BAKU Azərbaycan
17.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Dünyada iqlim dəyişikliyi və səhiyyə mövzusunda illərdir tədbirlər keçirilir. İqlim dəyişikliyi dünya dövlətləri tərəfindən bilinən və narahatlıqla təqib olunan bir məsələdir. Bilindiyi kimi iqlim dəyişikliyinə görə dünyada baş verən fəlakətləri saymaqla qurtarmaq olmaz. Bu problemin həll olması istiqamətində ilk dəfə XVIII əsrin ortalarından başlayaraq günümüzə qədər dünya dövlətləri tərəfindən istifadə olunan təbii sərvətlər, daha sonraları maşınqayırma və ağır sənaye sayəsində dünyamızda və atmosferdə karbon qazının həddindən artıq çoxalması səbəb olmuşdur.

Dünyamız qlobal iqlimin istiləşməsinə görə bir sıra ağır nəticələrlə üzləşməyə məcbur olub. Bu hadisələrin biri də yer buzlaqların əriməsidir. Qlobal istiləşmə ilə atmosferdə və okean sularındakı temperatur artır. Son statistik məlumatlara görə buzlaqların əriməsi 2011-2020-ci illər arasında əvvəlki 10 illərlə müqayisədə 75% artıb. 2022-2023-cü ill dünyanın ən isti illəri olub. Tədqiqatçılara görə tədbirlər görülməsə dünyamız təhlükə ilə üzləşə bilər. Bununla bağlı illərdir ki, dünyanın bir çox dövlətləri və beynəlxalq təşkilatlar bu istiqamətdə uğurlu addımlar atırlar. Bu tədbirlərdən biridə COP29-dur.

COP “Conference of the Parties”, yəni Tərəflərin Konfransı adlanır və adındakı 29 rəqəmi tədbirin sayca 29-cu olduğuna işarə edir. Bundan əvvəlki tədbir – COP28 keçən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutub. COP29 məqsədi inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin təsirini azaltmaq və uyğunlaşmaqda kömək etmək üçün maliyyə yardımı üçün fond toplamaqdır.

Qloballaşan dünyada baş verənlər bir daha sübut edir ki, dünyanın inkişaf etmiş bəzi böyük ölkələri və onların dünya ölkələri üçün hazırladığı iqtisadi hədəflər həmişə onların xeyrinə işəmişdir. İnkişaf etməkdə olan ölkələrin artıq üzləşdiyi iqlim problemlərinin əsas səbəbkarlarından biri kimi həmin ölkələri misal göstərmək olar. İqlim dəyişikliyinin qaçınılmaz təsirlərinə və bu təsirlərin aradan qaldırılması üçün maliyyə və digər dəstəyə ehtiyacı var. Mətbuatda tez-tez səsləndiyi kimi bu dəstək olmadan inkişaf etməkdə olan ölkələr təmiz enerji mənbələrinə keçid edə, qlobal karbon qazı ifrazını azalda bilməzlər.

Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər il keçirilir və sədrlik BMT-nin beş regionu arasında rotasiya olunur. Azərbaycan Tərəflər Konfransının bu ilin noyabrında Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) sədrlik edəcək. Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində zəngin təcrübəyə malikdir və tədbirin keçiriləcəyi məkan isə Bakı Stadionu təyin olunubdur.

COP29 “Yaşıl dünya naminə həmrəy olaq” şüarı bir daha COP29-un ölkəmiz və dünya üçün nə qədər əhəmiyyətli olduğunu göstərir. Bu forum bölgəmizin təhlükəsizliyi, enerji daşıyıcısı və yaşıl dünya üçün əhəmiyyətlidir. Azərbaycanın və bölgələrimizin təmiz ekologiya, külək və günəş enerjisi kimi layihələrindən istifadəsi çox əhəmiyyətli bir hadisədir. COP29 bu baxımdan dünya ictimaiyyəti tərəfindən ölkəmizə olan böyük inamın və bölgənin aparıcı gücü olma səbəbiylədir ki, bu cür mötəbər tədbirlərin keçirilməsini Azərbaycana həvalə edirlər. Bu etimadın və güvənin arxasında Azərbaycanda gedən iqtisadi inkişaf və siyasi sabitlik durur.

Sözlərimi İlham Əliyev cənablarının 23 aprel 2024-cü il tarixində ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumda dediyi bir sözlə bitirmək istəyirəm: “COP29 sülh prosesinin nəticəsidir. Budəfəki COP-un mövzusu maliyyə olmasına baxmayaraq, ev sahibi ölkə olaraq biz gündəliyə bir neçə əlavə edə bilərik və belə məsələlərdən biri sülh olacaqdır. Birincisi, ona görə ki, biz məhz sülh prosesi sayəsində COP29-a ev sahibliyi etmək hüququ qazandıq. Çünki burada Ermənistan vetosunu aradan qaldırdı və biz də qarşılıqlı addımlar atdıq. Burada söhbət təkcə COP-dan və ötən dekabrdan getmir. Burada aramızda etimadın yaranmasından söhbət gedir. Çünki ən böyük çağırış qarşılıqlı etimadın olmaması və ya onun çox aşağı səviyyədə olmasıdır.”.

 

Orxan ORUCOV,

politoloq, Beynəlxalq Diaspora Mərkəzinin Müşaviri

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər