BAKU Azərbaycan
0.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 

 

Mediada ordu, şəhid ailələri və müxtəlif qurumlar haqqında yalan məlumatların yayılması, reket jurnalistlərin “fəallığı” ictimaiyyətdə narahatlıq yaradıb. Bununla bağlı YAP İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli saytımıza öz narahatlığını bildirib. 

Asif Əsgərli son günlər bəzi sosial şəbəkə istifadəçiləri və bəzi media nümayəndələri tərəfindən həm Azərbaycan Ordusunun nüfuzuna xələl gətirən, həm də vətəndaşlar arasında süni ajiotaj yaradan, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salalan saxta məlumatların yayılmasından təəssüfləndiyini deyib: “Çox yaxşı haldır ki, bununla əlaqədar bir sıra sosial şəbəkə istifadəçiləri, eləcə də media nümayəndələri Baş Prokurorluğa dəvət olunaraq onlara xəbərdarlıq edilib. KİV cəmiyyətin ictimai-siyasi, sosio-mədəni təfəkkür və dünyagörüşünü formalaşdıran güclü bir mexanizmdir. Bu baxımdan media nümayəndələrinin dövlətimizin əsas inkişaf istiqamətlərini kifayət qədər düzgün bilməmələri, qeyri-peşəkarlığın olması cəmiyyətə yanlış mesajların ötürülməsinə səbəb olur. Görünür, bəzi KİV nümayəndələri dövlətin strategiyası, xüsusən ordu haqqında dərc etdikləri yazıların məsuliyyətini düzgün dərk etmirlər. İstənilən saxta məlumat sonda hər hansı problemin həllinə deyil, əksinə daha da dərinləşməsinə, hətta növbəti bir problemin yaranmasına yol açır. Xüsusən ordu haqqında dərc edilən yazılarda ehtiyatlı olmaq lazımdır. Aidiyyəti rəsmi qurumlara istinad edilməldiir. Ordu haqqında yazılan xəbərlərin qaynağı sosial media ola bilməz. Bu, tam qeyri-peşəkarlıqdır. Nəzərə almaq lazımdır ki, bizim düşmənlərimiz də sosial mediada aktivdir və onlar Azərbaycanla bağlı xəbərləri izləyirlər. Ajiotaj yaradacaq xəbərlərdən düşmənlərmiz ölkəmizə qarşı çirkin informasiya kampaniyalarında istifadə edirlər”. 

YAP İdarə Heyətinin üzvü bildirib ki, Azərbaycan dövləti daimi medianın inkişafına diqqət edib: “Bu il “Media haqqında” qanunun qəbulu KİV sahəsində atılmış yeni bir islahatdır. KİV mənsublarına sosial mediadan istifadənin məsuliyyəti, peşəkarlığın artılması, eləcə də avrointeqrasiyanın mahiyyəti, məqsədi və dövlətimiz üçün prespektivlərindən danışmaq, bu istiqamətlər üzrə maarifləndirici seminarlar keçmək lazımdır. Ən əsası da bu prosesdə Azərbaycanın milli-mənəvi dəyərlərinin aşınmamasına nail olmağa çalışmalıyıq”.

Son xəbərlər

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

Bütün xəbərlər