BAKU Azərbaycan
2.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan xalqının uzun illərdir səbirsizliklə gözlədiyi ədalət 2020-ci ildə gerçəkləşdi. Vətən müharibəsində əldə etdiyimiz parlaq Qələbə təkcə hərbi uğur deyil, həm də tarixi ədalətin bərpası idi. Bu Qələbə nəticəsində düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu və 10 noyabr 2020-ci il tarixində Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin imzaladığı üçtərəfli bəyanata əsasən, işğal altında olan ərazilərimiz bir-bir geri qaytarıldı.

Laçın rayonu da bu bəyanata əsasən, 1 dekabr 2020-ci il tarixində Azərbaycana təhvil verildi. Bu tarixi hadisə ilə xalqımızın 28 illik həsrəti sona çatdı. Lakin proses bununla bitmədi – 2022-ci ilin 26 avqust tarixində Azərbaycan Ordusu Laçın şəhərinə, Zabux və Sus kəndlərinə tam nəzarəti bərpa etdi. Beləliklə, Laçın dəhlizinin əvvəlki marşrutu dəyişdirilərək, Azərbaycanın nəzarəti altına keçdi. Bu, yalnız bir coğrafi ərazinin deyil, eyni zamanda milli ləyaqətin, tarixi mirasın və suverenliyin bərpası idi. Xatırladaq ki, Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.

Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərini – o cümlədən Laçın rayonunu – 1992-ci ildən başlayaraq 30 ilə yaxın müddətdə işğal altında saxlayan Ermənistan, bu dövrdə beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozmuşdur. Ermənistanın Laçın rayonunda həyata keçirdiyi siyasət təkcə işğal aktı ilə məhdudlaşmayıb, bölgənin tarixi, coğrafi və demoqrafik simasını dəyişdirməyə yönəlmiş genişmiqyaslı cinayətkar fəaliyyətlərlə müşayiət olunub. Bu əməllər 1949-cu il Cenevrə Konvensiyaları, Haaqa Konvensiyası, BMT Nizamnaməsi və digər beynəlxalq hüquq normaları baxımından hərbi cinayət, etnik təmizləmə və mədəni soyqırımı kimi qiymətləndirilə bilər. İşğal müddətində Ermənistan Laçın rayonunda yüzlərlə kənd və dağın, çayın, meşənin adlarını dəyişdirərək süni erməni toponimləri ilə əvəz etmişdir. Bu, beynəlxalq hüquqa əsasən işğalçı tərəfin işğal olunmuş ərazidə mövcud tarixi və mədəni irsi dəyişdirməsinin qadağan olunmasına ziddir. Toponimlərin erməniləşdirilməsi siyasəti yalnız ad dəyişikliyi deyildi – bu, bölgənin azərbaycanlı kimliyini silmək və gələcəkdə mümkün mülkiyyət iddialarını zəiflətmək məqsədi güdürdü. Halbuki Cenevrə Konvensiyasına əsasən, işğalçı dövlət işğal etdiyi ərazidə status-kvonu pozmamalıdır və orada əsaslı dəyişikliklər aparmaq qadağandır.

Laçın rayonu coğrafi baxımdan çox mühüm strateji mövqedə yerləşir. Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizi uzun illər ərzində separatçı qüvvələrin əsas logistik təchizat yolu kimi istifadə olunurdu. Bu dəhlizin nəzarətə götürülməsi regionda sülhün və sabitliyin təmin olunması üçün mühüm addım idi. Eyni zamanda Laçın Azərbaycanın təbii gözəlliklər diyarı, zəngin tarixi və mədəni irsi ilə seçilən bir bölgəsidir. Bu torpaqlarda yaşamış insanların doğma yurdlarına qayıtması, dağıdılmış kəndlərin və şəhərlərin yenidən qurulması, həyatın bərpası Azərbaycanın Vətən Müharibəsində əldə etdiyi zəfərin ən gözəl bəhrəsidir.

26 avqust 2022-ci il tarixində Prezident İlham Əliyev Azərbaycan xalqını Laçın şəhəri, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi münasibətilə təbrik edərək tarixi bəyanatla çıxış etdi. O qeyd etdi ki, bu nailiyyət təkcə hərbi deyil, həm də diplomatik müdriklik və iradənin təntənəsidir. Prezidentin mesajı həm xalqımıza, həm də dünyaya Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməyə qadir olduğunu göstərdi.

2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunan şanlı Qələbə nəticəsində Laçın rayonu da öz doğma sahibinə – Azərbaycan xalqına qaytarıldı. Ərazi bütövlüyünün bərpası ilə Laçının tarixində yeni bir mərhələ – inkişaf və yenidənqurma dövrü başlandı. İnfrastruktur bərpa olunur, yollar çəkilir, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları tikilir. “Böyük Qayıdış” proqramı çərçivəsində Laçının keçmiş sakinləri mərhələli şəkildə doğma yurdlarına qayıdırlar. Artıq Zabux kəndinə ilk ailələr köçürülüb, həyat canlanır. Laçın bu gün yenidən qurulur, daha müasir və daha dayanıqlı bir bölgəyə çevrilir. Bu, dövlətin gücünün, xalqın birliyinin və səbrinin nəticəsidir.

Laçın rayonu ətrafında çəkilən yeni avtomobil yolları, tunellər və körpülər bölgənin nəqliyyat əlçatanlığını təmin edir. Xüsusilə, Laçın şəhərindən yan keçən alternativ yol strateji baxımdan əhəmiyyətli addım oldu. Yenilənmiş enerji və su infrastrukturları sayəsində bölgəyə dayanıqlı həyat şəraiti yaradılır. “Yaşıl enerji” konsepsiyası da burada öz yerini tapır. Prezidentin iştirakı ilə açılışı olan müasir şəhərciklər – ağıllı evlər, ekoloji cəhətdən təmiz materiallardan tikilən binalar – Laçının yeni simasını formalaşdırır. Təhsil və səhiyyə müəssisələri sıfırdan inşa edilir. Məktəblər ən müasir texnologiyalarla təchiz olunaraq, burada yaşayacaq gənc nəsillərə yüksək səviyyəli təhsil imkanı yaradacaq.

2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən indiyədək Laçın şəhərinə 571 ailənin, yəni 2091 nəfərin, Zabux kəndinə 217 ailənin, yəni 823 nəfərin, Sus kəndinə 59 ailənin, yəni 215 nəfərin, Bəylik kəndinə 89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin edilib;

Laçının azad olunması Azərbaycan tarixində yeni bir səhifə açdı. Bu səhifə xalqımızın iradəsinin, şəhidlərimizin qanı ilə yazılmış qəhrəmanlıq dastanının nəticəsidir. Bu gün Laçında dalğalanan üçrəngli bayrağımız təkcə fiziki torpağın deyil, mənəvi haqqın da təntənəsidir. Tarixi ədalət bərpa olundu. Laçın azaddır! Qarabağ Azərbaycandır!

 

 

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu

 

 

Son xəbərlər

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

Kitabxanada akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi qeyd olundu

Bütün xəbərlər