BAKU Azərbaycan
0.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Yevlaxda zərərverici və xəstəliklərə yoluxaraq qurumuş 30 hektar sahədə yeni meşə salınır. Bu məqsədlə Yevlax rayonu ərazisində bir sıra tədbirlər təşkil olunub. Tədbirlərdə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Azərbaycanda səfərdə olan Rusiya Elmlər Akademiyasının Aqroekologiya Federal Elmi Mərkəzinin nümayəndələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə Yevlax rayonu Cırdaxan meşəbəyliyinin əvvəllər zərərverici və xəstəliklərə yoluxaraq qurumuş 30 hektar ərazisində aparılan meşəbərpa tədbirlərinə qatılıb. Sözügedən ərazidə ümumilikdə, 4700 ədəd Şərq çinarı və qara şam ağacı əkilib.

Qeyd edək ki, 30 hektar sahəni əhatə edən ərazinin artıq 27 hektarında meşə əkini işləri yekunlaşıb, növbəti günlərdə qalan ərazidə də Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən meşəbərpa tədbirləri davam etdiriləcək.

Daha sonra iqlim dəyişmələrinin meşə bitkilərinə təsirinin araşdırılması məqsədilə Meşələrin İnkişafı Xidməti ilə Rusiya Elmlər Akademiyasının Aqroekologiya Federal Elmi Mərkəzi arasında bu il imzalanmış meşə təsərrüfatının təkmilləşdirilməsi çərçivəsində elmi-praktik əməkdaşlıq haqqında Memoranduma uyğun olaraq Kür-Araz ovalığında və Samur çayının Azərbaycan və Rusiya hövzələri ətrafındakı meşələrdə aparılan elmi-tədqiqat işləri ətrafında müzakirələr aparılıb.

Tədbir iştirakçıları oduncağın əvəzedicisi olan tullantılardan hazırlanmış pelet xammalının istehsalı prosesinə baxış keçirib. Alternativ yanacaq növü olan pelet xammalının hazırlanması və sobalarda yanma prosesi nümayiş etdirilib.

Yekunda Kür çayının hövzəsinə 32000 ədəd balıq körpəsi buraxılaraq onların təbii artımına və bərpasına dəstək göstərilib.

 

Son xəbərlər

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Bütün xəbərlər