BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Eko Aləm ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Yaşıllıqların inkişaf etdirilməsi, mühafizəsi və istifadəsi sahəsində aparılan fəaliyyətlərin  araşdırılması” layihəsinin icrasına davam edir. Layihənin iş cədvəlinə uyğun olaraq ikinci tədbirini 15 avqust 2023-cü il tarixində Qobustan rayonu Cəngi Meşəbəyliyinin ərazisində həyata keçirtmişdir.

Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial iqtisadi inkişafa dair Milli Proqramı qəbul edildikdən sonra ən çətin bitmə şəraiti olan və sürətli səhralaşmaya məruz qalan bir neçə royonda o cümlədən,   Qobustan rayonunda Cəngi Meşəsalma Müəssisəsi yaradılmış və meşəsalma işləri aparılmağa başlanılmışdır. Qobustan rayonu Azərbaycan şərqinin alçaq dağlıq sahəsində, Böyük Qafqazın cənub-şərq qurtaracağında, eləcədə Bakıdan 101 km aralıda yerləşir. Buranın müxtəlif geoloji proseslərə məruz qalması, bitki örtüyünün zəifliyi, sel və külək eroziyaları nəticəsində torpağın humus qatının parçalanması, ağır gil qatının formalaşması bu ərazinin gələcəyini təhlükə qarşısında qoyduğundan, ilk olaraq Cəngi kəndi ərazisində  meşəsalma işlərinə başlanılmışdır.

Qədim yaşayış mərkəzlərindən olan Qobustan Şirvan tarixi vilayətinin tərkibində olmuşdur. Qədim türk sözü olan “qobu” (qobi) quru, susuz yer, ölkə, oba mənasnı daşıyır. Landşaftşünaslıqda “qobu” quru və ya müvəqqəti su axan olan dərə, yarğan landşaflarına deyilir. Qobustanın torpaq örtüyü müxtəlif olduğu kimi bitki örtüyü də zəngindir. Azərbaycandakı 4000 bitki növündən 470 növünə burada təsadüf olunur. Əksəriyyəti çiçəkli bitkilərdir. Qobustanda ərazinin relyefi dərələr, yarğanlar, qayalar, toponimik şəkildə öz əksini tapmışdır. Qobustan ərazisində mülayim isti yanmsahra və quru çöl iqlimi üslünlük təşkil edir. Şimalda iqlimi mülayim istidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti və onun yerli qurumları 2003-cü ilin yaz mövsümündən başlayaraq hər il yeni meşə salınması işlərinin plan-proqnozlarını icra etmişlər.

Azərbaycan Respublikası Prezidentinin “Magistral avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılması” haqqında 30 oktyabr 2007-ci il tarixli sərəncamından sonra bu sahədə fəaliyyət daha da genişləndirilmişdir. Ərazidəki Cəngi meşəsi ilə bərabər magistral yolunun hər iki tərəfində yaşıllıqlar da salınışdır. Hər il bu ərazilərdə yeni yaşılıqlar salınaraq ilən-ilə getdikcə genişlənməkdədir.

Eko Aləm İctimai Birliyinin sədri Sevil Yüzbaşeva saytımıza bildirib ki, iş cədvəlinə uyğun olaraq nəzərdə tutulan tarixdə Qobustan rayonuna ezamiyyətə gediblər: “Qobustan Rayonu İcra Hakimiyyətində bizi Başçının müavini-Sosial iqtisadi inkişafın təhlili  və  proqnozlaşdırılması şöbəsinin müdiri Əkbərov Məharət Xalis oğlu qarşıladı və Cəngi Meşəbəyliyi barədə geniş məlumat verdi.

Rəsmi qeydiyyatdan sonra nonitorinq qrupumuz Qobustan şəhərindən 30 km məsafədə yerləşən Cəngi kəndinə bitişik ərazidə yerləşən  eyni adlı meşə ərazisinəsinə getdik. Ərazidə bizi Cəngi Meşəbəyliyinin müdiri Rasim Novruzov, Qobustan Rayonu İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin, şöbə müdirinin müavini Bəhrəmov İbadət Qara oğlu və  Cəngi Meşəbəyliyinin işçiləri qarşıladılar. Onlar bizi ərazini gəzdirərək görülən işlər barədə geniş məlumat verdilər. Verilən məlumatlara görə Azerbaycan Respublikası Nazirlər Kabinetinin 07 dekabr 2021- ci il tarixli 684s nömrəli sərəncamına əsasən 369 ha meşə sahəsi  26 iyul 2022-ci il tarixində Qobustan Rayonu İcra Hakimiyyətinin balansma verilmişdir. Onların məlumatına görə 3 rayon Qobustan, Hacıqabul və Siyəzən ərazisində ETSN-nin müəssisələri tərəfindən salınan yaşıllıqlar həmin rayonların icra hakimiyyətlərinin balansına verilmişdir. Bununla yanaşı Qobustan şəhərində 28 ha yaşıllıq sahəsi də mövcuddur ki, bütün bu sahələrə Qobustan Rayonu 1 saylı Yaşıllaşdırma İdarəsi xidmət göstərir. Buna baxmayaraq Qobustan Rayonu İcra Hakimiyyətinin başçısı bu ərazilərə xüsusi diqqət yetirir. Meşə ərazisində həm də tinglik mövcuddur ki, burada yetişdirdikləri tingləri müəyyən vaxtdan sonra əkmək üçün əraziyə köçürülür. Həm Cəngi meşə ərazisinə həm də yol kənarı salınmış yaşıllıqlara xüsusi diqqət yetirilir. Bu ərazilər susuz olduğundan suvarma işləri aparmaq üçün 500 m3-lik və 1000 m3-lik 2 ədəd su anbarı, 2 ədəd nasosxana inşa edilmiş, 2 ədəd 200 m3-lik su çəni, 2 ədəd 250 kVa-lıq transformator qurulmuşdur. Nasosxananın ətrafı abadlaşdırılmışdır. Uzun müddət ərazidə  suvarmada olan problemlər yaşıllıqlarda becərməni və normal bitiş alınmasını çətinləşdirirdi. 2014-cü ildə yaşıllıqlar damcılı suvarma sistemləri ilə təmin edildikdən sonra əkinlərdə rekonstruksiya-bərpa işləri aparılmış və yüksək faizli bitiş əldə edilmişdir. Ərazidə baş verə biləcək, yanğınların qarşısını almaq üçün təhlükəsizlik tədbirləri də görülmüşdür.

Bütün bu görülən ətraf mühit üçün faydalı olan işlər heç də asanlıqla başa gəlmir. Yaşıllaşdırmanı bu tempdə saxlamaq üçün həll olunması vacib olan problemlər də vardır. Rasim müəllimin sözlərinə görə  Cəngi kəndində işçi qüvvəsi olmadığından 27 nəfər işçi Qobustan şəhərindən daşınır. İşçiləri daşımaq üçün nəqliyyat vasitəsi yoxdur. Ümumiyyətlə meşə sahəsinə qulluq etmək üçün 1 saylı Yaşıllaşdırma idarəsinin 60 ştat vahidi var, eyni zamanda xidmət üçün “Dost İş Mərkəzi” MMC ilə baglanmış saziş əsasında 21 nəfər (10 nəfər meşə üzrə 11 nəfər şəhər yaşıllıq sahəsi üzrə) ictimai işçi də cəlb edilmişdir”.

Sevil Yüzbaşeva deyib ki, meşə sahəsi ayrılarkən xidmət göstərmək üçün İH-nə heç bir texnika verilməmişdir: “Rayon lcra Hakimiyyətinin sərəncamında olan 16 və 8 tonluq 2 su maşını tələbatı ödəyə bilmir. Agaclarm qorunub saxlanması üçün hazırda  suvarma üçün nəzərdə tutulmayan 2 ədəd komunal texnika (çirkab sovuran və küçə süpürən) suvarma işlərinə cəlb edilmişdir.  Sərnişindaşıma, meşə sahəsinə qum və kultivasiya işlərinin aparılması, suvarma ilə təmin olunmayan ərazilərdə daşıma yolu ilə suvarma işlərinin aparılması üçün texnikanın olmaması ciddi çətinlik də yaradır.  Bu texnikaların icarəyə götürülməsi baha başa gəlməklə yanaşı, ayrılmış vəsait də buna imkan vermir.

26 may 2023-00 iI tarixde 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər  idarəsinin, “Azərlandşaft” ASC-nin mütəxəssislərinin iştirakı ilə ümumi baxış keçirilmişdir. Ümumilikdə təhvil götürülmüş 192 718 ədəd ağacın və 5 200 ədəd əkin materiallarının mövcudluğu təsdiqlənmişdir. Eyni zamanda təhvil – qəbul işlərindən sonra 2022-ci ilin payız və 2023-cü ilin yaz mövsümündə rekonstruksiya məqsədi ilə “Azərlandşaft” ASC tərəfindən verilmiş və idarə tərəfindən əkilmiş 24 165 ağacın da bitişinin qənaətbəxş olması qeyd olunmuşdur. Meşə sahəsinin qorunub saxlanması məqsədi ilə Qobustan rayon  İcra hakimiyyətinə 1 ədəd şum traktorunun 2 ədəd 16 tonluq sudaşıyan maşının 1 ədəd sərnişin avtobusunun (fəhlə daşınması üçün) və 1 ədəd xidmət avtomobilinin (kiçik tutumlu) ayrılmasına ciddi ehtiyac vardır.

Cəngi meşəsindən sonra yolkənarı yaşıllıqlara da vizual baxış keçirildi. Monitorinqin işi zamanı ərazidə foto, vidio çəkilişlər aparıldı”.

Son xəbərlər

Gəmi-muzeydə Beynəlxalq Muzeylər Günü qeyd olunub

"Dövlət maraqlarımıza hörmət edən bütün siyasi qüvvələrlə əməkdaşlıq ediləcək" - Deputatdan AÇIQLAMA

BDU-DA CƏFƏR CABBARLININ 125 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ SƏRGİ-KONFRANS KEÇİRİLİB

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına media-tur təşkil olunub

BAKI BAŞ GÖMRÜK İDARƏSİNDƏ İCTİMAİ ŞURA ÜZVLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

“Sonuncu əmr” romanının ictimai müzakirəsi keçirildi

Bakı Dövlət Universitetində “Küveyt dərsi” keçirilib

Azərbaycanın tanınmış eksperti BMT-nin nüfuzlu qurumuna sədr seçilib

TƏBİƏTLƏ BAĞLI ƏFSANƏ- BU DƏFƏ SEVİNC XƏLİLQIZINDAN

DGK yanında ictimai şuranın iclası keçrilib

Milli QHT Forumunun İdarə Heyətinin yeni sədri seçildi

Qara Brilliant klubunun yetirməsi Respublika birincisi olub

Əyilməz ruhumuzun rəmzi Şuşa tarixin yeni dövründə

Ulu Öndər Heydər Əliyev Bişkekdə anılıb

“Azərbaycan İslam həmrəyliyinə növbəti töhfə vermiş oldu”

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Şəhid Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanları ailələri Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Kazanda “BİRLİK: Xatırlayırıq, Miras alırıq, Qürur duyuruq!” layihəsi çərçivəsində stend açılıb

Qafqaz Tarixi Mərkəzi-Türkiyə Təmsilçiliyi qardaş Türkiyədə

DGK və ƏƏSMN yanında İctimai Şuraların üzvüləri Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTOLAR

Azərbaycan-Bolqarıstan tərəfdaşlığı uğurla davam edir

Murmanskda Qələbə Günü münasibətilə keçirilən “Berlinə gedən yol” adlı tədbirə soydaşlarımız da qatılıblar

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Azərbaycanın və Slovakiyanın  siyasi əlaqələri yüksək səviyyədədir

İordaniyada Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilmişdir – FOTOLAR

Müasir Azərbaycan dövlətçiliyinin banisi

Gerçək bir birliyə nail olmaq üçün ortaq əlifba, ədəbi dil və ünsiyyət dili vacibdir-İlqar İlkin- ÖZƏL

Yaşıl Dünya Naminə Gənclərin Şəbəkələşmə Forumu keçirildi

AYB-nin “Natəvan” klubunda mətbuat konfransı keçiriləcək…

“Ümumi təhsil müəssisələrində təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsi” adlı layihənin icrasına başlanıb

Bütün xəbərlər