BAKU Azərbaycan
5.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Dövlət Gömrük Komitəsində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra torpaqlarımızın müdafiəsi zamanı canından keçən qəhrəman şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib və “Konstitusiya və Suverenlik İli”nə həsr olunan videoçarx nümayiş etdirilib.
Tədbir panel müzakirə ilə davam edib. Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzovun moderatorluğu ilə keçirilən müzakirədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Milli Məclisin deputatı Rizvan Nəbiyev, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi Rəşid Rzayev, professor, əməkdar elm xadimi Şahlar Əsgərov, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov iştirak ediblər.
Çıxışçılar bildiriblər ki, hüquqi, demokratik və dünyəvi dövlətin əsaslarını yaratmaq məqsədilə müasir müstəqil Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi nəticəsində 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikası Konstitusiyası ümumxalq referendumu ilə qəbul edildi. Yeni qəbul edilmiş Konstitusiya humanizm və demokratiya prinsipləri ilə ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsinə, dövlətimizin tərəqqisinə möhkəm zəmin yaratdı, ölkəmizin müstəqillik yolunda daha da inamla addımlamasına, milli, mənəvi dəyərlərimizin qorunmasına geniş imkanlar açdı.
Diqqətə çatdırılıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu 44 günlük Vətən Müharibəsi və antiterror əməliyyatı ilə dövlət suverenliyimizi tam bərpa etdi və ölkə başçısı “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam imzaladı. O da qeyd olunub ki, “Konstitusiya və Suverenlik İli” gələcək nəsillərə vətənpərvərlik ruhunun aşılanması, dövlətə bağlılığın və milli kimliyin qorunması baxımından mühüm ideoloji və mənəvi missiya daşıyır.
Sonra gömrük əməkdaşlarının mövzu ilə bağlı sualları cavablandırılıb.
Tədbir çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda dövlət qurumlarının əməkdaşları arasında keçirilən intellektual bilik yarışında qalib olan Dövlət Gömrük Komitəsinin komandasının üzvləri təbrik edilib.
Eyni zamanda 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə əlaqədar gömrük orqanı əməkdaşları arasında “Azərbaycan Respublikasının Dövlət Suverenliyi” və “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzularında “Ən yaxşı məqalə” müsabiqəsinin qaliblərinə diplomlar və mükafatlar təqdim olunub.
Tədbirə Dövlət Gömrük Komitəsi yanında ictima şuranın,"İnkişafa və İslahatlara Dəstək"İctimai Birliyinin sədri Ramil Əliyev və ictimai şuranın üzvü, "Xüsusi Təyinatlıların Qaziləri,Şəhid Ailələri və Veteranları"İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə də iştiraka qatılıb.
 

Son xəbərlər

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

Kitabxanada akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi qeyd olundu

Bütün xəbərlər