BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Prezident İlham Əliyev: “Bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır”

 Azərbaycanla Gürcüstan arasında müxtəlif sahələrdə dostluq münasibətləri və qarşılıqlı faydalı əməkdaşlıq daimi olaraq inkişaf etməkdədir. Ölkələrimiz arasında mütəmadi olaraq yüksək rəsmilərin səfərləri də həyata keçirilir və bu, ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasının əyani təzahürüdür. Martın 16-da Azərbaycana Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ilk rəsmi səfəri gələcəkdə iki dövlətin strateji tərəfdaşlığının möhkəmləndirilməsinə əhəmiyyətli dərəcədə töhfəsi olacaq. Baş nazir İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizə rəsmi səfər edib. Prezident İlham Əliyevin Baş nazir İrakli Kobaxidze ilə təkbətək və geniş tərkibdə görüşləri olub. Bu görüşlərdə Azərbaycan-Gürcüstan münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olunub. Həmçinin ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonra Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında  Gürcüstan və Azərbaycanın iki müstəqil dövlət kimi daim bir-birinin yanında olduqlarını deyib: “Bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar, dövlətlərarası münasibətlər möhkəm zəmin üzərində qurulmuşdur”.

Bu gün Azərbaycan nəqliyyat sektoru sürətlə inkiaf edir. Bu, ondan irəli gəlir ki, Azərbaycan bu sahəyə çox böyük önəm verir. Ölkəmizdə nəqliyyat sektoruna qoyulan sərmayə ildən-ilə daha da artır. Hətta işğaldan azad olunan torpaqlarda geniş nəqliyyat qovşağı yaradılır. Bununla yanaşı, həmin ərazilərdə beynəlxalq hava limanları istifadəyə verilib. Yeniləri də tikilməkdədir. Nəqliyyat infrastrukturumuzun inkişafı regional və beynəlxalq əməkdaşlığa mühüm şəkildə təsir edir. Bu baxımdan Gürcüstanla da Azərbaycan sıx əməkdaşlıq edir. Azərbaycan həm bölgə, həm də dünya üçün böyük əhəmiyyətli tranzit ölkə rolunu oynayır. Prezident İlham Əliyev bəyanatında bu haqda da danışıb: “Bu gün hər iki ölkə birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib. Birgə həyata keçirdiyimiz infrastruktur layihələri - nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq”.

Azərbaycanın qlobal layihələrdə iştirakı bir çox hallarda region ölkələri üçün də müsbət formada təsiri olur. Qlobal layihələrin regiona gətirilməsindən bəzən qonşu Gürcüstan da yararlanır. Bu da iki ölkəni geosiyasi olaraq bir-birinə daha da yaxın edir.

Azərbaycan Gürcüstanla regional əməkdaşlığı daha da gücləndirir. Bu əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr bölgədə sabitliyin, təhlükəsizliyin təminatı üçün də əsas faktordur. Sevindirci haldır ki, əvvəllər Azərbaycan bir çix regional layihlərin həyata keçirilməsi üçün kredit alırdı. Bu gün isə Azərbaycan heç bir yerdən kredit almadan, öz daxili imkanları hesabına bir çox layihələri icra edir.

Azərbaycan iqtisadi imkanlarını artırmala region ölklərinin də inkişafına nail olur. Ölkəmiz enerji layihələrinə də çox böyük  sərmayə qoyur. Bu layihələrdən tək Azərbaycan deyil, Gürcüstan, eləcə də Türkiyə böyük vəsait əldə edir. Bu layihələr region ölkələrinin birgə səyləri nəticəsində baş tutur. Bu baxımdan cənab Prezidentin “Azərbaycan, Gürcüstan və Türkiyə Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarları kimi xüsusi rola malikdirlər. Azərbaycan qazı Gürcüstan vasitəsilə bir neçə ölkəyə ixrac edilir” fikirləri tam yerinə düşür. Cənub Qaz Dəhlizi layihəsi Azərbaycan, ümumiyyətlə, Cənubi Qafqaz regionu üçün böyük bir nailiyyətdir. Cənub Qaz Dəhlizi Azərbaycanın qaz ixracının brend layihəsidir. Boru kəmərinin inşası üzrə bütün ümumi işlər tamamlanıb. Artıq bu layihə işə düşüb və hər üç ölkə bundan faydalanır. Cənab Prezident qeyd edib ki, Avropa qitəsində Azərbaycan qazına tələbat ildən-ilə artacaq: “Bizim həm resurslarımız var, sərmayə qoymaq üçün maliyyə imkanlarımız var, Gürcüstan kimi etibarlı dostlarımız var ki, tranzit imkanları genişdir. Belə olan halda bizim enerji layihələrimiz bundan sonra da bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edəcək və burada Gürcüstan ilə Azərbaycan iki etibarlı tərəfdaş kimi çıxış edir”. Azərbaycan enerji, xüsusilə də neft və qaz, bərpa olunan enerji sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və bu sahələrə dair təcrübə mübadiləsinin aparılmasında maraqldır. 

Ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcəkdir. Bu da Gürcüstanla bütün sahələrdə əməkdaşlığı daha da sürətləndirəcək. İki dövlət arasında münasibətlərin belə yükəslən xəttlə inkişaf etməsi gələcəkdə daha da böyük regional layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradacaq.

 

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

 

 

 

 

Son xəbərlər

Gəmi-muzeydə Beynəlxalq Muzeylər Günü qeyd olunub

"Dövlət maraqlarımıza hörmət edən bütün siyasi qüvvələrlə əməkdaşlıq ediləcək" - Deputatdan AÇIQLAMA

BDU-DA CƏFƏR CABBARLININ 125 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ SƏRGİ-KONFRANS KEÇİRİLİB

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına media-tur təşkil olunub

BAKI BAŞ GÖMRÜK İDARƏSİNDƏ İCTİMAİ ŞURA ÜZVLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

“Sonuncu əmr” romanının ictimai müzakirəsi keçirildi

Bakı Dövlət Universitetində “Küveyt dərsi” keçirilib

Azərbaycanın tanınmış eksperti BMT-nin nüfuzlu qurumuna sədr seçilib

TƏBİƏTLƏ BAĞLI ƏFSANƏ- BU DƏFƏ SEVİNC XƏLİLQIZINDAN

DGK yanında ictimai şuranın iclası keçrilib

Milli QHT Forumunun İdarə Heyətinin yeni sədri seçildi

Qara Brilliant klubunun yetirməsi Respublika birincisi olub

Əyilməz ruhumuzun rəmzi Şuşa tarixin yeni dövründə

Ulu Öndər Heydər Əliyev Bişkekdə anılıb

“Azərbaycan İslam həmrəyliyinə növbəti töhfə vermiş oldu”

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Şəhid Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanları ailələri Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Kazanda “BİRLİK: Xatırlayırıq, Miras alırıq, Qürur duyuruq!” layihəsi çərçivəsində stend açılıb

Qafqaz Tarixi Mərkəzi-Türkiyə Təmsilçiliyi qardaş Türkiyədə

DGK və ƏƏSMN yanında İctimai Şuraların üzvüləri Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTOLAR

Azərbaycan-Bolqarıstan tərəfdaşlığı uğurla davam edir

Murmanskda Qələbə Günü münasibətilə keçirilən “Berlinə gedən yol” adlı tədbirə soydaşlarımız da qatılıblar

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Azərbaycanın və Slovakiyanın  siyasi əlaqələri yüksək səviyyədədir

İordaniyada Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilmişdir – FOTOLAR

Müasir Azərbaycan dövlətçiliyinin banisi

Gerçək bir birliyə nail olmaq üçün ortaq əlifba, ədəbi dil və ünsiyyət dili vacibdir-İlqar İlkin- ÖZƏL

Yaşıl Dünya Naminə Gənclərin Şəbəkələşmə Forumu keçirildi

AYB-nin “Natəvan” klubunda mətbuat konfransı keçiriləcək…

“Ümumi təhsil müəssisələrində təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsi” adlı layihənin icrasına başlanıb

Bütün xəbərlər