BAKU Azərbaycan
11.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Çingiz Əliyev: “Biz əldə etdiyimiz bütün uğurlara görə müəllimlərimizə borcluyuq”

Xaricdəki soydaşlarımızın Vətənə, milli-mənəvi dəyərlərimizə bağlı olmaları və bu amalla yaşamaları əsl vətənpərvərlik nümunəsidir. Onların harada yaşamalarından aslı olmayaraq öz doğma el-obalarını, doğmalarını, müəllimlərini untmamaları gənc nəsil üçün də örnəkdir. Bu baxımdan Rusiya Federasiyasının Tuva Respublikasının paytaxtı Kızıl şəhərinin deputatı, Tuva Karate Federasiyasının prezidenti, Tuvada Azərbaycan Cəmiyyətinin sədri Çingiz Əliyevin böyüyüb boya-başa çatdığı Gürcüstanın Qardabani rayonunun Kəpənəkçi kəndi ilə bağlı saytımıza bildirdiyi təəssüratları təqdirə layiqdir.

O, bu yaxınlarda əmisi polkovnik İlqar Əliyevin vəfatı ilə bağlı doğma Kəpənəkçi kəndində olub. Uzun müddətdir ki, kənddə olmayan Çingiz Əliyev səfəri çərçivəsində orada çoxlu görüşlər keçirib. Tanınmış idmançı, həmçinin təhsil aldığı kənd orta məktəbində də olub. Məktəbin müəllimləri ilə görüşüb. Öz məktəb illəri xatirələrini müəllimləri ilə bölüşüb. O, öz müəllimlərinə çəkdikləri əziyyətlərə görə təşəkkür edib: “Harada yaşasaq da, hansı uğura çatsaq da bunda müəllimlərin əməyi var. Hər birimizin uşaqlığı məktəbdən keçir. Biz əldə etdiyimiz bütün uğurlara görə müəllimlərimizə borcluyuq. Həmişə hər bir insanın həyatında əsas rolu məktəb, müəllimlər oynayır. Çünki biz yazıb-oxumağı məktəbdə müəllimlər vasitəsi ilə öyrənirik. Məktəb olmasa insan heç nəyə nail ola bilməz”.

image-d2db5ef9-109d-4698-a7fd-8aae2e0409d6

O, Kəpənəkçi kəndində artıq yeni məktəbin tikildiyini bildirib: “Amma köhnə məktəb sökülməyib. Hazırda istifadəyə yararsız vəziyyətdədir. Gedib oranı gəzdim. Təhsil aldığım sinif otağını gördükcə uşaqlıq illərini bir daha xatırladım. Nə qədər köhnə, uçulub, dağılsa da ora mənə çox doğmadır. Çünki məhz həmin məktəbdə mən təhsil almışam, elm, insanlığı öyrənmişəm, şəxsiyyət kimi formalaşmışam. Bu məktəb mənim üçün ziya ocağıdır”.

Çingiz Əliyev deyib ki, məktəbin bu günkü müəllimlərindən bir neçəsi vaxtı ilə ona dərs deyib: “Məktəbin indiki direktoru Nəsib Nəsibov mənim tarix müəllim olub. Biz Nəsib müəllimlə geniş və ətraflı söhbət etdik. Bir yerdə məktəbi gəzdik. Məktəbin problemləri haqqında danışdıq.

Onu da bildirim ki, məktəbdə Azərbaycanla bağlı çox böyük işlər görülür. Azərbaycanın əlamətdar günləri ilə  bağlı bu məktəbdə daima tədbirlər keçirilir. Məsələn, ötən il bu məktəbdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib.  Xocalı soyqırımı günü məktəbdə şəhidlərimiz yad edilir. Məktəblilərə ermənilərin törətdikləri soyqrımılarından danışılır.

Məktəbdə uşaqlara Azərbaycanın tarixi öyrədilir. Azərbaycanın Prezidenti İlham Əliyevin yürütdüyü daxili və siyasət haqqında məlumat verilir. Dövlətimizin həyata keçirdiyi siyasi, iqtisadi, mədəni layihələrdən danışılır. 44 günlük Vətən müharibəsində əldə edilən şanlı qələbəmiz haqqında, əsgərlımizin qəhrəmanlıqlarından məktəblilərə qürurla danışılır”.

image-423315135_2885306794942480_2899002912914643395_n

Qardabani rayonunun Kəpənəkçi kəndi balaca kənddir. Burda 160 ev var. Buna baxmayaraq Çingiz Əliyevin dediyinə görə bu kənddən çox ziyalı insanlar çıxıb: “Həmçinin mərhum əmim İlqar Əliyev də bu kənddə doğulub. O, uzun müddət Kızıl şəhərinin cinayət axtarış şöbəsinin rəisi olub. Həmçinin karet üzrə qara kəmər ustası idi. İstərdim qeyd edim ki, mən həmişə əmimlə fəxr etmişəm, ona heyran olmuşam. O, mənim üçün həmişə şücaət, mərdlik, şərəf, məsuliyyət, ədalət və mərdlik nümunəsi olub. Cəsarətli, sərt, lakin mərhəmətli bir insan idi. Allah əmimə rəhmət etsin!

Bu kənddən çıxan insanlar Gürcüstanda, Azərbaycanda, Rusiyada və digər ölkələrdə müxtəlif sahələrdə çalışırlar. Bizim kənddən xaricə gedənlər hər zaman kəndə hərtərəfli dəstək olurlar. Eyni zamanda məktəbin problemlərinin həllində fəallıq göstərirlər”.

Onu da əlavə edək ki, Çingiz Əliyev karate idman növünə də bu məktəbdə yiyələnib. Əmisi Camal Əliyev onun ilk karate müəllimi olub. “Camal əmim məktəbdə bizə idmandan dərs deyirdi. O, sərbəst güləş üzrə idman ustalığına namizəddir. Karateni də çox yaxşı bacarırdı. Mənə də karateni ilk olaraq o öyrədib”, – deyə Çingiz Əliyev bildirib.

Xatırladaq ki, Çingiz İsaxan oğlu Əliyev 1982-ci ildə Gürcüstanın Qardabani rayonunun Kəpənəkçi kəndində doğulub, 1999-cu ildən isə Tıvada yaşayır. Müasir Humanitar Akademiyada hüquqşünaslıq ixtisası üzrə təhsil alıb. Dəfələrlə Rusiya, dünya və Avropada keçirilən karate yarışlarında çempion olub və mükafatlar qazanıb, qara kəmər ustasıdır. Dünya və Avropa səviyyəsində bir çox Rusiya çempionu yetişdirib. Karate üzrə beynəlxalq dərəcəli idman ustası olan həmyerlimiz Rusiya Federasiyasında keçirilən bir sıra ictimai tədbirlərin təşəbbüskarı və təşkilatçısıdır. Rusiyada tanınmış idmançı, Əməkdar idman müəllimi Çingiz Əliyev Tıvanın 100 illiyi və Kızılın yaranmasının 100 illiyi və s. medallarla təltif edilib. Həmçinin çoxlu sayda təşəkkür məktubu, diplom və fəxri fərmanlara layiq görülüb.

image-f73c488b-e495-4a4e-93b1-2fa929822516

Fuad Hüseynzadə

Son xəbərlər

"Dövlət maraqlarımıza hörmət edən bütün siyasi qüvvələrlə əməkdaşlıq ediləcək" - Deputatdan AÇIQLAMA

BDU-DA CƏFƏR CABBARLININ 125 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ SƏRGİ-KONFRANS KEÇİRİLİB

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına media-tur təşkil olunub

BAKI BAŞ GÖMRÜK İDARƏSİNDƏ İCTİMAİ ŞURA ÜZVLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

“Sonuncu əmr” romanının ictimai müzakirəsi keçirildi

Bakı Dövlət Universitetində “Küveyt dərsi” keçirilib

Azərbaycanın tanınmış eksperti BMT-nin nüfuzlu qurumuna sədr seçilib

TƏBİƏTLƏ BAĞLI ƏFSANƏ- BU DƏFƏ SEVİNC XƏLİLQIZINDAN

DGK yanında ictimai şuranın iclası keçrilib

Milli QHT Forumunun İdarə Heyətinin yeni sədri seçildi

Qara Brilliant klubunun yetirməsi Respublika birincisi olub

Əyilməz ruhumuzun rəmzi Şuşa tarixin yeni dövründə

Ulu Öndər Heydər Əliyev Bişkekdə anılıb

“Azərbaycan İslam həmrəyliyinə növbəti töhfə vermiş oldu”

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Şəhid Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanları ailələri Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Kazanda “BİRLİK: Xatırlayırıq, Miras alırıq, Qürur duyuruq!” layihəsi çərçivəsində stend açılıb

Qafqaz Tarixi Mərkəzi-Türkiyə Təmsilçiliyi qardaş Türkiyədə

DGK və ƏƏSMN yanında İctimai Şuraların üzvüləri Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTOLAR

Azərbaycan-Bolqarıstan tərəfdaşlığı uğurla davam edir

Murmanskda Qələbə Günü münasibətilə keçirilən “Berlinə gedən yol” adlı tədbirə soydaşlarımız da qatılıblar

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Azərbaycanın və Slovakiyanın  siyasi əlaqələri yüksək səviyyədədir

İordaniyada Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilmişdir – FOTOLAR

Müasir Azərbaycan dövlətçiliyinin banisi

Gerçək bir birliyə nail olmaq üçün ortaq əlifba, ədəbi dil və ünsiyyət dili vacibdir-İlqar İlkin- ÖZƏL

Yaşıl Dünya Naminə Gənclərin Şəbəkələşmə Forumu keçirildi

AYB-nin “Natəvan” klubunda mətbuat konfransı keçiriləcək…

“Ümumi təhsil müəssisələrində təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsi” adlı layihənin icrasına başlanıb

DFJD tərəfindən Qərbi Azərbaycan həqiqətləri xarici mediada təbliğ olunacaq

Bütün xəbərlər