BAKU Azərbaycan
2.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Məlum olduğu kimi bu günlər Vətən müharibəsində Müzəffər Azərbaycan ordusunun qələbələri ilə tariximizə həkk olunmuşdur. Təəssüf ki, müharibə dövründə qəhrəman ordumuzun qarşısında tab gətirə bilməyən azğın düşmən mülki şəxsləri hədəfə alırdı. Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad olunmasının ildönümünü qeyd etməklə yanaşı, düşmənin törətdiyi terrok aktlarını da unutmur və vətənin suverenliyi uğrunda şəhid olan əsgər və zabitlərimizlə bərabər,  mülki şəhidlərimizi də hörmət və ehtiramla anır.

Bu sözləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat açıqlamasında bildirib ki, müharibənin gedişində mənfur düşmənin Gəncə, Bərdə, Naftalan, Mingəçevir və digər şəhərlərimizi hədəfə alması, əlbəttə, təsadüfi deyildi. Bu yolla düşmən Azərbaycan xalqının mübarizə əzmini qıra biləcəyini, xalqın arasında ruh düşkünlüyü yarada biləcəyini düşünürdü. Cənab Prezident İlham Əliyevin 10 noyabr 2020-ci ildə xalqa müraciətində dediyi kimi “...Siz Azərbaycan xalqını tanımırsınız, siz tanıyacaqsınız bizi, amma gec olacaq...” Bəli, vandal, faşist Ermənistan Azərbaycan xalqını və dövlətini tanıdı. Xalqın birliyi, dövlətin siyasi iradəsi, ordunun gücü sayəsində düşmənin bütün qüvvələri darmadağın edildi. Düşmən kapitulyasika aktını imzalamalı oldu. Xalqımız Ali Baş Komandanın ətrafında sıx birləşərək Ordumuzun gücü ilə torpaqlarımızın erməni işğalından azad edilməsi kimi tarixi bir missiyanı zəfərlə başa çatdırdı.

Böyük qələblər böyük mübarizə nəticəsində qazanılır. Torpaqlarımızın azadlığı, dövlətimizin suverenliyi uğrunda Vətən müharibəsində əsgər və zabitlərimizlə yanaşı mülki şəhidlərimiz də oldu. Əlbəttə, bu, Ermənistanın insanlıq əlehinə törətdiyi növbəti hərbi cinayət idi. Qeyd edək ki, Azərbaycanın ikinci böyük şəhəri Gəncə 2020-ci ilin 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində Ermənistan tərəfindən raket və ağır artilleriya hücumlarına məruz qalıb. Ümumilikdə bu dəhşətli terrorlar nəticəsində 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Eyni zamanda, Azərbaycanın digər böyük şəhəri olan Bərdədə törədilmiş terror nəticəsində 29 nəfər həlak olub, 112 nəfər yaralanıb.

Ümumilikdə Ermənistan ərazisindən təkcə Gəncə və Bərdə deyil, eyni zamanda, Yevlax, Beyləqan, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımız ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulub. Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib.

Fikirlərinin davamı olaraq millət vəkili Tamam Cəfərova qeyd edib ki, Ermənistanın Gəncədə mülki yaşayış binalarını bombalaması insanlıq əlehinə, bəşəriyyətə qarşı olan qatı cinayətidi və Cenevrə Konvensiyasına görə qəbul olunmazdır. Cenevrə Konvensiyası mühribə dövründə, hətta müharibə zonasında yerləşən mülki obyektlərə və mükli vətəndaşlara hər hansı  bir ziyanın vurulmasını qadağan edir. Cenevrə Konvensiyasi eləcə də uzaq məsafəyə vuran raketlərdən istifadə edilməsini qəbul etmir və bunu insanlıq əleyhinə cinayətlər siyahısına daxil edib.  Lakin Gəncə müharibə zonasından çox uzaqda olsa da, bu şəhərdən hər hansı bir formada müharibə ərazisinə hər hansı bir silahdan istifadə edilməsə də, Ermənistan tərəfindən raket hədəfinə alındı.

Deputat qeyd edib ki, bu raket hücumları insanlıq əleyhinə cinayət, terror kimi dəyərləndirilsə də, BMT, Avropa İttifaqı və Türkiyə tərəfindən qınanılsa da dünyanın digər önəmli güc mərkəzləri və aparıcı dövlətləri tərəfindən biganəliklə qarşılanmışdır. Halbuki,  bu bəşəriyyətə qarşı edilmiş cinayətdir və 21-ci əsrdə heç bir şəhər bu cür uzaqmənzilli  raketlərlə atəşə tutulmamışdı.  Bu açıq-aşkar bilərəkdən, qəsdən kütləvi ziyan vurmaq, kütləvi qətllər törətmək üçün keçirilən bir əməliyyat idi. Şübhə yoxdur ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdiyi hərbi cinayətlərə görə cavab verməlidir və verəcək. Azərbaycan xalqına qarşı törədilmiş hərbi cinayətlərə görə Ermənistan döyüş meydanında böyük itkilərə məruz qaldı, mülki əhalimizə qarşı qatı qəddarlığın qisası düşməndən alındı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində və 1 günlük antiterror əməliyyatları zamanı ermənilər tərəfindən vəhşicəsinə öldürülən bütün soydaşlarımızın qısasını aldı. Ordumuz düşmənin bütün mövqelərini darmadağın edərək ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdi.

Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən terror aktları nəticəsində həyatını itirən mülki şəhidlərimizə Allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına səbr diləyirik.

Son xəbərlər

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

Kitabxanada akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi qeyd olundu

Bütün xəbərlər