BAKU Azərbaycan
24.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 

Azərbaycan xalqının qəhrəmanlığını əks etdirən yeni bir film işıqlandırıldı. Rusiya istehsalı olan bu sənədli portret film, "Murovdağ Əfsanəsi" adlanır və şəhid Elməddin Vəkilovun qəhrəmanlıq həyatını ətraflı şəkildə təqdim edir.

Filmin çəkilişləri rejissor və ssenarist Elnurə Cəbrayılovanın rəhbərliyi ilə Dəşkəsən rayonunda noyabr ayının ortalarından etibarən başlamış və komanda üzvləri uzun saatlar, günlər və hətta həftələr boyunca Daşkəsən və Moskvada intensiv işləyərək, izləyicilərə Elməddin Vəkilovun yüksək qəhrəmanlığını böyük ustalıqla çatdıra bilmişlər.

Rusiya-Azərbaycan Prezidentlərinə Dəstək təşkilatının üzvü İlqar Əhmədovun təşəbbüsü ilə həyata keçirilən layihədə, operatorlar Fəxrəddin Alıyev və Sənan Hüseynlinin iştirakı ilə çəkilişlər olunub. Filmin ssenarisində sevimli pedaqoq Sevda xanımın, şəhidin haqqında dediyi təsirli fikirlər diqqət çəkir.

Bundan əlavə, şəhid Elməddin Vəkilovun anası Nərgiz xanım və həyat yoldaşı Aynur xanımın Elməddin haqqında əziz xatirələri də filmin kadrlarında yer almışdır. Həmçinin şəhidin qardaşlarının fikirləri də ssenarisist tərəfindən qələmə alınıb. Ən təsirli səhnələrdən biri isə rəhmətlik atasının fikirlərini canlandırmaq olub.

"Xurşhidfilm" studiyasının rəhbəri Elnurə Cəbrayılova bildirmişdir ki, vaxt həqiqətən də qızıldan daha qiymətlidir: "Bunu başa düşmək üçün savad deyil, insani keyfiyyətə malik olmaq yetərlidir. Lakin Vətənin namusu üçün əsl vətənpərvər insanlar hər zaman canlarını və vaxtlarını qurban verməyə hazırdırlar."

Elnurə Cəbrayılovanın bu replikası, "Xurshidfilm" komandasının bütün üzvlərinin möhtəşəm işini əks etdirir.

"Xurşhidfilm" komandasının üzvləri arasında az sayda qeyri-milliyyətdən olanlar da var. Onlar da bu layihədə könüllü olaraq vaxt sərf etməklə birlikdə, insanlığa xas keyfiyyətlərini sübut edirlər.

Komandanın üzvü olduqları üçün hamısı fəxr duyurlar.
Rejissor və ssenarist Elnurə Cəbrayılova deyib ki, "Xurşhidfilm" olaraq ölkəmizin namusuna xidmət edirlər və milli dəyərləri nümayiş etmək bir millət üzvü olaraq mənəvi borclarıdır: "Maddi sıxıntılar olsa belə, biz Vətəni sevdiyimiz üçün bunu etməkdən razı qalırıq. Bizim komanda, milli vətənpərvərlik rəmzimiz olan Murovdağın Əfsanəsi Elməddin Vəkilovun və cəmi şəhidlərimizin ruhu qarşısında qarşısında baş əyirik".

Filmi aşağıdakı linkdən izləmək mümkündür:

Son xəbərlər

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Türk dünyasının güclənməsinə doğru

Dəyərlərimizi itirmədən müasir olmaq

Azərbaycan və Özbəkistan arasında münasibətlər dərin qarşılıqlı rəğbətə əsaslanır

Vaşinqtonda “Tənhalığın Sədaları” adlı möhtəşəm rəsm sərgisi keçirilib – FOTOLAR

“Virtual məkanda nifrət nitqi və fəsadları” - İnfosessiya/Foto-Video

Bakıda “Uzaq Şərqin izləri” sərgisi çərçivəsində tədbir keçirilib

Aqil Ələsgər Türkiyədə “Beynəlxalq Media və Kommunikasiya Mükafatı”na layiq görüldü -FOTO

Yaponiyada Azərbaycan haqda yeni kitab nəşr olunub: “Qəribə və gözəl ölkə”

Mirzə Ələkbər Sabirin satirik irsi və müasir dövrdə aktuallığı

Naxçıvanın inkişafında yeni səhifə açılır

Azərbaycanda trüfel istehsalının təşviqi layihəsinin yekun tədbiri keçirilib

Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək

"Qadın dünyası" İctimai Birliyi növbəti layihəsini uğurla başa çatdırıb

Naxçıvanın bütün sahələrdə əldə etdiyi uğurlar göz qabağındadır

Təhsil haqqı artırsa, əlçatanlıq necə qorunmalıdır?

Mikayıl Cabbarov: "Süni intellekt sayəsində karbamid zavodunda istehsal artıb"

Bütün xəbərlər