BAKU Azərbaycan
13.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

"Prezident İlham Əliyev martın 18-də Xankəndidə Novruz tonqalını alovlandıraraq Azərbaycan xalqını bayram münasibətilə təbrik etdi. Dövlət başçısı təbrik çıxışında bildirdi ki, bu gün işğaldan azad edilmiş ərazilərimizdə bayram tonqallarını yandırmaq böyük xoşbəxtlikdir". 
Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. O, dövlət başçısının çıxışını xatırlatdı: "Dördüncü dəfədir ki, bayram tonqalını mən azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Bu, böyük xoşbəxtlikdir. Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik və bu gün Azərbaycan ərazisində ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilmişdir".
Dövlətimizin başçısı bunu Azərbaycan xalqının böyük qələbəsi kimi qiymətləndirərək vurğuladı ki, biz 2020-ci ildə torpaqlarımızı işğaldan azad etdik, amma həmin dövrə qədər Azərbaycana müxtəlif dairələrdən siqnallar göndərilirdi ki, münaqişənin hərbi yolla həlli yoxdur. Azərbaycan bütün dünyaya nümayiş etdirdi ki, əgər münaqişənin dinc həlli həyata keçirilmirsə, onda torpaqlarını hərbi yolla işğaldan azad edə bilər. 
E.Mirbəşiroğlu qeyd edib ki, Azərbaycan hər zaman keçmiş münaqişə vəziyyətinin dinc vasitələrlə aradan qaldırılmasının tərəfdarı olub, danışıqlar prosesində səmimiyyətlə iştirak edib.  Hər zaman dünyaya çağırış edib ki, Ermənistana təzyiq göstərilsin ki, o Azərbaycan torpaqlarından çıxsın. Lakin bəlli dairələrin davranışları aydın göstərirdi ki, onlar keçmiş status-kvo vəziyyətinin qalmasında maraqlıdırlar və Ermənistana zaman qazandırmağa çalışırlar. ATƏT-in Minsk qrupu münaqişənin tənzimlənməsi ilə deyil, idarə olunması ilə məşğul olurdu, bu da Azərbaycan torpaqlarının gələcəkdə hüquqi mənsubiyyətini dəyişdirmək üçün Ermənistana imkan yaratmaq idi. Azərbaycan bütün bunların qarşısını sərt şəkildə alaraq öz gücünü göstərdi. 
Prezident İlham Əliyev çıxışında məhz bu məqamlara işarə etdi. "Eyni zamanda vurğuladı ki, antiterror tədbirlərinin keçirilməsinə ehtiyac qalmayacaqdı. Ermənistanın Azərbaycan ərazisindən silahlı qüvvələrini geri çəkməsi, separatçıların silahlarını yerə qoyması və beynəlxalq dairələrə onlara təzyiq etmələri üçün yenə çağırış etdik. Ölkə rəhbəri bunları xatırlatmaqla bir daha göstərdi ki, 2020-ci ilə qədər baş verənlərlə 2023-cü ilin sentyabrına qədər cərəyan edən proseslər arasında bir oxşarlıq mövcud idi. Yəni hər iki halda Azərbaycan çağırış edirdi, məsələni dinc vasitələrlə həll etməyə çağırırdı, lakin ölkəmizin çağırışlarına düzgün reaksiya verilmirdi. Belə olan halda Azərbaycan güc tətbiq edərək təhlükəsizliyinə mövcud  təhdidləri aradan qaldırmalı oldu", - deyə o əlavə edib.
Deputat bildirib ki, Prezident İlham Əliyev bu gün Azərbaycanın haqlı mövqeyinin dünya birliyi tərəfindən qəbul olunduğunu vurğulayıb. Yəni Azərbaycanın dostlarının, əməkdaşlıq edənlərin sayı çoxdur, əməkdaşlıq etmək istəyənlərin də sayı durmadan artır. Bütün bunlar Azərbaycanın haqlı olduğunu  göstərir. 
O qeyd edib ki, Azərbaycan bu gün formalaşdırdığı yeni geosiyasi reallıqlar şəraitində güc mövqeyində inamla dayanır: "Azərbaycanın beynəlxalq nüfuzu, təsiri, rolu durmadan artır.  Dövlət başçısı xüsusilə vurğuladı ki, Xankəndidə binalar sovet dövründə azərbaycanlı memarlar tərəfindən öz vəsaitimiz hesabına inşa olunub. Yəni orada erməni izi heç vaxt mövcud olmayıb. Separatçılar Xankəndinin görkəmini dəyişdirməyə, erməniləşdirməyə çalışıblar. Amma indi ermənilərin şəhərin simasının dəyişdirilməsi istiqamətində yaratdıqları elementlər tam aradan qaldırılır. Azərbaycan ərazilərində separatizmin əlamətləri bir daha olmayacaq. Bundan sonra işğaldan azad olunmuş ərazilərimiz davamlı, sürətlə inkişaf edəcək, effektli məskunlaşma həyata keçiriləcək.". 
Prezident İlham Əliyev Xankəndidə bayram tonqalını yandırmaqla təcavüzkar, işğalçı Ermənistanın, xüsusi olaraq separatçıların bütün ümidlərinə od vurdu.

Son xəbərlər

“Sonuncu əmr” romanının ictimai müzakirəsi keçirildi

Bakı Dövlət Universitetində “Küveyt dərsi” keçirilib

Azərbaycanın tanınmış eksperti BMT-nin nüfuzlu qurumuna sədr seçilib

TƏBİƏTLƏ BAĞLI ƏFSANƏ- BU DƏFƏ SEVİNC XƏLİLQIZINDAN

DGK yanında ictimai şuranın iclası keçrilib

Milli QHT Forumunun İdarə Heyətinin yeni sədri seçildi

Qara Brilliant klubunun yetirməsi Respublika birincisi olub

Əyilməz ruhumuzun rəmzi Şuşa tarixin yeni dövründə

Ulu Öndər Heydər Əliyev Bişkekdə anılıb

“Azərbaycan İslam həmrəyliyinə növbəti töhfə vermiş oldu”

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Şəhid Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanları ailələri Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Kazanda “BİRLİK: Xatırlayırıq, Miras alırıq, Qürur duyuruq!” layihəsi çərçivəsində stend açılıb

Qafqaz Tarixi Mərkəzi-Türkiyə Təmsilçiliyi qardaş Türkiyədə

DGK və ƏƏSMN yanında İctimai Şuraların üzvüləri Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTOLAR

Azərbaycan-Bolqarıstan tərəfdaşlığı uğurla davam edir

Murmanskda Qələbə Günü münasibətilə keçirilən “Berlinə gedən yol” adlı tədbirə soydaşlarımız da qatılıblar

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Azərbaycanın və Slovakiyanın  siyasi əlaqələri yüksək səviyyədədir

İordaniyada Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilmişdir – FOTOLAR

Müasir Azərbaycan dövlətçiliyinin banisi

Gerçək bir birliyə nail olmaq üçün ortaq əlifba, ədəbi dil və ünsiyyət dili vacibdir-İlqar İlkin- ÖZƏL

Yaşıl Dünya Naminə Gənclərin Şəbəkələşmə Forumu keçirildi

AYB-nin “Natəvan” klubunda mətbuat konfransı keçiriləcək…

“Ümumi təhsil müəssisələrində təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsi” adlı layihənin icrasına başlanıb

DFJD tərəfindən Qərbi Azərbaycan həqiqətləri xarici mediada təbliğ olunacaq

Muğam Mərkəzində növbəti konsert - ruhumuzun səsi - FOTO + VİDEO

Arxangelskdəki diaspor rəhbərinin 50 illik yubileyidir

Azərbaycan Universitetində “Cənubi Qafqaz yeni qlobal çağırışlar kontekstində” beynəlxalq elmi konfrans keçirilib

Mədəniyyətlərarası dialoqda beynəlxalq platform

Bütün xəbərlər