BAKU Azərbaycan
2.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Türkiyənin Afyonkarahisar şəhərindəki Qurtuluş prospektinə Qarabağ qazisi və Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynlinin adı verilib.

“Diaspornews.az” xəbər verir ki, oktyabrın 17-də prospektin açılış mərasimi keçirilib. Mərasimdə Türkiyə prezidentin baş müşaviri Yalçın Topçu, Azərbaycannın Türkiyədəki hərbi attaşesinin baş köməkçisi mayor Sərvan Qasımzadə, keçmiş Milli Təhsil Naziri Prof. Dr. Mehmet Sağlam, Çayırbağ bələdiyyə başçısı Ender Kiraz, “Saloğlu” şirkətinin təsisçisi Tacəddin Mustafayev, Qafqaz Tarixi Mərkəzinin sədri Rizvan Hüseynov, MİSRA İnformasiya Təşəbbüsləri İctimai Birliyinin sədri Fuad Abbasov, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə, İbad Hüseynlinin döyüşçü yoldaşları, yerli bələdiyyə üzvləri, eləcə də Türkiyənin müxətlif regionlarından və Rusiyadan gələn qonaqlar iştirak ediblər.

Mərasim süvari qoşunların milli qəhrəmanı qarşılaması ilə başlayıb. Hər iki ölkənin dövlət himnləri oxunub, daha sonra Qarabağda və Türkiyədə şəhid olan əsgərlər üçün Qurani-Kərim tilavət edilib. İbtidai sinif şagirdləri ənənəvi oyunlardan ibarət qısa şou təqdim etdilər.

Mərasimin açılışında çıxış edən Çayırbağ bələdiyyə başçısı Ender Kiraz İbad Hüseynlinin qəhrəmanlığının unudulmayacağını bildirib. Ender Kiraz prospektə İbad Hüseynlinin adını verməklə sədaqət hisslərini göstərdiklərini vurğulayıb.

Prezidentin baş müşaviri Yalçın Topçu mərasimdəki çıxışında Türkiyə ilə Azərbaycanın “bir millət, iki dövlət” olduğunu bildirib. Topçu çıxışına bu sözlərlə davam edib: “Azərbaycanın şəhidləri, qaziləri bizimdir. Onların sevinci bizim sevincimiz, ağrıları bizim dərdimizdir. Bu gün bu küçənin adının dəyişdirilməsi qəhrəman veteranımız İbad Hüseynliyə böyük sədaqətinin göstəricisidir. “Bu əhəmiyyətli addımı atdıqları üçün bələdiyyə başçısı Ender Kiraz və şura üzvlərinə təşəkkür edirəm”, – deyə o əlavə edib.

Mərasimdə “Saloğlu” şirkətinin təsisçisi Tacəddin Mustafayev, Rusiya və Azərbaycan Prezidentlərinə Dəstək təşkilatının sədri Məhəmməd Rəfiyev, təşkilatın sədr müavini  Faiq Qurbanov və Moskva vilayəti üzrə sədri Təhsin Nəbiyev, Qafqaz Tarixi Mərkəzinin sədri Rizvan Hüseynov də çıxış edərək bu tədbirin Azərbaycan-Türkiyə qardaşlığına daha bir nümunə olduğunu bildiriblər.

Mərasimin sonunda İbad Hüseynli duyğulu çıxış edib. İbad Hüseynli, adının prospektə verilməsindən qürur duyduğunu dilə gətirib, Çayırbağ bələdiyyə sədrinə və mərasimdə iştirak edən protokol üzvlərinə təşəkkür edib. İbad Hüseynli qəhrəmanlıq xatirələrini bölüşüb.

Mərasimdən sonra tədbir iştirakçılarına xatirə hədiyyələri təqdim edilib.

Xatırladaq ki, bundan əvvəl Türkiyədə İbad Hüseynlinin adın 2 küçə və 2 parkın açılışı olub.

image-b2ca1b84-0a7b-49f3-908e-4830682878b9

image-whatsapp-image-2024-10-17-at-20-44-16_9414bdeb

image-whatsapp-image-2024-10-17-at-20-44-16_d64aea97

image-whatsapp-image-2024-10-17-at-20-43-58_221bb462

 

image-whatsapp-image-2024-10-17-at-20-44-11_4df6d43b

image-whatsapp-image-2024-10-17-at-20-44-11_f5a61952

image-whatsapp-image-2024-10-17-at-20-44-12_31e11021

image-whatsapp-image-2024-10-17-at-20-44-14_2b0246de

 

image-ac125287-329a-4044-9965-f3494987866a

image-whatsapp-image-2024-10-17-at-19-46-47_d0091089 image-whatsapp-image-2024-10-17-at-19-46-48_bd9b112b image-whatsapp-image-2024-10-17-at-20-43-48_9a569f03 image-whatsapp-image-2024-10-17-at-20-43-48_eeac5052 image-whatsapp-image-2024-10-17-at-20-43-49_575b5202 image-whatsapp-image-2024-10-17-at-20-43-49_c7f7ef6a image-whatsapp-image-2024-10-17-at-20-43-50_32e16d83 image-whatsapp-image-2024-10-17-at-20-43-51_b55b0788 image-whatsapp-image-2024-10-17-at-20-43-51_eac437ee image-whatsapp-image-2024-10-17-at-20-43-53_0620cb04 image-whatsapp-image-2024-10-17-at-20-43-53_b1da47ce image-whatsapp-image-2024-10-17-at-20-43-54_b25111b1 image-whatsapp-image-2024-10-17-at-20-43-54_d4c18f58  image-whatsapp-image-2024-10-17-at-20-43-58_0b33c01e  image-whatsapp-image-2024-10-17-at-20-44-01_53e1fe7b    image-whatsapp-image-2024-10-17-at-20-44-13_ea32c0bf    image-4a459236-b3ae-423c-9d3e-3a4b48ecf635

Son xəbərlər

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

Kitabxanada akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi qeyd olundu

Bütün xəbərlər