BAKU Azərbaycan
13.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Rusiyanın Moskva vilayətində “Krokus Siti Holl” konsert zalında baş verən terror aktından sonra Azərbaycanda quru sərhədlərin açılmamasını təqdir edən yazılara və sosial şəbəkələrdə sərhədlərin bağlı qalmasına haqq qazandıran çoxlu sayda statuslara rast gəlinir.

Üstəlik, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının və Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi planlaşdıran şəxslərin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ifşa olunaraq, həbs olunması da ölkəmizdəki təhlükəsizlik məsələlərini bir daha yenidən gündəmə gətirdi.

Eyni vaxtda Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsinin transmilli cinayətkar qruplaşmanın üzvü olan beş Azərbaycan vətəndaşını həbs etməsi, Rusiyanın müxtəlif şəhərlərində yenidən terror həyəcanı, Türkiyənin 30 vilayətində İŞİD terror təşkilatına qarşı eyni zamanda genişmiqyaslı əməliyyatların keçirilməsi və əməliyyat zamanı İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən 147 nəfərin saxlanılması beynəlxalq səviyyədə təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirdi.

Bu gün artıq Avropa dövlətləri artan bu terror dalğası fonunda təhlükəsizlik tədbirlərini gücləndirir, strateji obyektləri və səfirlikləri ciddi qoruma altına alır. Belə bir vəziyyətdə Azərbaycanın təhlükəsizlik durumunu daha da artırması, dövlətə sızmış ciddi informasiyaları dövətimizin və xalqımızın maraqları çərçivəsində bir daha yenidən nəzərdən keçirməsi vacib və məntiqlidir. Çünki Cənubi Qafqaz hər zaman olduğu kimi bu gün də ən qaynar regionlardan biridir və yəqin ki, uzun müddət də belə qalacaqdır.

Odur ki, dövlətimizin təhlükəsizliklə bağlı aldığı qərarlara anlayışla yanaşmalıyıq və bu tədbirlərin həyata keçirilməsində yardımçı olmalıyıq.

Amma regionumuzda bu təhdidlər hər zaman mövcud olub. Hətta torpaqlarımızın işğalı zamanı, İranın ciddi təhdidləri olanda belə quru sərhədlərimizin bağlanmasını vacib hesab etməmişik. Doğrudur, quru sərhədlərimizin bağlanması bütün dünyada baş verən anda qonşu dövlətlərlə paralel olaraq bağlanıb. Sərhədlərin açılması isə hər dövlətin öz maraqları çərçivəsində mümkün oldu.

Azərbaycanın quru sərhədlərinin açılması da Azərbaycan dövlətinin maraqları çərçivəsində uyğun zamanda və təhlükəsizlik məsələlərinə uyğun açılmalıdır.

Nəzərə alsaq ki, BMT-nin İqlim Dəyişikliyi Konfransı və ya COP29-un 2024-cü ilin noyabrında Azərbaycanda keçiriləcək, demək ki, təhlükəsizlik baxımından quru sərhədlərin açılması da bu tarixdən sonra reallaşa bilər.

Bəs quru sərhədləri qismən də olsa, kontrollu bir şəkildə açmaq mümkündürmü? Ən azı bunu qonşu Gürcüstanla reallaşdırmaq mümkündürmü? Təbii ki, mümkündür!

Əvvala qeyd edim ki, quru sərhədlərimiz Gürcüstanla birtərəfli qaydada bağlıdır. Yəni Gürcüstan vətəndaşları öz ölkələrinə geri dönərkən Azərbaycan sərhəddindən quru yolu vasitəsilə çıxış edə bilirlər. Giriş isə yalnız hava yolu ilə mümkündür. Azərbaycan vətəndaşları isə hər iki tərəfə yalnız hava yolundan istifadə edə bilərlər.

Sirr deyil ki, Azərbaycanda yüz minlərlə Gürcüstan əsilli Azərbaycan vətəndaşı yaşayır və onların bu gün Gürcüstanda yaşayan soydaşlarımızla çox sıx qohumluq əlaqələri mövcuddur. Eyni zamanda qarşılıqlı olaraq Gürcüstanda yaşayan soydaşlarımız Azərbaycanda olan yaxınları ilə xeyirdə, şərdə bir araya gəlmək məcburiyyətində qalırlar.

Belə olan halda quru sərhədlərin bağlı qalması problemi yüz minlərlə insana öz təsirini göstərmiş olur. Azərbaycan hökuməti bu problemi həll etmək üçün soydaşlarına xüsusi bir imtiyaz və yanaşma göstərə bilməzmi?

Məsələn, Nazirlər Kabineti yanında Operativ Qərargahın nəzdində Hökumət Portalında qeydiyyata alınmaqla icazəli bir şəkildə soydaşlarımızın gediş-gəlişinə şərait yaradıla bilər. Sui-istifadənin qarşısını almaq üçün bu icazənin özünə belə məhdudiyyətlər tətbiq etmək mümkündür. Əgər bu məsələni də reallaşdırmaq mümkün görünmürsə, hava yolundan qarşılıqlı istifadə zamanı soydaşlarımıza limitli olaraq güzəştlər tətbiq oluna bilər, aviaşirkətlərin qiymətləri əlçatan etməsi üçün müəyyən addımlar da atılmalıdır.

Təhlükəsizlik məsələsini yalnız sərhədlərimizin içərisində deyil, ondan kənarda da qurmalıyıq. Bu gün Gürcüstanda yaşayan yarım milyondan çox soydaşımızın İrana daha rahat gedib-gəlməsi, yaxud İranın Borçalıya çox rahat bir şəkildə girə bilməsi bizim üçün də gələcək təhlükəsizlik məsələlərinin tərkib hissəsi ola bilər. Əmin olaq ki, bizim uzaq qaldığımız yerlərdə biriləri bizim yerimizi doldurmağa çalışır. Quru sərhədlərimizin uzun müddət bağlı qalmasının bir də bu fəsadlarının olacağını nəzərə almalıyıq.

İlqar İlkin

Soydas.az

Son xəbərlər

Gerçək bir birliyə nail olmaq üçün ortaq əlifba, ədəbi dil və ünsiyyət dili vacibdir-İlqar İlkin- ÖZƏL

Yaşıl Dünya Naminə Gənclərin Şəbəkələşmə Forumu keçirildi

AYB-nin “Natəvan” klubunda mətbuat konfransı keçiriləcək…

“Ümumi təhsil müəssisələrində təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsi” adlı layihənin icrasına başlanıb

DFJD tərəfindən Qərbi Azərbaycan həqiqətləri xarici mediada təbliğ olunacaq

Muğam Mərkəzində növbəti konsert - ruhumuzun səsi - FOTO + VİDEO

Arxangelskdəki diaspor rəhbərinin 50 illik yubileyidir

Azərbaycan Universitetində “Cənubi Qafqaz yeni qlobal çağırışlar kontekstində” beynəlxalq elmi konfrans keçirilib

Mədəniyyətlərarası dialoqda beynəlxalq platform

Regionlarda qadınların məşğulluq imkanları yüksəldiləcək

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclası keçirilib

Diaspor rəhbəri Şahin Məmmədova “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim edilib

QHT nümayəndələri sərhədkeçmə prosesləri ilə əyani şəkildə tanış olublar

Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” başa çatıb

“Artıq beynəlxalq aləm Azərbaycanı regionda sülh ölkəsi kimi tanıyır”

Həmid Herisçi Azərbaycan Yazıçılar Birliyinin üzvü oldu...

Kitabxanada gənc rəssamın fərdi rəsm sərgisi açıldı

Prezident İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edib

Beynəlxalq Diaspor Mərkəzi “Azərbaycan-Rusiya münasibətləri – yeni reallıqlar” mövzusunda dəyirmi masa keçirdi

Azərbaycan - Almaniya  münasibətlərinin inkişafinda böyük perspektivlər

Deputat QDİƏT-in iclasında Azərbaycanın enerji sahəsindəki təsirli rolunu diqqətə çatdırıb

Brest qalasının müdafiəsinin qarşıdan gələn 83-cü ildönümünə həsr olunmuş “Sonuncuya qədər dayan!” adlı tədbir keçirilib

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

COP29 həmrəylik və əməkdaşlıq platformasıdır         

Sankt-Peterburq şəhərində “Heydər Əliyevin həyatının 100 anı” kitabının təqdimat mərasimi keçirilib

Əmmanda turizm sərgisi keçirildi – Fotolar

Afinada beynəlxalq konfransda Ermənistanın dağıtdığı Azərbaycan məzarları barədə məsələ qaldırılıb

Türkiyənin qabaqcıl 50 klinikası və məşhur həkimləri Bakıda toplanacaq

“Azərbaycan Diaspor Könüllüləri” proqramı çərçivəsində diaspor nümayəndələri ilə görüş keçirilib

Bütün xəbərlər