı deməkdir.

Reyhan Hüseynova diqqətə çatdırıb ki, 2023-ci ildə UFC-nin 52 məzunu təlim proqramını uğurla başa vuraraq Böyük Britaniya, Fransa, ABŞ, Türkiyə, Almaniya, İtaliya, Danimarka, Hollandiya, Çexiya, Belçika, İrlandiyada, İsrail, Kanada, İsveçrə, Avstriya, Macarıstan, Latviya və Litvanın reytinqli universitetlərində- kompüter elmləri, informasiya texnologiyaları, süni intellekt, informasiya sistemlərinin idarə edilməsi və analitikası, proqram mühəndisliyi, kompüter elmləri, informatika və riyaziyyat, interyer dizaynı, psixologiya, beynəlxalq münasibətlər, dövlət idarəçiliyi və beynəlxalq münasibətlər, menecment, biznes sahələrində bakalavr və magistr dərəcələri üçün idarəetmə, biznes və iqtisadiyyat, maliyyə, hüquq, beynəlxalq hüquq, hüquq və biznes, hüquq və qlobal təhlükəsizlik, beynəlxalq və Avropa hüququ, təsviri incəsənət, qrafik dizayn və kommunikasiya, biznes mühəndisliyi, ətraf mühit elmləri, memarlıq və dizayn fakültəlində təhsil alacaqlar.
Direktor qeyd edib ki, University Foundation Courses komandasının peşəkar fəaliyyəti nəticəsində məzunların əksəriyyəti təhsillərini davam etdirəcəkləri universitetlərdə təqaüd qazanıblar. “Foundation” UFC proqramının fərqli cəhəti ondan ibarətdir ki, Böyük Britaniya, Fransa, İtaliya kimi ölkələrdən tədris üçün yüksək ixtisaslı anadilli müəllimlər dəvət edilib. Bu da tələbələrin gələcəkdə təhsil alacaqları ölkəyə asanlıqla uyğunlaşmasını təmin edir. Bundan əlavə hər bir tələbə öz kursu çərçivəsində gələcək ixtisası üzrə seçdikləri fakültəyə uyğun olaraq Böyük Britaniya, Kanada, İtaliya və Fransada ilkin hazırlıq keçirlər.

Daha sonra UFC-in "Foundation" proqramının tərəfdaşları və müəllimlərinin çıxışlarından ibarət videoçarx nümayiş etdirilib.
Təbriklərini çatdıran Fransanın Azərbaycandakı yeni səfiri xanım Ann Buayon,
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Fergus Auld, Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mişel Pitermans, İsrailin Azərbaycandakı səfiri Corc Dik, Niderland Krallığınının səfiri Paulin Eizeman, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova və digər çıxışçılar da məzunları bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edib, gələcək karyera və həyatlarında uğurlar arzulayıblar.
Çıxışçılar UFC-in fəaliyyət göstərdiyi illərdə qazandığı uğurları, geniş beynəlxalq əlaqələri, məzunlarının yüksək bilik göstəriciləri haqqında danışıb, təhsil ocağının fəaliyyətini yüksək qiymətləndiriblər.
Daha sonra Birmengam,Warwick,Roma, Münhen,Magburg və Berlindən əvvəlki ilin məzunları videoformatda, Fransız departamentindən Leyla Mirzəyeva və Britaniya Departamentindən Nuray Əlizadə isə səhnədən builki məzunları təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. UFC-in sayəsində qazandıqları nailiyyətlərindən söz açıb, təəssüratlarını bölüşüblər.

UFC-in 9-cu məzuniyyət
tədbiri konsert proqramı ilə yekunlaşıb.

Qeyd edək ki, University Foundation Courses-in 2023-cü il məzunları
Böyük Britaniyanın Plymouth Universitetinə, Birmingham City Universitetinə, Qərbi İngiltərə Bristol Universitetinə, Salford Universitetinə, Nottingem Trent Universitetinə, Kraliça Meri Universitetinə, Leicester Universitetinə, Oksford Brookes Universitetinə, Strathclyde Universitetinə, Suonsi Universitetinə, Lids İncəsənət Universitetinə, Durham Universitetinə, Bath Universitetinə,
Fransanın Paris İncəsənət Kollecinə, Paris Amerika Akademiyasına, CEFAM, Aralıq dənizi Amerika Kollecinə,
İtaliyanın Azad Bozen Bolzano Universitetinə, NABA - Yeni Gözəl Sənətlər Akademiyasına Roma Sapienza Universitetinə, Siena Universitetinə, Venesiya Ca' Foscari Universitetinə,
Almaniyanın Tətbiqi Elmlər üzrə Avropa Universitetinə, Berlin Tətbiqi Elmlər Universitetinə,FH Aachen İnstitutunun birinci kursuna,
Macarıstanın Seged Universitetinə,
Çexiyanın Çex Həyat Elmləri Universitetinə, Praqa İqtisadiyyat və
Biznes Universitetinə, Praqadakı Nyu York Universitetinə, Çex
Texniki Universitetinə Çarlz Universitetinə, Masaryk Universitetinə,
Danimarkanın Kopenhagen İT Universitetinə,
Belçikanın KU Leuven, Vrije Universitetlərinə, Brussel, Antverpen Biznes Məktəbinə,
Hollandiyanın Haaqa Tətbiqi Elmlər Universitetinə, Rotterdam Tətbiqi Elmlər Universitetinə, Amsterdam Tətbiqi Elmlər Universitetinə, Hanze Tətbiqi Elmlər Universitetinə, Rotterdam Erasmus Universitetinə,
Türkiyənin Bilkent Universitetinə
İrlandiyanın Griffith Kollecinə,
Latviyanın Riqa Ali Hüquq Məktəbinə,
Litvanın Mykolas Romeris Universitetinə,
İsrailin Reichmann Universitetinə,
Kanadanın Alberta Universitetinə, Kalqari Universitetinə,
İsveçrənin Cenevrə Universitetinə, Cenevrə Biznes Məktəbinə,
Avstriyanın Vyana Universitetinə, Klagenfurt Universitetinə qəbul olunublar.

“University Foundation Courses” yuxarıda sadalanan universitetlərlə birbaşa müqavilələrə malikdir ki, bu da “Foundation” proqramı məzunlarını çətin qeydiyyat prosedurlarından azad edir.

 

Son xəbərlər

BDU-DA CƏFƏR CABBARLININ 125 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ SƏRGİ-KONFRANS KEÇİRİLİB

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına media-tur təşkil olunub

BAKI BAŞ GÖMRÜK İDARƏSİNDƏ İCTİMAİ ŞURA ÜZVLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

“Sonuncu əmr” romanının ictimai müzakirəsi keçirildi

Bakı Dövlət Universitetində “Küveyt dərsi” keçirilib

Azərbaycanın tanınmış eksperti BMT-nin nüfuzlu qurumuna sədr seçilib

TƏBİƏTLƏ BAĞLI ƏFSANƏ- BU DƏFƏ SEVİNC XƏLİLQIZINDAN

DGK yanında ictimai şuranın iclası keçrilib

Milli QHT Forumunun İdarə Heyətinin yeni sədri seçildi

Qara Brilliant klubunun yetirməsi Respublika birincisi olub

Əyilməz ruhumuzun rəmzi Şuşa tarixin yeni dövründə

Ulu Öndər Heydər Əliyev Bişkekdə anılıb

“Azərbaycan İslam həmrəyliyinə növbəti töhfə vermiş oldu”

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Şəhid Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanları ailələri Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Kazanda “BİRLİK: Xatırlayırıq, Miras alırıq, Qürur duyuruq!” layihəsi çərçivəsində stend açılıb

Qafqaz Tarixi Mərkəzi-Türkiyə Təmsilçiliyi qardaş Türkiyədə

DGK və ƏƏSMN yanında İctimai Şuraların üzvüləri Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTOLAR

Azərbaycan-Bolqarıstan tərəfdaşlığı uğurla davam edir

Murmanskda Qələbə Günü münasibətilə keçirilən “Berlinə gedən yol” adlı tədbirə soydaşlarımız da qatılıblar

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Azərbaycanın və Slovakiyanın  siyasi əlaqələri yüksək səviyyədədir

İordaniyada Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilmişdir – FOTOLAR

Müasir Azərbaycan dövlətçiliyinin banisi

Gerçək bir birliyə nail olmaq üçün ortaq əlifba, ədəbi dil və ünsiyyət dili vacibdir-İlqar İlkin- ÖZƏL

Yaşıl Dünya Naminə Gənclərin Şəbəkələşmə Forumu keçirildi

AYB-nin “Natəvan” klubunda mətbuat konfransı keçiriləcək…

“Ümumi təhsil müəssisələrində təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsi” adlı layihənin icrasına başlanıb

DFJD tərəfindən Qərbi Azərbaycan həqiqətləri xarici mediada təbliğ olunacaq

Muğam Mərkəzində növbəti konsert - ruhumuzun səsi - FOTO + VİDEO

Bütün xəbərlər