BAKU Azərbaycan
18.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Reket” və “reketçilik” haqqında söz açmazdan əvvəl bu sözün daşıdığı mənaya diqqət yetirmək lazımdır. “Reket” sözü, bir zamanlar bu cinayət əməlinin yayğın olduğu arealda işlədilən - ingilis və italyan dillərindən tərcümədə “şantaj”, “təhdid” anlamını verir və hüquqi anlamda təhdid, şiddətli zorakılıq, psixoloji təzyiq vasitəsilə soyğunçuluq, qəsbkarlıq, zorakılıq deməkdir.

Jurnalistika, media bu cinayət əməlindən istifadə edərək qanunsuz yolla gəlir əldə etməyə çalışan şəxslər üçün vasitədir. “Jurnalistika” peşə, “media” fəaliyyət istiqaməti olduğu üçün peşəyə və sahəyə münasibətdə “reket” ifadəsindən istifadə, qənaətimə görə, doğru deyil. Bu cinayət əməlini qanunsuz yollarla gəlir əldə etmək üçün vasitə seçən şəxs istənilən peşənin sahibi ola və istənilən sahədə çalışa bilər. Bu baxımdan, belə məsələlərə fərdi və konkret faktlar üzrə yanaşılması “reket” ifadəsinin həm hüquqi, həm də leksik mənası baxımından, daha doğrudur.

Özünü jurnalist kimi təqdim edərək, şantajla, dələduzluqla, fırıldaqçılıqla məşğul olan şəxslərə gəldikdə isə, onlara münasibətdə qanunvericilikdən irəli gələn tədbirlərin həyata keçirilməsindən başqa alternativ yoxdur. Bu istiqamətdə Azərbaycan Respublikası Baş Prokurorluğunun həyata keçirdiyi tədbirlər şübhəsiz ki, təqdir olunmalıdır.

Bunu AZƏRTAC-a açıqlamasında “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib.

Baş redaktor diqqətə çatdırıb ki, jurnalistikadan şantaj və digər bu kimi qanunsuz əməllər üçün istifadə olunmasının daha kütləvi olmasının isə öz səbəbləri var: “Məsələ burasındadır ki, digər peşə və ya fəaliyyət növlərini öz cinayət əməlləri üçün vasitə seçən insanlar, “jurnalist” adından faydalanmaqla qanunsuzluğa yol verən şəxslərdən fərqli olaraq, öz qanunazidd hərəkətlərini söz, ifadə və media azadlığı anlayışları arxasında gizlədə bilmirlər. Təəssüf ki, bir çox hallarda Azərbaycanda informasiya məkanının xaosa sürüklənməsində, müdaxiləyə açıq olmasında maraqlı olan xarici dairələr və onların nüfuz müvəkkilləri siyasi, iqtisadi və ictimai reketçiliklə, şantaj və dələduzluqla məşğul olan insanlara qarşı həyata keçirilən qanuni tədbirləri “söz, ifadə və fikir azadlığı”nın pozulması kimi qələmə verir, bu kimi amillərdən ölkəmiz əleyhinə həyata keçirdikləri təbliğat-təxribat kampaniyalarında faydalanmağa çalışırlar”, - deyə o bildirib.

E.Mirzəbəylinin sözlərinə görə, istənilən ölkənin, o cümlədən Azərbaycanın insan hüquq və azadlıqlarına təminat verən ana qanunu və digər hüquqi-normativ aktlarında, eləcə də "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyada bu hüquq və azadlıqlardan sui-istifadə hallarının yolverilməz olduğu bildirilir.

Azərbaycan Respublikası Konstitusiyasının 24-cu maddəsinin III bəndində qeyd olunur ki, "hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir". Yəni, hüquq və azadlıqlar həm də məsuliyyət deməkdir.

"İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 10-cu maddəsinin 2-ci maddəsində isə qeyd olunur ki, söz, ifadə, mətbuat və digər hüquq və "azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər".

Baş redaktor qeyd edib ki, söz, ifadə və fikir azadlığı jurnalistikadan, mediadan öz qanunsuz əməllərinin həyata keçirilməsi üçün faydalanan bəzilərinin və onların qanunsuz əməllərini dəstəkləyənlərin iddia etdiyi kimi cinayət məsuliyyətindən, yaxud inzibati məsuliyyətdən yayınmaq üçün vasitə deyil. Söz, ifadə və fikir azadlığından sui-istifadə halları öz növbəsində başqalarının hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına yol açır. Dövlətin vəzifəsi isə öz vətəndaşlarının təhlükəsiz həyatının təmin edilməsi, hüquq və azadlıqlarının qorunmasıdır. Baş Prokurorluğun həyata keçirdiyi tədbirlər də Azərbaycan dövlətinin Konstitusiya ilə ona verilmiş vəzifələrinin yerinə yetirilməsi kimi qəbul olunmalıdır.

Şübhəsiz ki, mediadan, sosial şəbəkələrin verdiyi imkanlardan faydalanaraq, reket fəaliyyəti ilə məşğul olma kütləvi hal aldığı üçün bu qəbildən olan hallara qarşı yalnız hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər çərçivəsində mübarizə aparmaq mümkün deyil. Vətəndaşlarımız da bu kimi mənfi hallara qarşı barışmaz olmalı və öz hüquqlarını müdafiə etmək üçün məhkəmələrə müraciət etməkdən çəkinməməlidirlər.

“Hesab edirəm ki, bu kimi halların kütləvi hal aldığı nəzərə alınmalı, özünü “media” kimi təqdim edən resurslarda, həmçinin sosial şəbəkələrdə şantaja məruz qalan şəxslərin məhkəmələrə müraciəti asanlaşdırılmalı, iddia ərizələri üçün tələb olunan rüsumlar ləğv edilməli, hüquqi yardım ödənişsiz olmalıdır. Düşünürəm ki, son bir neçə ildə ölkədə vəkillik institutunun inkişafı istiqamətində irəliləyişlərə nail olan Vəkillər Kollegiyası bu işə öz töhfəsini verə bilər. Real mənzərə ondan ibarətdir ki, reket və şantaj, artıq ictimai bəlaya çevrilib və bu kimi qanunsuz əməllərə qarşı daha ciddi ictimai müqavimətin, fəallığın təmin edilməsinə ehtiyac var”, - deyə Elçin Mirzəbəyli vurğulayıb.

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər