BAKU Azərbaycan
0.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Ana dili yalnız ünsiyyət vasitəsi deyil, milli kimliyin və mədəni irsin daşıyıcısıdır

 Dil hər bir xalqın milli kimliyinin, düşüncə tərzinin və mədəniyyətinin ayrılmaz tərkib hissəsidir. Cəmiyyətin dilə münasibəti onun mədəni səviyyəsini əks etdirən əsas göstəricilərdən biridir. Bu baxımdan, ana dilinin qorunması və düzgün istifadəsi yalnız filoloqların və ya müəllimlərin deyil, bütün cəmiyyətin üzərinə düşən ümummilli vəzifədir. Xüsusilə media və reklam sahələri geniş auditoriyaya təsir etdiyi üçün burada dil normalarına əməl olunması böyük əhəmiyyət daşıyır. Təəssüf ki, son illər bu sahələrdə dil normalarının pozulması halları artmaqda və cəmiyyətin dil mədəniyyətinə mənfi təsir göstərməkdədir.

Əgər Mirzə Ələkbər Sabir günümüzdə yaşasaydı və reklamların dilinə diqqət yetirsəydi, o, ehtimal ki, reklamlarda Azərbaycan dilinin pozulmasını cəmiyyətin maarifləndirilməməsi və dilə olan diqqətsizliklə əlaqələndirərdi. O, bu halları öz dövründə tənqid etdiyi savadsızlıq və biganəlik kimi satirik bir şəkildə təsvir edərdi.

Sabir yaradıcılığında bəzən şeirlərin formal gözəlliyə üstünlük verildiyini, lakin məzmunun boş olduğunu tənqid edirdi. Günümüzdə reklamlarda da tez-tez rast gəlinən mənasız ifadələr və cəlbedici, lakin məntiqsiz sloqanlar bu yanaşmanın davamı olardı.

Kütləvi informasiya vasitələri və reklamlar cəmiyyətin müxtəlif təbəqələrinə birbaşa təsir göstərən kommunikasiya vasitələridir. Televiziya verilişləri, sosial media platformaları, internet reklamları və küçə elanları geniş auditoriyaya çatmaqla yanaşı, dildə yeni ifadələrin, sözlərin və üslubların yayılmasında mühüm rol oynayır. Bu baxımdan media və reklam dilindəki istənilən yanlışlıq və ya normasızlıq çox sürətlə cəmiyyət arasında yayılır və normaya çevrilə bilər. Bu, xüsusilə gənc nəsil üçün təhlükəlidir, çünki onların dil vərdişləri hələ formalaşma mərhələsində olur.

Dil normalarının pozulma formaları

Televiziya verilişlərində və reklamlarda tez-tez cümlə quruluşu baxımından yanlış ifadələrə rast gəlinir. Məsələn: “Bu fürsəti qaçırma, endirimli qiymətlərlə əldə et!” — bu cümlədə həm üslub, həm də sintaktik baxımdan qüsurlar var. Düzgün formada belə səslənməlidir: “Bu fürsəti qaçırmayın – məhsulları endirimlə əldə edin!”

Reklam mətnlərində ingilis və ya rus dillərindən alınmış, lakin dilimizdə qarşılığı olan sözlərin yerli formaları nəzərə alınmadan istifadə edilməsi də geniş yayılıb. Məsələn: “super şans”, “best qiymət”, “real endirim” kimi ifadələr həm üslub, həm də leksik baxımdan dil normalarına uyğun deyil.

 Reklamda məhsulu tanıtmaq məqsədilə həddindən artıq şişirdilmiş ifadələrdən istifadə olunur. Bu da dilin manipulyativ və qeyri-səmimi istifadəsinə gətirib çıxarır. Nəticədə, reklam dili ilə real ünsiyyət dili arasında uçurum yaranır.

Cəmiyyətə mənfi təsirləri

 Müasir dövrdə kütləvi informasiya vasitələri – televiziya, radio, internet platformaları, sosial şəbəkələr və reklamlar – cəmiyyətin dilə münasibətini formalaşdıran əsas amillərdən biridir. Bu sahələrdə dil normalarına əməl olunmaması, yəni qrammatik, leksik və üslubi qaydaların pozulması, sintaktik uyğunsuzluqlar, yad dildən alınma və lazımsız sözlərdən istifadənin artması birbaşa olaraq cəmiyyətin dil mədəniyyətinə mənfi təsir göstərir. Normadan kənar ifadələr çox istifadə olunduqca, insanlar onları doğru hesab etməyə başlayır. Gənclər arasında dil vərdişlərinin pozulması halları artır.

Media və reklamdan təsirlənən gənclər normativ dilə qarşı laqeyd qalır, bəzən ədəbi dili "köhnəlmiş" hesab edirlər. Ədəbi dildən uzaqlaşma və mədəni geriləmə dildə dəqiqlik və ifadə zənginliyi itdikcə, mədəniyyətin digər sahələrində də keyfiyyət azalması müşahidə olunur.

Bəs nə etməli?

Reklam mətnlərinə dil ekspertləri tərəfindən nəzarət mexanizminin yaradılması lazımdır. Təhsil sistemində “dil və üslub mədəniyyəti” dərslərinin genişləndirilməsi önəmlidir. Qanunvericilikdə media dili ilə bağlı normativ aktların gücləndirilməlidir. Cəmiyyətin dil məsələlərinə daha həssas yanaşmasına təşviq edilməlidir.

Ana dili yalnız ünsiyyət vasitəsi deyil, milli kimliyin və mədəni irsin daşıyıcısıdır. Media və reklam sahələrində dil normalarının pozulması bu kimliyin və irsin zəifləməsinə səbəb ola bilər. Ona görə də bu sahədə çalışan hər bir şəxs dilə qarşı məsuliyyətli və diqqətli olmalıdır. Dilin saflığını qorumaq həm fərdi, həm peşəkar, həm də vətəndaşlıq borcudur.

 

Cavid Şahverdiyev

Yazı Mirzə Ələkbər Sabir Fondunun Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sabir gözü ilə: media və reklamlarda Azərbaycan dilinin pozulmasına tənqidi baxış (monitorinq)” layihəsi çərçivəsində hazırlanıb.

 

 

 

Son xəbərlər

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

Bütün xəbərlər