BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Martın 15-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirilib.

İclasın gündəliyinə 5 məsələ - “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələri daxil edilib.

İclası açan Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli  Şəhərsalma və Tikinti Məcəlləsinin 2012-ci ildə qəbul edildiyini, sənədin hazırlanması zamanı bu sahədə mütərəqqi beynəlxalq təcrübədən istifadə olunduğunu bildirib. Məcəllədə əks olunan vacib normalardan birinin tikinti ilə bağlı məlumatlandırma icraatının olduğunu deyib. O, son illər ölkədə həyata keçirilən idarəetmə və kadr islahatlarının şəhərsalma sahəsini də əhatə etdiyini, bu sahədə şəffaflığın artırılmasının, tikinti fəaliyyətində elektron informasiya texnologiyalarının tətbiqinin müsbət nəticələr verdiyini söyləyib. Ölkə Prezidentinin 12 avqust 2021-ci il tarixli fərmanı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi yaradıldığını, hazırda işğaldan azad edilmiş torpaqların ərazi planlaşdırılması sənədlərinin hazırlandığını qeyd edib.

Komitə sədri diqqətə çatdırıb ki, bu günədək Şəhərsalma və Tikinti Məcəlləsinə bir neçə dəfə dəyişikliklər edilib. Prezident tərəfindən təqdim olunmuş bu əlavə və dəyişikliklər müstəsna əhəmiyyət kəsb edir. Sənəddə təklif olunur ki, tikintisi bu Məcəllənin tələblərinə uyğun aparılmamasına baxmayaraq, 2023-cü ilin may ayının 1-dək inşa edilmiş tikinti obyektlərinin istismarına icazə verilsin və təhlükəsizlik tədbirləri də nəzərə alınsın. O, qeyd edib ki, qanun layihəsi bir çox insanların öz əmlakının qanuni mülkiyyətçisinə çevrilmək üçün hüquqi baza rolu oynayacaq.

Əli Hüseynli bildirib ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi tikinti obyektlərinin istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək zərurəti nəzərə alınaraq hazırlanıb. Sənəd ölkə əhalisinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsinə, vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti çərçivəsində həyata keçirilən ardıcıl və sistemli tədbirlərin davam etdirilməsi məqsədi daşıyır.

Komitə sədri İnzibati Xətalar və Cinayət məcəllələrinə təklif olunan əlavə və dəyişikliklərdə isə şəhərsalma və tikinti qanunvericiliyinin pozulmasına görə yeni məsuliyyət növlərinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili gündəlikdəki məsələlər barədə fikirlərini açıqlayıb. O, sənədlərdə təklif olunan dəyişikliklərin, eyni zamanda, iqtisadi səmərəsinin də olduğunu, ümumilikdə isə Azərbaycanda inşaat sektorunun Ümumi Daxili Məhsulun böyük bir hissəsini təşkil etdiyini deyib. Qeyd edib ki, bu istiqamətdə həm dövlət tərəfindən, həm də sahibkarlar tərəfindən görülən işlərdə fəallıq müşahidə olunur. O, bu sahədə sənədləşmə ilə bağlı bəzi problemlərin olduğunu və məsələnin həlli ilə bağlı müvafiq addımların atıldığı söyləyib.

Komitə sədri layihələrdə təklif olunan dəyişikliklərin kommersiya obyektlərini əhatə edəcəyini, onların sənədləşdirilməsinin və bununla bağlı prosedurların sürətləndirilməsinin nəzərdə tutulduğunu bildirib. Qeyd edib ki, iqtisadi baxımdan daşınmaz əmlakın dövriyyədə olması vergilərin toplanmasına, eyni zamanda vətəndaşların maliyyə əlçatanlığının artırılmasına imkan yaradacaq. Diqqətə çatdırılıb ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda nəzərdə tutulan düzəlişdə tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənədin əlavə edilməsi təklif olunur. Qanun layihəsi qanunvericiliyin tələblərinə uyğun aparılmamış tikinti obyektləri üzərində hüquqların qeydiyyatı məqsədilə hazırlanıb.

Müzakirələrdə çıxış edən deputatlar Qüdrət Həsənquliyev, Əli Məsimli, Fəzail Ağamalı, Vahid Əhmədov, Erkin Qədirli, Vüqar Bayramov, Azay Quliyev, Ziyad Səmədzadə, Elşən Musayev, Rüfət Quliyev, İqbal Məmmədov təklif olunan dəyişikliklərin mütərəqqi olduğunu qeyd ediblər, bu sahədə mövcud olan bürokratik əngəllərin aradan qaldırılması baxımından əhəmiyyətindən danışıblar.

Sonra çıxış edən parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc təqdim olunan qanun layihələrinin iqtisadi və sosial baxımdan mühüm əhəmiyyət kəsb etdiyini, eyni zamanda, milli təhlükəsizlik xarakteri daşıdığını bildirib. O, əmlakla bağlı məsələlərin həllinin, habelə bunun düzgün təbliğ edilməsinin vacibliyindən danışıb.

İclasda iştirak edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbəri Rəşad İsmayılov da təqdim olunan sənədlər barədə öz fikirlərini açıqlayıb.

Müzakirələrin sonunda gündəlikdəki qanun layihələri birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 


Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında

Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında

Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında

 

Son xəbərlər

"Dövlət maraqlarımıza hörmət edən bütün siyasi qüvvələrlə əməkdaşlıq ediləcək" - Deputatdan AÇIQLAMA

BDU-DA CƏFƏR CABBARLININ 125 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ SƏRGİ-KONFRANS KEÇİRİLİB

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına media-tur təşkil olunub

BAKI BAŞ GÖMRÜK İDARƏSİNDƏ İCTİMAİ ŞURA ÜZVLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

“Sonuncu əmr” romanının ictimai müzakirəsi keçirildi

Bakı Dövlət Universitetində “Küveyt dərsi” keçirilib

Azərbaycanın tanınmış eksperti BMT-nin nüfuzlu qurumuna sədr seçilib

TƏBİƏTLƏ BAĞLI ƏFSANƏ- BU DƏFƏ SEVİNC XƏLİLQIZINDAN

DGK yanında ictimai şuranın iclası keçrilib

Milli QHT Forumunun İdarə Heyətinin yeni sədri seçildi

Qara Brilliant klubunun yetirməsi Respublika birincisi olub

Əyilməz ruhumuzun rəmzi Şuşa tarixin yeni dövründə

Ulu Öndər Heydər Əliyev Bişkekdə anılıb

“Azərbaycan İslam həmrəyliyinə növbəti töhfə vermiş oldu”

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Şəhid Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanları ailələri Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Kazanda “BİRLİK: Xatırlayırıq, Miras alırıq, Qürur duyuruq!” layihəsi çərçivəsində stend açılıb

Qafqaz Tarixi Mərkəzi-Türkiyə Təmsilçiliyi qardaş Türkiyədə

DGK və ƏƏSMN yanında İctimai Şuraların üzvüləri Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTOLAR

Azərbaycan-Bolqarıstan tərəfdaşlığı uğurla davam edir

Murmanskda Qələbə Günü münasibətilə keçirilən “Berlinə gedən yol” adlı tədbirə soydaşlarımız da qatılıblar

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Azərbaycanın və Slovakiyanın  siyasi əlaqələri yüksək səviyyədədir

İordaniyada Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilmişdir – FOTOLAR

Müasir Azərbaycan dövlətçiliyinin banisi

Gerçək bir birliyə nail olmaq üçün ortaq əlifba, ədəbi dil və ünsiyyət dili vacibdir-İlqar İlkin- ÖZƏL

Yaşıl Dünya Naminə Gənclərin Şəbəkələşmə Forumu keçirildi

AYB-nin “Natəvan” klubunda mətbuat konfransı keçiriləcək…

“Ümumi təhsil müəssisələrində təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsi” adlı layihənin icrasına başlanıb

DFJD tərəfindən Qərbi Azərbaycan həqiqətləri xarici mediada təbliğ olunacaq

Bütün xəbərlər