BAKU Azərbaycan
5.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən XI Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində Üzeyir Hacıbəyli təqdimat zonasında dahi Azərbaycan şairi və Türk dünyası mütəfəkkiri Nizami Gəncəvinin orjinaldan Türkiyə türkcəsinə tərcümə və nəşr olunmuş “Xəmsə”dən “Sirlər Xəzinəsi” və “İsgəndərnamə” əsərlərinin təqdimat mərasimi keçirilib.
“Xəmsə”nin orjinaldan Türk dilinə tərcüməsi və nəşri Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə reallaşdırılır və tərcümə Ərzurum Atatürk Universitetinin professoru Nimet Yıldırım tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Nizami Gəncəvinin zəngin irsindən, dünya ədəbiyyatına təsirindən və Azərbaycan, Türk dünyası mədəniyyətindəki bəxş etdiyi töhfələr, bu istiqamətdə Azərbaycan Mədəniyyət Mərkəzinin layihələri barədə danışıb. O, Azərbaycan dövlətinin Nizami Gəncəvi irsinin tanıdılmasına mühüm önəm verdiyini, Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci il dahi şairin 880 illiyi münasibəti ilə “Nizami Gəncəvi ili” elan edildiyini bildirib.
Mərasimdə moderator AMEA-nın Gəncə bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov dahi şairin əsərlərindən seçmələr təqdim edib, şeirlərini səsləndirib. Daha sonra akademik, Azərbaycan Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Hüseynova çıxış edərək Nizami Gəncəvi zəngin yaradıcılığı, onun “Xəmsə”si, ədəbiyyata verdiyi töhfələr barədə danışaraq, şairin irsinin tanıdılması məqsədi ilə Türkiyədə həyata keçirilən layihələri təqdir ediblər. Alimlər şairin əsərlərində öz doğma xalqına - türk etnosuna məhəbbətin açıq-aşkar duyulduğunu, yaratdığı müsbət obrazların əksəriyyətini ya türk kimi təsvir etdiyini, ya da onların müsbət insani sifətlərinin türklərlə müqayisə etdiyini vurğulayıblar.
Çıxışçılar Nizami Gəncəvinin əsərlərinin, şairə dair xarici alimlərin araşdırmalar yazması, onun əsərlərinin dünya dillərinə tərcüməsinin vacib olduğunu söyləyiblər.
Tədbirdə Nizami Gəncəvi əsərlərini Türkiyə türkcəsinə tərcümə edən Ərzurum Atatürk Universitetinin Fars dili və ədəbiyyatı bölümünün rəhbəri, professor Nimet Yıldırım layihənin həyata keçirilməsi, Azərbaycan, Türk dünyası ədəbiyyatının zirvəsi olan Nizami Gəncəvinin ayrı-ayrı əsərlərindən danışıb. O, şairin əsərlərində zəngin sujet xətləri, Nizami Gəncəvinin yüksək fəlsəfi baxışları, ədəbiyyatımıza yeni intibahın əsasını qoyması, əsərlərinin xalq tərəfindən geniş sevilməsini qeyd edərək, hikmətli beytlərinin canlı danışıq dilində atalar sözləri kimi əbədiləşdiyini qeyd edib.

Çıxışçılar Nizami Gəncəvinin əsərlərinin bu gün də aktuallığını qoruduğunu, müxtəlif dillərə tərcümə olunaraq dünya oxucularına çatdırılmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

image-uz1 image-uz3 image-whatsapp-image-2025-10-03-at-15-01-26_bd9bffcc

Son xəbərlər

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

Kitabxanada akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi qeyd olundu

Bütün xəbərlər