BAKU Azərbaycan
13.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Dekabrın 10-da Azərbaycan dövlət başçısı cənab İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçin dəvəti ilə Serbiyayada bir günlük işgüzar səfərdə olub. Səfər çərçivəsində prezidentlərin təkbətək və geniş tərkibdə görüşləri oldu. Elə həmin gün Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan, Serbiya, Bolqarıstan prezidentləri İlham Əliyev, Aleksandar Vuçiç və Rumen Radev iştirak ediblər. Bu açılış mərasimin ardınca Azərbaycan və Bolqarıstan dövlət başçılarının təkbətək görüşü olub.

Azərbaycan Prezidentinin Serbiyaya səfərini, orada keçirdiyi görüşlərin böyük əhəmiyyətə malik olduğunu vurğulamaq istəyirəm. Serbiya ilə çoxtərəfli müttəfiqlik, strateji münasibətlər ölkəmizin Avropa, əsasən də Balkan dövlətləri ilə bağlı siyasətinin prioritet istiqamətidir. Prezident cənab İlham Əliyev indiyə qədər Serbiyaya səfərlər edib eyni zmanda, Aleksandr Vuçiç də dəfələrlə bizim ölkəmizə gəlib. Hər iki dövlət beynəlxalq platformalarda da bir-birini dəstəkləyir, ələxüsus ərazi bütövlüyü məsələsində Bakı ilə Belqrad eyni mövqedən çıxış edir.

Qeyd edim ki, ölkələr arasında iqtisadi təmasların da gündəmin əsas mövzusudur.  Serbiya şirkətləri Azərbaycanda təmsil olunurlar, bizim bu ölkəyə kapital yatırımlarımız var, Serbiyanın infrastruktur layihələrində iştirak edirik. Bu müstəvidə Azərbaycanın Serbiyanın əsas qaz tədarükçüsünə çevrilməsinin xüsusi əhəmiyyəti var. Biz hazırda mavi yanacaq təminatı ilə bağlı Avropanın 10-a yaxın dövləti ilə işbirliyindəyik. Gürcüstandan başlayan yolumuz Serbiya, Albaniyayadək uzanır. Bu kəmərlər şəbəkəsində Serbiya ilə əməkdaşlığımız fikrimcə, xüsusi əhəmiyyət kəsb edir, çünki bu ölkə vasitəsilə qitənin enerji təhlükəsizliyinin təmin olunmasında rolumuzun coğrafiyası daha da genişlənəcək. Yeri gəlmişkən, son interkonnektorun istifadəyə verilməsi bunun göstəricisidir.

Hazırda gündəmdə dayanan məsələlərdən biri də Azərbaycanda əldə edilmiş yaşıl enerjinin Qara dənizin dibindən çəkiləcək xüsusi xətt ilə Gürcüstan vasitəsilə Rumıniya və Macarıstana ötürülməsidir. Biz bu yolla Şərqi Avropanın iki mühüm ölkəsini elektrik enerjisi ilə təmin edəcəyik. Bu, onların enerji təhlükəsizliyinə bir töhfə olacaq. Güman edirəm ki, bu layihə icra olunduqca tək Rumıniya və Macarıstanla məhdudlaşmayacaq, əsasən Avropanın şərqində yerləşən ölkələr hesabına daha da genişlənəcək. Bizim bərpa olunan enerji sahəsində olduqca böyük potensialımız var. Üstəlik, indi məlumatlar var ki, Orta Asiyanın qardaş türk dövlətləri də ekoloji cəhətdən təmiz enerjinin istehsalına başlamaq niyyətindədirlər. Bu enerjinin ixracı Azərbaycan üzərindən həmin xətt vasitəsilə Avropaya ixrac oluna bilər. Düşünürəm ki, bizim ixracatçı kimi başlıca rol oynadığımız bu layihəyə gələcəkdə Serbiya da qoşula bilər. Bir sözlə, siyasi müttəfiq və iqtisadi tərəfdaş kimi əməkdaşlıq imkanlarımız çoxdur.

Ən nəhayət, səfər çərçivəsində İlham Əliyev və Aleksandar Vuçiç hərbi texnika və avadanlıqlara baxıblar. Bu ölkənin müdafiə sənayesi komplekslərində idarə olunan raket sistemlərinin istehsalı da inkişaf edib. Düşünürəm ki, Serbiya bir çox ölkələrə, xüsusən də Pakistana və digər xarici dövlətlərə silah, texniki avadanlıq ixrac edir. Görünür ki, Azərbaycandan qaz ixrac edən Serbiya iqtisadi əməkdaşlığın hərbi əməkdaşlıq müstəvisinə keçməsində maraqlıdır və buna görə də Prezident cənab İlham Əliyevin səfəri çərçivəsində silah-sursatın nümayişi təşkil olunub.

Sonda bildirmək istəyirəm ki, Azərbaycanda həyata keçirilən siyasətin əsas məqsədlərindən biri də dünya birliyinə inteqrasiyanın daha da genişləndirilməsindən ibarətdir.

 

Fərhad MÖHBALIYEV

İqtisad üzrə fəlsəfə doktoru

Son xəbərlər

“Sonuncu əmr” romanının ictimai müzakirəsi keçirildi

Bakı Dövlət Universitetində “Küveyt dərsi” keçirilib

Azərbaycanın tanınmış eksperti BMT-nin nüfuzlu qurumuna sədr seçilib

TƏBİƏTLƏ BAĞLI ƏFSANƏ- BU DƏFƏ SEVİNC XƏLİLQIZINDAN

DGK yanında ictimai şuranın iclası keçrilib

Milli QHT Forumunun İdarə Heyətinin yeni sədri seçildi

Qara Brilliant klubunun yetirməsi Respublika birincisi olub

Əyilməz ruhumuzun rəmzi Şuşa tarixin yeni dövründə

Ulu Öndər Heydər Əliyev Bişkekdə anılıb

“Azərbaycan İslam həmrəyliyinə növbəti töhfə vermiş oldu”

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Şəhid Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanları ailələri Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Kazanda “BİRLİK: Xatırlayırıq, Miras alırıq, Qürur duyuruq!” layihəsi çərçivəsində stend açılıb

Qafqaz Tarixi Mərkəzi-Türkiyə Təmsilçiliyi qardaş Türkiyədə

DGK və ƏƏSMN yanında İctimai Şuraların üzvüləri Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTOLAR

Azərbaycan-Bolqarıstan tərəfdaşlığı uğurla davam edir

Murmanskda Qələbə Günü münasibətilə keçirilən “Berlinə gedən yol” adlı tədbirə soydaşlarımız da qatılıblar

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Azərbaycanın və Slovakiyanın  siyasi əlaqələri yüksək səviyyədədir

İordaniyada Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilmişdir – FOTOLAR

Müasir Azərbaycan dövlətçiliyinin banisi

Gerçək bir birliyə nail olmaq üçün ortaq əlifba, ədəbi dil və ünsiyyət dili vacibdir-İlqar İlkin- ÖZƏL

Yaşıl Dünya Naminə Gənclərin Şəbəkələşmə Forumu keçirildi

AYB-nin “Natəvan” klubunda mətbuat konfransı keçiriləcək…

“Ümumi təhsil müəssisələrində təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsi” adlı layihənin icrasına başlanıb

DFJD tərəfindən Qərbi Azərbaycan həqiqətləri xarici mediada təbliğ olunacaq

Muğam Mərkəzində növbəti konsert - ruhumuzun səsi - FOTO + VİDEO

Arxangelskdəki diaspor rəhbərinin 50 illik yubileyidir

Azərbaycan Universitetində “Cənubi Qafqaz yeni qlobal çağırışlar kontekstində” beynəlxalq elmi konfrans keçirilib

Mədəniyyətlərarası dialoqda beynəlxalq platform

Bütün xəbərlər