BAKU Azərbaycan
0.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Xorvatiyanın nüfuzlu “Nacional” jurnalında Azərbaycanın bu ölkədəki səfiri Fəxrəddin Qurbanovun Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında enerji sahəsindəki strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması barədə geniş məqaləsi dərc edilib.

"Xeber 7"  məlumat  verir ki, məqalədə Azərbaycan ilə Aİ arasında enerji sahəsindəki strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması, memorandumun mühüm əhəmiyyət kəsb etməsi, enerji sahəsində apardığımız fəal əməkdaşlığın uzunmüddətli tarixi, 2006-cı ildə Anlaşma Memorandumu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamənin imzalanması barədə ətraflı məlumat verilib.

Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələrinin Avropanın enerji xəritəsini dəyişməsi, Cənub Qaz Dəhlizinin əhəmiyyəti və böyük faydası, enerji təhlükəsizliyi məsələlərinin bu gün heç zaman olmadığı qədər aktual olması qeyd olunub.

Məqalədə, həmçinin cari ildə Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpa olunan enerji mənbələri, hidrogen, enerji səmərəliliyi və digər məsələləri nəzərdə tutan enerji dialoqunun başlandığı, başda Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində günəş və külək enerjisi olmaqla, Azərbaycanda bərpa olunan enerjinin istehsalı sahəsində nəhəng resurs ehtiyatları və böyük potensialın olduğu diqqətə çatdırılıb.

İmzalanan memorandumun gələcək üçün bir növ yol xəritəsi olduğu, əvvəl planlaşdırılan bütün məsələlərin tərəfimizdən icra olunduğu nəzərə alınaraq, bundan sonra da böyük uğurlara imza atacağımıza inam olduğu vurğulanıb.

Azərbaycanın coğrafi mövqeyi və müasir daşımalar infrastrukturu, gəmiqayırma imkanları, yeni dəniz limanı, qonşu ölkələrlə bizi birləşdirən dəmir yollarının əhəmiyyəti, Aİ ilə münasibətlərimizdə yalnız enerji sahəsinin deyil, habelə nəqliyyat infrakstrukturunun genişləndirilməsinə yönələn birgə səylərin davam etdirilməsinə ehtiyac duyulduğu diqqətə çatdırılıb.

Son xəbərlər

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

Kitabxanada akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi qeyd olundu

Bütün xəbərlər