BAKU Azərbaycan
4.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

İyulun 19-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Ailə və sosial xidmətlər naziri Dərya Yanıkın başçılıq etdiyi nümayəndə heyəti  ilə görüşüb.

 

Bu barədə  "Xeber7" Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilib.

 

Parlamentin sədri ikitərəfli əlaqələrimizin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Spiker ölkələrimiz arasında münasibətlərin Prezident İlham Əliyevin ifadə etdiyi kimi, dünya siyasi sistemində alternativi olmadığını söyləyib. Qeyd edilib ki, qardaşlıq və dostluq münasibətlərimiz günbəgün möhkəmlənir və genişlənir. Hər iki ölkə prezidentləri arasındakı dostluq münasibətləri dövlətlərarası əlaqələrin inkişafına da öz müsbət təsirini göstərməkdədir.

 

Sahibə Qafarova diqqətə çatdırıb ki, bu gün Azərbaycanla Türkiyə arasındakı qarşılıqlı səfərlər yalnız ölkə rəhbərləri səviyyəsində deyil, ayrı-ayrı dövlət qurumlarımız arasında da həyata keçirilir. Bu baxımdan ailə, qadın və sosial məsələlərlə məşğul olan Türkiyə qurumu başçısının Azərbaycana səfəri və ölkəmizin müvafiq qurumu ilə münasibətlərin dərinləşməsi, əməkdaşlığın daha da genişlənməsi istiqamətində atılan addımlar, həyata keçirilən uğurlu layihələr bu fikri söyləməyə əsas verir. Ayrı-ayrı qurumlar və institutlar arasında əməkdaşlığın dərinləşməsi dövlətlərarası münasibətlərimizin də möhkəmlənməsinə töhfə verməkdədir.

 

Milli Məclisin sədri bildirib ki, Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Bu sahə dövlətin daim diqqət mərkəzindədir. Heç də təsadüfi deyildir ki, Azərbaycan parlamentində də bu məsələlərlə məşğul olan komitə mövcuddur. Həmin komitədə mütəmadi olaraq keçirilən dinləmələrdə bu sahədəki problemlərin həlli yolları barədə fikir mübadiləsi aparılır, müəyyən təkliflər dinlənilir. Spiker qeyd edib ki, Milli Məclisin müvafiq komitəsi ilə bu problemlərlə məşğul olan dövlət komitəsi arasında çox uğurlu əməkdaşlıq mövcuddur.

 

Söhbət zamanı Sahibə Qafarova qeyd edib ki, Milli Məclisdə ailə, qadın və uşaq məsələləri qanun yaradıcılığı sahəsində daim diqqət mərkəzindədir. Belə ki, parlamentdə bu sahəyə aid bir çox yeni qanunlar qəbul edilib, mövcud qanunlara isə müasir reallıqlara uyğun olaraq dəyişikliklər olunub.

 

Spiker vurğulayıb ki, bu gün Milli Məclislə Türkiyə parlamenti arasında sıx əməkdaşlıq vardır. Belə ki, hər iki ölkənin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir və deputatlarımız ikitərəfli, üçtərəfli və çoxtərəfli formatlarda uğurlu əməkdaşlıq edirlər. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti bir neçə dəfə Azərbaycanda olub, Azərbaycan nümayəndə heyətləri də Türkiyəyə səfərlər həyata keçiriblər.

 

Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan və Türkiyə parlamentləri arasında beynəlxalq platformalarda sıx əməkdaşlıq mövcuddur. Yaxın günlərdə Azərbaycan, Pakistan, Türkiyə parlament sədrlərinin ikinci üçtərəfli görüşünün keçirilməsi nəzərdə tutulur. Bütün bunlar parlamentlər arasında sıx əməkdaşlığın bariz nümunəsidir.

 

Söhbətdə spiker 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Zəfərdən, torpaqların işğaldan azad olunmasından, işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq və abadlıq işlərindən, Qarabağ Zəfərinin qazanılmasında Türkiyənin göstərdiyi mənəvi dəstəkdən söz açıb. O, bildirib ki, qardaş ölkənin bizimlə müxtəlif sahələrdə əməkdaşlığı xalqlarımızın birlik və həmrəyliyinin daha da güclənməsinə imkan yaradır.

 

Səmimi görüş üçün minnətdarlığını bildirən Türkiyənin Ailə və sosial xidmətlər naziri Dərya Yanık ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Bildirib ki, onun rəhbərlik etdiyi qurum Azərbaycanın müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq edir və bir sıra uğurlu layihələrin həyata keçirilməsinə nail olublar. Onlar gələcəkdə bu əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədirlər.

 

Qonaq Bakıda keçirilən görüşlər zamanı müzakirə olunan məsələlərin əhəmiyyətini yüksək qiymətləndirib. O, 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Zəfəri bütün türk dünyasının Zəfəri kimi dəyərləndirib və hər bir azərbaycanlı kimi bundan çox qürurlandığını dilə gətirib. Nazir qeyd edib ki, Azərbaycanın və Türkiyənin günbəgün güclənməsi onların beynəlxalq aləmdə nüfuzunun daha da artmasına səbəb olur. O, Qarabağda qazanılan Zəfər münasibəti ilə xalqımızı və Milli Məclisin sədrini bir daha təbrik edib. Qonaq səfər çərçivəsində işğaldan azad olunmuş Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfər edəcəyini və bundan böyük həyəcan duyduğunu qeyd edib.

 

Türkiyəli nazir Azərbaycanın digər dövlət qurumları ilə yanaşı, ölkənin Milli Məclisi ilə də əməkdaşlığın əhəmiyyətini qeyd edib. Bildirib ki, qanunvericilik sahəsində ailə, qadın və sosial məsələlərlə bağlı problemlərin çözülməsi üçün müsbət işlər görmək baxımından geniş imkanlar vardır. O, azərbaycanlı deputatlarla türkiyəli deputatların bu sahədəki mütəmadi təmaslarını təqdirəlayiq hesab edib.

 

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər barədə də danışılıb. Görüşdə  Türkiyə Respublikasının ölkəmizdəki səfiri Cahit Bağçı və digər rəsmi şəxslər iştirak ediblər.

Son xəbərlər

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

Kitabxanada akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi qeyd olundu

Bütün xəbərlər