BAKU Azərbaycan
4.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Prezident İlham Əliyev: “Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb”

 Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən yenidənqurma və ictimai-siyasi tədbirlər arasında ən çox diqqət çəkənlərdən biri də Şuşa Media Forumudur. 2023-cü ildən etibarən keçirilən bu tədbir artıq ənənəvi xarakter almış və regionun media gündəmini formalaşdıran əsas platformalardan birinə çevrilmişdir. Forumun məqsədi təkcə Azərbaycan mediasının inkişafına töhfə vermək deyil, eyni zamanda qlobal informasiya mühitində baş verən dəyişiklikləri, çağırışları və perspektivləri müzakirə etməkdir.

2025-ci ilin 19-21 iyulunda “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda forumun Xankəndidəki Zəfər meydanında, yeni Konqres Mərkəzində təşkil olunması dərin rəmzi məna daşıyır. Bu qərar Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və post-münaqişə dövründə həyata keçirilən yenidənqurma siyasətini bütün dünyaya nümayiş etdirmək məqsədi daşıyır. Zəfər meydanı yalnız coğrafi məkan deyil, eyni zamanda siyasi iradənin, milli həmrəyliyin və tarixi ədalətin təcəssümüdür. Qeyd edək, 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin qatıldıqları Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır.

Bu il keçirilən forumda müzakirə olunan mövzular sadəcə Azərbaycan mediası ilə məhdudlaşmadı. Əsas istiqamətlər bunlar oldu: qlobal informasiya mühiti və dezinformasiya ilə mübarizə, media azadlığı və jurnalistlərin təhlükəsizliyi

Rəqəmsallaşma və süni intellektin mediaya təsiri, postmünaqişə bölgələrində media və sosial məsuliyyət, Azərbaycanın informasiya müharibəsində təcrübəsi, bütün bu mövzular dünyada baş verən sürətli dəyişikliklər fonunda aktualdır. 2024–2025-ci illər ərzində baş verən beynəlxalq gərginliklər, informasiya manipulyasiyası və media institutlarına təzyiqlər bu cür platformaların nə qədər vacib olduğunu bir daha göstərdi.

 Şuşa Media Forumu həm də yerli jurnalistlər və media qurumları üçün bir platformadır ki, beynəlxalq təcrübə ilə tanış olsunlar, əməkdaşlıq imkanları yaratsınlar. Forumda iştirak edən müxtəlif ölkələrin media nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və fikir liderləri arasında yaradılan açıq dialoq, Azərbaycan mediasının inteqrasiyasına mühüm töhfə verir. Bu forum, həmçinin media təhsilinin, peşəkar jurnalistikanın və etika məsələlərinin də gündəmə gətirilməsi baxımından önəmlidir. Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda çıxışında bildirib ki, Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb: “Ümid edirəm ki, bu ənənə davam edəcək və vaxt keçdikcə qonaqların sayı artır, coğrafi əhatə daha da genişlənir. Bütün bunlar bir daha göstərir ki, ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac var. Söhbət təkcə mediadan deyil, həmçinin qlobal gündəlikdən gedir. Dünyada vəziyyət sürətlə dəyişir. Əgər ötən il Şuşada keçirilmiş Forumdan başlasaq görərik ki, nə qədər çox dəyişikliklər baş verib.

Əlbəttə ki, ilk növbədə, mətbuat belə tədbirlərə qatılır, bütün hekayələri söyləyir, bu dəyişiklikləri, hadisələri təsvir edir və öz cavabını, rəyini bildirir. Bugünkü görüşü burada, yeni tikilmiş Konqres Mərkəzində, Xankəndinin Zəfər meydanında keçirmək qərarına gəldik. Beləliklə, əminəm ki, bura qonaqlar üçün maraqlı olacaq, yenidənqurma, eləcə də 30 ildən artıq bu yerlərdən didərgin düşmüş insanların qayıtması baxımından ərazilər azad olunandan sonra görülmüş işlərə baxmaq cəlbedici olacaq”. Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci ilin iyul ayında keçirilən III Şuşa Qlobal Media Forumunda etdiyi çıxış yalnız ölkə səviyyəsində deyil, beynəlxalq ictimaiyyət üçün də mühüm mesajlar ehtiva edirdi. Əldə edilən siyasi, hərbi və informasiya uğurlarının fonunda baş tutan bu çıxış, həm ölkədaxili ictimai rəyə, həm də beynəlxalq informasiya məkanına strateji bir baxış təqdim etdi.

Azərbaycan hökumətinin həyata keçirdiyi “Böyük Qayıdış” proqramı çərçivəsində, işğaldan azad edilmiş torpaqlara əhalinin köçürülməsi prosesi davam edir. Bu prosesin mediada düzgün və obyektiv işıqlandırılması, yerli və beynəlxalq ictimaiyyətə real vəziyyətin çatdırılması baxımından xüsusi önəm daşıyır. Şuşa Media Forumu bu istiqamətdə informasiya mübadiləsi üçün körpü rolu oynayır.

Şuşa Media Forumu, Azərbaycanın informasiya siyasətində və media strategiyasında mühüm yer tutur. Qarabağın bərpası və ictimai rəyin formalaşması, forumun əsas fonunu təşkil edir. Qlobal kontekstə bağlılıq, Azərbaycanın media mühitinin beynəlxalq arenada da aktiv iştirak etməyə çalışdığını göstərir. Zəfər meydanında keçirilən tədbir, həm rəmzi, həm də siyasi mesaj daşıyır – bu ərazilərin nəzarətə qaytarılması və yenidən qurulması vurğulanır. Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumundakı çıxışı, dövlətin media ilə münasibətlərində yeni mərhələnin əsasını qoydu. Çıxışda ifadə olunan fikirlər, yalnız cari məsələlərə deyil, həm də gələcək illərdə Azərbaycanın informasiya siyasətinin necə qurulacağına işarə edir. Bu çıxış, Azərbaycanın regional gücdən qlobal informasiya oyunçusuna çevrilmək istəyini və potensialını ortaya qoydu. Şuşa və Xankəndidən verilən mesaj, yalnız region üçün deyil, bütün dünya üçün önəmli bir çağırış idi: dezinformasiyaya qarşı birlik, sülhə və həqiqətə xidmət edən media!

 Şuşa Media Forumu artıq yalnız bir tədbir deyil – o, dəyərlər sisteminə və gələcəyə baxışa çevrilib. Forumun Şuşada və Xankəndidə keçirilməsi Azərbaycanın informasiya suverenliyi ilə yanaşı, mədəni və siyasi suverenliyini də əks etdirir. Hər dəfə bu cür tədbirlərin təşkili, informasiya cəbhəsində uğurların təməlini qoyur. Gələcəkdə bu forumun coğrafiyasının və iştirakçı sayının genişlənməsi gözlənilir. Beləliklə, Şuşa və ümumilikdə Qarabağ, yalnız mədəniyyətin deyil, həm də söz azadlığının və informasiya dialoqunun mərkəzi kimi dünya gündəminə çıxacaq.

 

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

 

Son xəbərlər

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

Kitabxanada akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi qeyd olundu

Bütün xəbərlər