BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalara çağırışı və qətnamə qəbul etməsinin heç bir əhəmiyyəti, çəkisi və mənası yoxdur, heç Aİ özü və üzv dövlətlər də sənəddə əks olunan xülyaları qəbul etmir. 

 

Bunu Modern.az-a Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin sədri, jurnalist Cavid Şahverdiyev deyib. 

 

Xatırladaq ki, Ermənistanın “Mülki Müqavilə” parlament fraksiyasının katibi Artur Ovannisyan sosial şəbəkə hesabında  məlumat yayıb ki, Avropa Parlamenti xarici, eləcə də AB-nin təhlükəsizlik və müdafiə siyasəti ilə bağlı Azərbaycana qarşı dərhal sanksiyaların tətbiq edilməsini və strateji enerji tərəfdaşlığına dair anlaşma memorandumunun dayandırılması ilə bağlı qətnamələr qəbul edib. 

 

C.Şahverdiyev deyib ki, ənənvi olaraq bu dəfə də Avropa Parlamenti Azərbaycana qarşı çağırışları erməni lobbisinin pulu ilə işləyən deputatlar səsləndirir. Bu maliyyələşmənin arxasında Brüsseldə yaşayan erməni əsilli Kaspar Karapetyan dayanır:

 

""Xatlrlayırsızsa, iki il öncə Avropa Parlamentinin bəlkə də tarixinin ən qalmaqallı korrupsiya faktı ortaya çıxmışdı. O zaman Belçika prokurorluğu araşdırıb ki, avroparlament deputatları daha iki ölkə təmsilçilərindən rüşvət alıblar. Hətta “Brussels Morning” və Fransanın и “Le Monde” nəşrləri də bu hadisədən yazıblar. Həm vaxt Yunanıstanın “Mega TV” teleşirkətinin əldə etdiyi informasiyalarına görə, aparılan istintaq araşdırmaları zamanı Avropa Parlamentinin nə az, nə də çox – düz 60 deputatının rüşvət alma ittihamına məruz qalacağı gözlənilir!  Bu prosesdə iştirak edən və həbs olunan Avropa Parlamentinin Avropa İttifaqı-Ermənistan dostluq qrupunun üzvü Kayilin ermənilərlə sıx dostluq münasibətləri üzə çıxıb. Hansı ki, həmin qrup Ədalət və Demokratiya uğrunda Ümumavropa Erməni Federasiyası təşkilatı ilə sıx bağlı olub. Bu təşkilatın prezidenti isə ermənilərin “almaz imperatoru” adlandırdıqları milyarder Kaspar Karapetyandır".

 

C.Şahverdiyev onu da qeyd edib ki, bu həmin Karapetyandır ki, vaxtilə Avropa Parlamentinin bir çox deputatlarının yalnız Ermənistana deyil, eləcə də Qarabağa qanunsuz səfərlərini təşkil edib: "Bu dəfə də avropalı deputatların böyük əksəriyyəti Karapetyanın pulu ilə danışırlar,. Azərbaycana qarşı çıxan deputatlar bundan əvvəl də Avropa Parlamentində eyni mövqedən çıxış edənlərdir. Bu oyunların arxasında erməni lobbiçiliyinə satılan  Makron kimilər, Avropa Parlamentində olan islamafob, rasist və türkofob dairələr, sələbçi və neokolonial təfəkkürlü agentlər dayanır. Bu qurumda Azərbaycan əleyhinə qəbul olunan sənədlərin heç birinin rəsmi Bakının siyasətinə, nüfuz və gücünə təsiri yoxdur. Sadəcə Azərbaycanın şanlı tarixi zəfəri Avropada erməni lobbisinin pulu ilə danışan bəzi senatorların ovqatını təlx edib, təşvişə salıb və onlar da bu gün ölkəmizin qüdrətlənməsinə, güclənməsinə, inkişafına yarasa gözü ilə baxırlar, qorxurlar. Nə qədərə ki, Avropa Parlamenti Karapetyan kimi korrupsionerlərin pulu ilə dillənəcək, o, siyasi riyakarlığın ən pis təzahüründən xilas ola bilməyəcək” .

Son xəbərlər

BDU-DA CƏFƏR CABBARLININ 125 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ SƏRGİ-KONFRANS KEÇİRİLİB

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına media-tur təşkil olunub

BAKI BAŞ GÖMRÜK İDARƏSİNDƏ İCTİMAİ ŞURA ÜZVLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

“Sonuncu əmr” romanının ictimai müzakirəsi keçirildi

Bakı Dövlət Universitetində “Küveyt dərsi” keçirilib

Azərbaycanın tanınmış eksperti BMT-nin nüfuzlu qurumuna sədr seçilib

TƏBİƏTLƏ BAĞLI ƏFSANƏ- BU DƏFƏ SEVİNC XƏLİLQIZINDAN

DGK yanında ictimai şuranın iclası keçrilib

Milli QHT Forumunun İdarə Heyətinin yeni sədri seçildi

Qara Brilliant klubunun yetirməsi Respublika birincisi olub

Əyilməz ruhumuzun rəmzi Şuşa tarixin yeni dövründə

Ulu Öndər Heydər Əliyev Bişkekdə anılıb

“Azərbaycan İslam həmrəyliyinə növbəti töhfə vermiş oldu”

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Şəhid Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanları ailələri Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Kazanda “BİRLİK: Xatırlayırıq, Miras alırıq, Qürur duyuruq!” layihəsi çərçivəsində stend açılıb

Qafqaz Tarixi Mərkəzi-Türkiyə Təmsilçiliyi qardaş Türkiyədə

DGK və ƏƏSMN yanında İctimai Şuraların üzvüləri Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTOLAR

Azərbaycan-Bolqarıstan tərəfdaşlığı uğurla davam edir

Murmanskda Qələbə Günü münasibətilə keçirilən “Berlinə gedən yol” adlı tədbirə soydaşlarımız da qatılıblar

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Azərbaycanın və Slovakiyanın  siyasi əlaqələri yüksək səviyyədədir

İordaniyada Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilmişdir – FOTOLAR

Müasir Azərbaycan dövlətçiliyinin banisi

Gerçək bir birliyə nail olmaq üçün ortaq əlifba, ədəbi dil və ünsiyyət dili vacibdir-İlqar İlkin- ÖZƏL

Yaşıl Dünya Naminə Gənclərin Şəbəkələşmə Forumu keçirildi

AYB-nin “Natəvan” klubunda mətbuat konfransı keçiriləcək…

“Ümumi təhsil müəssisələrində təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsi” adlı layihənin icrasına başlanıb

DFJD tərəfindən Qərbi Azərbaycan həqiqətləri xarici mediada təbliğ olunacaq

Muğam Mərkəzində növbəti konsert - ruhumuzun səsi - FOTO + VİDEO

Bütün xəbərlər