BAKU Azərbaycan
12.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bakı şəhərində tarixi binalardan birinin- Nizami Kino Mərkəzinin divarları üzərində qrafiti çəkilməsi ilk belə hallardan biri kimi hər kəsin diqqətini çəkib, mübaliğəsiz desək şoka salıb və cəmiyyətdə ciddi narahatlıq doğurub. Əlbəttə, ilk baxışda bu, sadə bir “rəsm” və ya “gənclərin şıltaqlığı, dəcəlliyi” kimi görünə bilər, ən pis halda xuliqanlıq hesab edilə bilər. Lakin məsələni daha dərindən, bir neçə prizmadan araşdıranda, təhlil edəndə ciddi nəticələr əldə etmək olar. Bu hərəkəti hüquqi, mənəvi, beynəlxaql təcrübə, mədəni, tərbiyəvi və s. nöqteyi nəzərdən təhlil edilməsi əhəmiyytəli olardl:

  1. Nizami Kino Mərkəzi (keçmişdə “Nizami” kino-teatrı) Bakının ən məşhur və tarixi-memarlıq abidəsi kimi tanınan tikililərindən biridir. Həm mədəniyyət obyekti, həm də memarlıq abidəsi kimi dəyərə malik olan, memarlıq üslubu klassik elementlərlə zəngin olan bina sovet dövründə, 1940-cı illərdə tikilib və hal-hazırda Azərbaycanın mədəni irs obyektlərindən biri kimi qorunur !

Bu cür tarixi binalar, mədəniyyət obyektləri, sadəcə daş və divardan ibarət deyil, onlar xalqımızın tarixini, memarlığını və mədəni kimliyini özündə daşıyır. Nizami Kino Mərkəzi də yalnız bir bina deyil, həm də ölkənin mədəni yaddaşının bir hissəsidir. Bu mədəniyyət abidəsinin divarları üzərində icazəsiz qrafiti çəkilməsi binanın fiziki və mənəvi zədələnməsi, onun tarixi dəyərini azaltmaqla yanaşı, gələcək nəsillərə ötürüləcək irsi də təhlükə altına qoyan vandalizmdir.

  1. Bu hüququ baxımından da, ölkə qanunverciliyinin tələblərinə zidd olan, məsulliyyət yaradan ciddi bir qanun pozuntusudur. Tarixi abidələr sadəcə bina deyil — onlar dövlət tərəfindən qorunan irsdir. Azərbaycan qanunvericiliyi də bu məsələyə ciddi yanaşır. Yəni, Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsində ölkə vətəndaşların əsas vəzifələrindən biri kimi, açıq və dəqiq qeyd olunur ki, “tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur”. Həmçinin "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanunun 1-ci və 28 maddələri də bu barədə konkret tələblər qoyur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və digər normativ aktlara əsasən, tarixi abidələrin zədələnməsi hüquqi məsuliyyət yaradır, tarixi və mədəni əhəmiyyətli binaların zədələnməsi cinayət hesab olunur

- Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir.

- Dövlət tarix və mədəniyyət abidələrinin qorunmasına təminat verir, onların elmi tədqiqi və təbliği üçün zəruri olan qurumların yaradılmasını, fəaliyyətini və inkişafını təmin edir, abidələrdən səmərəli istifadə üçün şərait yaradır.

- Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar.

Onu qeyd etmək lazımdır ki, Azərbaycan qanunverciliyində qrafiti “əmlaka zərər vurmaq” və ya “vandalizm” kateqoriyasına aid edilir.

Bəri başdan, bəzi ağzıgöyçəklərin mümkün iradlarına, ittihamlarına, cavab olaraq xüsusi ilə olaraq vurğulamaq lazımdır ki,  divar qrafitisi (icazəsiz yazı və rəsmlər) bir çox ölkələrdə də qanun pozuntusu sayılır və buna görə müxtəlif cəza tədbirləri tətbiq olunur. Bu, xüsusilə tarixi abidələrdə və ictimai mülkiyyətdə edilərsə, daha ciddi yanaşılır. Belə ki, Türkiyədə ictimai əmlaka zərər vermək kimi qiymətləndirilir, cərimə və ya həbs cəzası nəzərdə tutulub, Almaniyada qrafiti “əmlaka zərər” hesab edilir, böyük cərimələr və hətta həbs cəzası nəzərdə tutulub, ABŞ-da ştatdan asılı olaraq dəyişsə də, ümumiyyətlə qadağan edilib, bəzi ştatlarda, xüsusilə də New Yorkda ciddi cinayət sayılır  Böyük Britaniyada, xüsusilə Londonda anti-sosial davranış hesab edilir, cərimə, ictimai işlər və bəzən həbslə cəzalandırlır. Bu məsələyə ən ciddi yanaşan və dünyada ən sərt qanunlardan biri malik ölkə isə Sinqapurdur. Burada icasəsiz qraffitə görə cərimə, həbs və hətta qamçı cəzası tətbiq oluna bilər.

  1. Gənclərin tərbiyəsi və müəyyən vərdişlərin aşılanması baxımından da bəzi məqamlara diqqəti cəlb etmək vacibdir. Maraqlıdır, görəsən bəzi gənclər niyə Qərbdən, Avropadan müsbət, qabaqcıl, proqressiv dəyərləri, vərdişləri deyil, mənfi, cəmiyyətə, mənəviyyata, əxlaqa, mədəniyyətimizə və s. zidd olan, gənc nəslin tərbiyyəsinə xələl gətirən əməlləri əxz eləməyə, onu yaymağa meyllidirlər?

Mütəxəssislər bunu bir neçə amillərlə - “asan və bəsid” olanın tez yayılması, sosial media (TikTok, Instagram və s. kimi platformaların) təsiri, təhsil və maarifləndirmədə mümkün boşluqların olmasında (bəzi ölkələrdə vətəndaş məsuliyyəti, ictimai mülkiyyətə hörmət erkən yaşdan öyrədilir), insan psixologiyası və s.ilə izah edirlər

Axı Qərbdə, o cümlədən Avropada insanın, xüsusilə də gənclərin fərdi inkişafına, daha geniş mənada isə cəmiyyətimizin inkişafına müsbət təsir edə biləcək çox əhəmiyyətli, mütərəqqi fəaliyyət növləri, faydalı olan  “görünməyən vərdişlər” var. Sirr deyil ki, bir çoxlarımızın müsbət nümunə kimi göstərdiyimiz, bəzilərimizin isə pərəstiş etdiyimiz, hətta yamsılamağa çalışdığımız, Qərbin, Avropanın gücü, nə yalnız, müasir texnologiyalarda, nə möhtəşəm binalarda, nə bahalı geyimlərdə, avtomobillərdə,  reklamlarda və s. deyil, məhz bu gündəlik vərdişlərdə və sistemdədir.

Məhz bu vərdişləri- dəqiqlik, özünün və başqalarının vaxtına hörmət, ictimai mühitə hörmət, qanuna əməl etmə mədəniyyəti, mədəni və  korrekt davranış, ünsiyyətqurma bacarığı, özünü inkişaf etdirmə vərdişi, şəxsi məsuliyyət hissi və s. əxz edib, təbliğ etmək, onun yayılmasında iştirak etmək daha faydalı olardı.

Nəticə olaraq: qrafiti bir sıra ölkələrdə düzgün istiqamətləndirildikdə incəsənət forması kimi qəbul edilsə də, lakin onun və ümumilikdə icazəsiz yazı, rəsmlərin (vandalizmin) həm fiziki, həm mədəni, həm də sosial səviyyədə bir çox mənfi təsirləri olduğu birmənalıdır.  Belə ki, tarixi və memarlıq dəyərinə zərər vurur, orijinal görünüş pozulur, estetik, mədəni irsə və şəhər mühitinə mənfi təsir edir, şəhərin görkəmi pozulur, turizm potensialına ziyan vurur, sosial və mədəni mənada cəmiyyətə “qayda pozuntusu normaldır” mesajı verir, başqaları üçün pis nümunə yaradır, gənclərin davranışına və gələcək nəsillərə pis təsir edir, onlar arasında məsuliyyətsiz davranış nümunəsi yaradır, hüquqi və iqtisadi təsirlərə səbəb olur.

Ümumiyyətlə tarixi və mədəniyyət abidələri üzərində icazəsiz, xüsusilə də eybəcər, söyüş təhqir, şərəf və ləyaqətin alçaltmaq və əxlaqsızlığın təbliği məqsədi ilə bu cür "divar tatuajlarından (döymələrindən)"  istifadə vandalizm kimi qiymətləndirilməli və ictimai qınaq olmalıdır, qanunuun sərti qaydaları tədbiq edilməlidir. Eyni zamanda problemin həlli üçün yalnız cəza tədbirləri kifayət deyil, gənclər arasında maarifləndirmə işlərinin aparılması, istedadlı gənclərin həvəsləndirilməsi, onların incəsənətə yönəldilməsi, yaradıcılığı stimullaşdırılması və s. daha effektiv nəticə verə bilər.  Bu, həm də şəhərin tarixi simasının qorunmasına kömək edər.

Hər bir vətəndaş, ələlxüsusda gənclər, tariximizə, mədəniyyətimizə, abidələrimizə, adət-ənənələrimizə, mədəni irsimizin və mənəvi dəyərlərimizin  qorunmasına məsuliyyətlə yanaşmalı və paytaxtımıza - doğma Bakımıza diqqətlə olmalı və hörmət etməlidir.

Əhməd N. Abbasbəyli,

siyasi şərhçi

Son xəbərlər

Gələcək nəsillərə ötürüləcək irsi təhlükə altına qoyan vandalizm

Azərbaycan nümayəndə heyəti Özəl Imperial Xəstəxanasını ziyarət ediblər

İzləyicilərə Xalq yazıçısının növbəti hekayəsi təqdim olundu

Beynəlxalq Mədəni İrs Ustad Məktəbindətematik qruplar üzrə ustad dərsləri davam edir

Polşada oxuyan tələbələrə Zərifə Əliyeva adına təqaüd veriləcək

Azərbaycanın sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən nümayəndə heyəti Türkiyədə səfərdədir

Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı fəlsəfə doktoru elmi dərəcəsi aldı

"Məni dinləyin..." adlı monotamaşa nümayiş olunub

Kitablar səltənətinin inciləri: Məmməd Araz

Aprel döyüşləri:Yeni reallıqların başlanğıcı və tarixi dönüş nöqtəsi

31 Mart-Azərbaycan xalqının tarixi yaddaş günü

Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin doğum günüdür

1918-ci il mart soyqırımı

Özbəkistanda Xalid Səid Xocayevə həsr edilmiş kitabın təqdimatı və Azərbaycanşünaslıq auditoriyasının açılışı olacaq

31 Mart – Tarixi faciə və milli kimlik

Maqadanda Novruz bayramı qeyd olunub

Gəncədə ilk dəfə Aida İmanquliyeva adına uşaq bağçası istifadəyə verilib

Krasnoyarskda Novruz bayramı qeyd olunub

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Bütün xəbərlər