BAKU Azərbaycan
6.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Qafqaz Tarixi Mərkəzinin direktoru, UNESCO kafedrasının assosiativ professoru, tarixçi Rizvan Hüseynovun “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı monoqrafiyası ingilis və rus dilində işıq üzü görmüşdür.

Diaspornews.az xəbər verir ki, monoqrafiya “Şərq-Qərb” nəşriyyat evi tərəfindən çap edilmişdir. Kitabın həmçinin azərbaycan dilinə tərcüməsi və çapa hazırlanma prosesi gedir.

“Azərbaycan və Qafqazda erməni məsələsi” kitabını rus və ingilis dillərində almaq üçün [email protected] elektron poçt ünvanına müraciət edin.

Rizvan Hüseynovun mühazirələrində iştirak etmək üçün +994 55 784 83 84 (WhatsApp) nömrəsinə zəng edə bilərsiniz.

image-619253607_10235410946325735_2744493081168446944_n

Bu elmi əsər uzun illər ərzində müəllifin erməni, rus və qərb alimləri ilə apardığı polemika və müzakirələrin nəticəsi olaraq ərsəyə gəlmişdir.

Təxminən 15 il davam edən və 400-dən çox mənbəyə əsaslanan bu tədqiqat Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddialarına, Azərbaycanın tarixi və mədəni irsinin mənimsənilməsinə yönəlmiş qəsdlərə əsaslı cavabdır.

Bununla yanaşı erməni, rus və qərb elmi, siyasi və araşdırma mərkəzlərinin Azərbaycan haqqında yaydığı qərəzli informasiyalar və nəşrlər hərtərəfli araşdırılmış və təhlil edilmiş, bizə qarşı yönəlmiş bütün tarixi saxtakarlıqların əsassızlığı sübuta yetirilmişdir .

Tədqiqat Azərbaycanın Qafqazdakı tarixi əraziləri ilə bağlı qədim əlyazmaların və mənbələrin dərin təhlilinə əsaslanır.

Monoqrafiyada qədim süryani, fars, yunan, roma, gürcü, erməni, ərəb, osmanlı, çin, rus, avropa, amerika mənbələrindən, həmçinin arxiv sənədlərindən, dövlət-kəşfiyyat yazışmalarından geniş istifadə edilmişdir.

Kitab Qafqaz və Ermənistan tarixi üzrə beynəlxalq ekspertlərin elmi araşdırmalarını da əhatə edərək erməni orta əsr mənbələrinin etibarlılığını tənqidi şəkildə təhlil edir. Müəllif, bu mənbələrin mənşəyi və həqiqiliyini araşdıraraq, onların bir çoxunun əzəldən saxta olduğunu və ya sonradan saxtlaşdırıldığını sübut edir. Bu yanaşma ilə müəllif göstərir ki, erməni tarixi mənbələrinin əksəriyyəti Qafqaz tarixini öyrənmək üçün etibarlı elmi istinad sayıla bilməz.

2025-ci ildə işıq üzü görən ingilis və rus dilli nəşrdə əlavə tədqiqatlar və geniş təhlillər yer almışdır.

Monoqrafiya – regional təhlükəsizlik, beynəlxalq münasibətlər üzrə oxuyan və araşdırma aparan mütəxəssislər, tarix müəllimləri, tələbələr, alimlər və daha geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Bu monoqrafiya bir sıra xarici ali məktəblərin fakültativ tədris proqramına daxil edilmişdir. Monoqrafiya Azərbaycan Prezidentinin Kitabxanasında, Azərbaycan Milli Kitabxanasında, müxtəlif ölkələrin kitab evlərində, eləcə də ABŞ və Avropanın nüfuzlu universitetlərin kitabxana fondlarında yer almışdır.

Monoqrafiya aşağıdakı xarici ali məktəblərin fakültativ tədris proqramına daxil edilmişdir və kitabxanalarda mövcuddur:

“Orient-Institut Istanbul”, ABŞ Konqresinin Kitabxanası (Library of Congress), Harvard Universitetinin Kitabxanasında (Harvard University Library), Harvard College Library, “Princeton University Library”, “Stanford University Libraries”, Ohayo Universitetinin Kitabxanalarında (Ohio State University Libraries), İndiana Universitetinin Kitabxanasında (Indiana University Library), Kaliforniya Universitetinin Kitabxanasında (University of California Library), “Martin Luther University of Halle-Wittenberg” və başqaları.

image-619135775_10235410946645743_6432404685055921186_n

Müəllif haqqında:

Hüseynov Rizvan Nəcəf oğlu tarixçi alim, Qafqaz Tarixi Mərkəzinin direktoru, UNESCO kafedrasının professoru, “Azərbaycan Vətən müharibəsi Veteranları” Birliyinin Mərkəzi aparatının fəxri üzvü, UNESCO kafedrasının assosiativ professoru, UNESCO nəznində “Günəşin axtarışında” beynəlxalq işçi qrupunun rəhbəri, Gürcüstanda yerləşən beynəlxalq “Ümumi Qafqaz Evi” sülhməramlı qeyri-hökumət təşkilatın sədri, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü, “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif olunub.

R.Hüseynov Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya, Avropa, Qazaxıstan və Özbəkistan ekspert və fəalları birləşdirən çoxsaylı sülhməramlı layihələrə iştirak və rəhbərlik edib. O, tanınmış beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən layihələrdə iştirak edib.

O, həmçinin baş qərargahı Gürcüstanda yerləşən “Ümum-Qafqaz Evi” sülh təşkilatının sədridir və UNESCO-da 12 ölkədən alim, tədqiqatçı və rəssamların daxil olduğu “Günəşin axtarışında” beynəlxalq işçi qrupuna rəhbərlik edir. Bu təşəbbüs müxtəlif ölkələrin həmfikirlərin könüllü ictimai hərəkatıdır və Qafqazın mədəni, tarixi və memarlıq irsinin öyrənilməsi, fənlərarası tədqiqi, irsimizin qorunub saxlanılması və populyarlaşdırılması məqsədi daşıyır.

R.Hüseynov regionun tarixi və irsi haqqında bir sıra televiziya layihələrinin və tarixi sənədli filmlərin müəllifidir.

Son xəbərlər

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

Kitabxanada akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi qeyd olundu

Bütün xəbərlər