BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Yanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstana rəsmi səfər edib. Bu səfərin reallaşacağı keçən il Bolqarıstanda İnterkonnektorun açılışından və eləcədə Rumınyada yaşıl enerjinin ixracı ilə bağlı keçirilən görüşdən sonra daha da labüd oldu.

Macarıstan Azərbaycan üçün əməkdaşlığın qurulması və Avropa məkanına inteqrasiya etmək üçün olduqca mühüm tərəfdaş ola bilər. Hazırda Macarıstan BMT, NATO, Dünya Ticarət Təşkilatı, Dünya Bankı və Avropa Şurasının aktiv üzvüdür.Azərbaycanla Macarıstan arasındaki dostluq qarşılıqlı etimad və etibar əsasında qurulan diplomatik münasibətlərə söykənir. Bu münasibətlərin daha da inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Eyni zamanda, Macarıstan Avropa İttifaqında Azərbaycanın etibarlı tərəfdaşı olmaqla yanaşı, son illər həyata keçirilən enerji diplomatiyasında da strateji tərəfdaşa da çevrilib.Bu fikriləri AZƏRTAC-a açıqlamasında politoloq Amid Əliyev söyləyib.O deyib: “Keçən il Macarıstanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olundu. Bu gün Azərbaycan Macarıstanla bir çox siyasi və iqtisadi zəminli platformalarda əməkdaşlığı uğurla davam etdirir. Çoxtərəfli əməkdaşlıq platformaları kimi BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu, Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri yüksələn xətt üzrə inkişaf edir.İki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə ciddi investisiya yatırımı və nəzərəçarpacaq dərəcədə ticarət dövriyyəsini əks etdirən faktlar mövcuddur. İndiyə qədər Macarıstan tərəfindən Azərbaycana 1,1 milyard ABŞ dolları məbləğində (əsasən neft-qaz sahəsi), Azərbaycan isə Macarıstana 18,1 milyon ABŞ dolları investisiya yatırıb. 2021-ci ildə Azərbaycan ilə Macarıstan arasında ümumi ticarət dövriyyəsi 35,16 milyon ABŞ dolları təşkil etmişdirsə, 2022-ci ildə isə 47,4 milyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 34,81 faiz artım deməkdir".Politoloq bildirib ki, qeyd olunanlarla yanaşı, iki ölkə arasında enerji diplomatiyasının mühüm elementləri üzrə də uğurlu əməkdaşlıq mövcuddur. Macarıstan Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyir və bu layihədən yararlanmaq istəyini dəfələrlə izah etmişdir. Bu il Cənub Qaz Dəhlizinin Bakıda keçiriləcək növbəti iclasında Macarıstan tərəfinin xarici işlər və ticarət naziri səviyyəsində iştirakı təsdiqlənib. Macarıstan Azərbaycan ilə enerji sahəsində əməkdaşlığa olduqca böyük əhəmiyyət verir və Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın oynadığı strateji rolu daim təqdir edir.Amid Əliyevin fikirlərinə görə, dövlətimizin başçısının Macarıstana səfəri zamanı bir sıra mühüm sənədlərin imzalanmsı gözlənilir ki, bunların içərisində ən vacibi Azərbaycan-Macarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannaməni xüsusilə qeyd etmək lazımdır. Bu sənəd hər iki ölkə arasında bir sıra yeni siyasi və iqtisadi yönümlü əməkdaşlıq platformalarının əsasını qoyacaqdır. Azərbaycan tərəfindən Avropanın Cənub-Şərq hissəsi və Qara Dəniz hövzəsində yerləşən dövlətlərə enerji ehtiyatlarının çatdırılması siyasətinin bir hissəsi olaraq Macarıstanla da bu sahədə əməkdaşlığın qurulmasında hər iki tərəfin olduqca böyük potensialı mövcuddur. Keçən il dekabrın 17-də imzalanmış Qara Dəniz Sualtı Elektrik Enerjisi Xəttinin layihəsini buna misal olaraq göstərmək olar. Bu layihə vasitəsilə Azərbaycan alternativ və bərpaolunan enerji mənbələrini uğurla Avropaya ixrac edə biləcək. Macarıstan da bu layihənin icra olunmasında vacib coğrafi məkanda yerləşən dövlətlərdən biridir.Layihənin işə düşməsi ilə Avropada yeni enerji ehtiyatlarının diversifikasiyası məhz Azərbaycan tərəfindən təmin edilmiş olacaq.

Son xəbərlər

"Dövlət maraqlarımıza hörmət edən bütün siyasi qüvvələrlə əməkdaşlıq ediləcək" - Deputatdan AÇIQLAMA

BDU-DA CƏFƏR CABBARLININ 125 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ SƏRGİ-KONFRANS KEÇİRİLİB

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına media-tur təşkil olunub

BAKI BAŞ GÖMRÜK İDARƏSİNDƏ İCTİMAİ ŞURA ÜZVLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

“Sonuncu əmr” romanının ictimai müzakirəsi keçirildi

Bakı Dövlət Universitetində “Küveyt dərsi” keçirilib

Azərbaycanın tanınmış eksperti BMT-nin nüfuzlu qurumuna sədr seçilib

TƏBİƏTLƏ BAĞLI ƏFSANƏ- BU DƏFƏ SEVİNC XƏLİLQIZINDAN

DGK yanında ictimai şuranın iclası keçrilib

Milli QHT Forumunun İdarə Heyətinin yeni sədri seçildi

Qara Brilliant klubunun yetirməsi Respublika birincisi olub

Əyilməz ruhumuzun rəmzi Şuşa tarixin yeni dövründə

Ulu Öndər Heydər Əliyev Bişkekdə anılıb

“Azərbaycan İslam həmrəyliyinə növbəti töhfə vermiş oldu”

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Şəhid Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanları ailələri Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Kazanda “BİRLİK: Xatırlayırıq, Miras alırıq, Qürur duyuruq!” layihəsi çərçivəsində stend açılıb

Qafqaz Tarixi Mərkəzi-Türkiyə Təmsilçiliyi qardaş Türkiyədə

DGK və ƏƏSMN yanında İctimai Şuraların üzvüləri Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTOLAR

Azərbaycan-Bolqarıstan tərəfdaşlığı uğurla davam edir

Murmanskda Qələbə Günü münasibətilə keçirilən “Berlinə gedən yol” adlı tədbirə soydaşlarımız da qatılıblar

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Azərbaycanın və Slovakiyanın  siyasi əlaqələri yüksək səviyyədədir

İordaniyada Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilmişdir – FOTOLAR

Müasir Azərbaycan dövlətçiliyinin banisi

Gerçək bir birliyə nail olmaq üçün ortaq əlifba, ədəbi dil və ünsiyyət dili vacibdir-İlqar İlkin- ÖZƏL

Yaşıl Dünya Naminə Gənclərin Şəbəkələşmə Forumu keçirildi

AYB-nin “Natəvan” klubunda mətbuat konfransı keçiriləcək…

“Ümumi təhsil müəssisələrində təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsi” adlı layihənin icrasına başlanıb

DFJD tərəfindən Qərbi Azərbaycan həqiqətləri xarici mediada təbliğ olunacaq

Bütün xəbərlər