BAKU Azərbaycan
20.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan tarixinin şanlı qələbələrindən biri olan Aprel döyüşlərindən səkkiz il ötür. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza ilk böyük qələbə sevincini bəxş etdi. Böyük Zəfərin başlanğıcı olan bu döyüşlər çoxəsrlik şanlı tariximizə Zəfər səhifəsi kimi yazıldı. Beləki, 2016-ci il aprel ayının 1-dən 2-nə keçən gecə işğalçı Ermənsitan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı törədilən növbəti təxribata şanlı Azərbyacan ordusu tərəfindən sürətli əks-hücum əməliyyatı həyata keçirilərək cavab verilib və Ermənistanın işğal altındakı ərazilərdə qurduğu “keçilməz sədd” kimi təqdim edilən müdafiə xəttinin yarılması ilə nəticələn strateji əhəmiyyətli qələbə qazanılıb. Şanlı Aprel qələbəsi Azərbaycan xalqının inamını və ümidlərini özünə qaytarmaqla yanaşı, düşmənin illərdir formalaşdırdığı guya “məğlubedilməz erməni ordusu” mifini də yerlə yeksan etdi və böyük qələbənin başlanğıcı oldu. Aprel döyüşləri Azərbaycan xalqının qələbə əzmini və inamını özünə qaytardı.

Bu barədə saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Tamam Cəfərova bildirib ki, Azərbaycan ordusu şanlı Aprel qələbəsi nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Daha dəqiq desək, Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad etdi, Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələ Təpə yüksəkliyinə nəzarəti ələ keçirdi. Həmçinin aprel döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi.

Xüsusilə vurğulamalıyıq ki, Aprel döyüşləri nəticəsində erməni xalqı dövlətinin işğalçılıq siyasətinin iflasa uğradığına şahid oldu. Eyni zamanda, Azərbaycan bütün dünyaya əbədi və əzəli torpaqlarını hərb yolu ilə işğaldan azad edə biləcəyini göstərdi.

Deputat qeyd ki, Aprel qələbəsi Azərbaycan xalqının, dövlətinin və ordusunun tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətraf rayonların düşmən işğalından azad olunması üçün hər cür fədakarlığı və hərbi qüdrəti göstərməyə qadir olduğunun təsdiqi oldu. Aprel döyüşlərində Azərbaycan Ordusu düşmənə öz gücünü göstərmiş oldu. Bunun nəticəsidir ki, 2020-ci ilin sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında qalan torpaqların azad olunması uğrunda döyüşlərə başladı və bütün dünyanı heyrətləndirəcək dərəcədə misilsiz qələbə çaldı.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Aprel döyüşlərinin ildönümündə bir qrup hərbiçimizlə görüşündə qeyd etdiyi kimi, “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”. Hər bir azərbaycanlı üçün böyük qürur və fəxarətdir ki, ölkə Başçısının bu sözlərindən çox qısa bir vaxt sonra ölkəmizin ərazi bütövlüyü təmin olundu.

Cənab Prezidentin uzaqgörənliyi, qətiyyəti, müdrik siyasəti və Azərbaycan xalqının birliyi, həmrəyliyi, Ordumuzun qüdrəti sayəsində Azərbaycan bu işğalla barışmadı və nəyin bahasına olursa olsun torpaqlarımız düşmən işğalından azad olundu, ərazi bütövlüyü və suverenliyimiz tam təmin olundu.

Onu da qeyd etməliyik ki, 44 günlük Vətən müharibəsində və ötən ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatlarında düzgün vaxtın seçilməsi olduqca mühüm məqamlardan biri idi. Bu baxımdan bütün dünya bir daha şahid oldu ki, Azərbaycan Respublikasının Prezidenti nəyi, necə, nə vaxt etmək lazım olduğunu gözəl bilir.

 

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər