BAKU Azərbaycan
21.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

XI Qlobal Bakı Forumunda iştirak etməklə əlaqədar Bakıda səfərdə olan Rumıniyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü, Buxarestdə fəaliyyət göstərən Levanta Mədəniyyəti və Sivilizasiyasının Tədqiqi üzrə Təkmilləşdirmələr İnstitutunun rəhbəri, "Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasının fəxri üzvü və beynəlxalq jurnalın təsis etdiyi "Azərbaycanın Dostu” qızıl ordeninin laureatı Emil Konstantinesku "Azərbaycanım” beynəlxalq jurnalının kollektivi ilə görüş keçirib. 

 

Görüş "Azərbaycanım” beynəlxalq jurnalının Redaksiyasında baş tutub. Rumıniyanın sabiq Prezidenti Emil Konstantineskunu salamlayan beynəlxalq jurnalın baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətlərarası ikitərəfli münasibətlərin coğrafiyası genişlənmiş və Rumıniya Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 11-də tanımışdır. 1995-ci ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Rumıniyaya rəsmi səfər etmiş və Rumıniyaya səfəri zamanı Azərbaycan və Rumıniya arasında dostluq və əməkdaşlıq münasibətləri haqqında Bəyannamə, eləcə də elm, təhsil, mədəniyyət və idman, həmçinin iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında sazişlər imzalanmışdır.

 

Baş redaktor Emil Nəsirli məlumat verib ki, qarşılıqlı əlaqələrin təzahürü olaraq 1997-ci ildə Rumıniyanın Azərbaycanda səfirliyi, 2001-ci ildə isə Şərqi Avropa dövlətlərində ilk dəfə olaraq Azərbaycanın Rumıniyada səfirliyi açılmışdır. 1998-ci il iyunun 29-da Rumıniya Prezidenti Emil Konstantinesku Heydər Əliyevin dəvətilə Azərbaycana rəsmi səfəri zamanı "Azərbaycan Respublikası ilə Rumıniya Respublikası arasında dostluq münasibətlərinin və tərəfdaşlığın inkişafı haqqında" bəyannamə imzalanmışdır.

 

Emil Nəsirli onu da qeyd edib ki, Azərbaycan ilə Rumıniya arasında imzalanmış sənədlərin ölkələrimizin əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün yaxşı əsas olduğunu bildirən dövlətimizin başçısı Heydər Əliyev bir sıra beynəlxalq təşkilatlarda dövlətlərimizin əlaqələrinin hazırkı vəziyyətindən həmişə razılıqla bəhs etmişdir. Baş redaktor həmin dövrlərdə dövlətimizin başçısı ilə görüşündən və onunla tanış olmaqdan məmnun qaldığını bildirən cənab Konstantineskunun Prezident Heydər Əliyevin Rumıniyaya səfərini ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsində mühüm mərhələ kimi qiymətləndirdiyini, o vaxt cənab Emil Konstantineskunun Azərbaycan-Rumıniya əməkdaşlığının möhkəmləndirilməsi naminə imzalanmış sənədlərin ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsi üçün yaxşı əsas yaratdığını nəzərə çarpdırdığını xatırladıb.

 

Daha sonra iqtisadiyyat, ticarət, mədəniyyət, təhsil və bir sıra digər sahələrdəki əməkdaşlıq imkanlarından söhbət açan Emil Nəsirli Rumıniya-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsinin hər iki dövlət üçün xüsusi əhəmiyyətini vurğuladı. Baş redaktor bildirdi ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır, iqtisadi, mədəni, siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur. Dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanla Rumıniya arasında əlaqələr də yüksələn bir xətlə inkişafdadır.

 

Görüşdə Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku "Azərbaycanım" beynəlxalq jurnalının beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində atılan addımları yüksək qiymətləndirib, ötən ilin may ayından "Azərbaycanım" beynəlxalq jurnalının fəxri üzvü olmağından və eləcə də həmin ildə jurnalın təsis etdiyi "Azərbaycanın Dostu” qızıl ordeninə layiq görüldüyündən məmnunluğunu bir daha ifadə edib.

 

Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku "Azərbaycanım" beynəlxalq jurnalının Redaksiya Şurasına və kollektivinə gələcək fəaliyyətində uğurlar arzulayıb, iki ölkə arasında əlaqələrin və əməkdaşlığın gücləndirilməsi istiqamətində Azərbaycan tərəfinin gördüyü işləri yüksək qiymətləndirib.

 

Sonra Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku redaksiyanın baş ofisində "Azərbaycanım" beynəlxalq jurnalının ötən illər ərzində fəaliyyətini özündə əks etdirən foto stendlə tanış olub, daha sonra ənənəvi olaraq "Azərbaycanım" beynəlxalq jurnalının redaksiyasının 2024-cü ildə qonağı kimi jurnalın "Fəxri Xatirə kitabı”na ürək sözlərini yazıb.

 

Görüşdə Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku "Azərbaycanım" beynəlxalq jurnalının kollektivi ilə birgə foto çəkdirib.

 

 

 

 

 

 

 

 

Son xəbərlər

Gəmi-muzeydə Beynəlxalq Muzeylər Günü qeyd olunub

"Dövlət maraqlarımıza hörmət edən bütün siyasi qüvvələrlə əməkdaşlıq ediləcək" - Deputatdan AÇIQLAMA

BDU-DA CƏFƏR CABBARLININ 125 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ SƏRGİ-KONFRANS KEÇİRİLİB

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına media-tur təşkil olunub

BAKI BAŞ GÖMRÜK İDARƏSİNDƏ İCTİMAİ ŞURA ÜZVLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

“Sonuncu əmr” romanının ictimai müzakirəsi keçirildi

Bakı Dövlət Universitetində “Küveyt dərsi” keçirilib

Azərbaycanın tanınmış eksperti BMT-nin nüfuzlu qurumuna sədr seçilib

TƏBİƏTLƏ BAĞLI ƏFSANƏ- BU DƏFƏ SEVİNC XƏLİLQIZINDAN

DGK yanında ictimai şuranın iclası keçrilib

Milli QHT Forumunun İdarə Heyətinin yeni sədri seçildi

Qara Brilliant klubunun yetirməsi Respublika birincisi olub

Əyilməz ruhumuzun rəmzi Şuşa tarixin yeni dövründə

Ulu Öndər Heydər Əliyev Bişkekdə anılıb

“Azərbaycan İslam həmrəyliyinə növbəti töhfə vermiş oldu”

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Şəhid Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanları ailələri Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Kazanda “BİRLİK: Xatırlayırıq, Miras alırıq, Qürur duyuruq!” layihəsi çərçivəsində stend açılıb

Qafqaz Tarixi Mərkəzi-Türkiyə Təmsilçiliyi qardaş Türkiyədə

DGK və ƏƏSMN yanında İctimai Şuraların üzvüləri Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTOLAR

Azərbaycan-Bolqarıstan tərəfdaşlığı uğurla davam edir

Murmanskda Qələbə Günü münasibətilə keçirilən “Berlinə gedən yol” adlı tədbirə soydaşlarımız da qatılıblar

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Azərbaycanın və Slovakiyanın  siyasi əlaqələri yüksək səviyyədədir

İordaniyada Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilmişdir – FOTOLAR

Müasir Azərbaycan dövlətçiliyinin banisi

Gerçək bir birliyə nail olmaq üçün ortaq əlifba, ədəbi dil və ünsiyyət dili vacibdir-İlqar İlkin- ÖZƏL

Yaşıl Dünya Naminə Gənclərin Şəbəkələşmə Forumu keçirildi

AYB-nin “Natəvan” klubunda mətbuat konfransı keçiriləcək…

“Ümumi təhsil müəssisələrində təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsi” adlı layihənin icrasına başlanıb

Bütün xəbərlər