BAKU Azərbaycan
29.06 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Mədəniyyət Konsepsiyasının icrası ilə əlaqədar həyata keçirilən “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsindən izləyicilərə Xalq şairi, tərcüməçi, publisist Məmməd Arazın “Üç oğul anası” poeması təqdim olundu.

Məmməd Araz kimi tanıdığımız Azərbaycanın Xalq şairi Məmməd İnfil oğlu İbrahimov Naxçıvanın Şahbuz rayonunun Nursu kəndində anadan olmuşdur. Şeirlərinin qayəsi, mayası, əvvəli, axırı Azərbaycan, Azərbaycan və yenə də Azərbaycan olan şairin sözlərinə yazılmış və dillər əzbəri olan nəğmələri bu gün də radio-televiziya kanallarında, şənliklərdə və konsert salonlarında səsləndirilir.

 

Soruşdum birindən: – Şairəmmi mən?

Özüm ki, özümü öyə bilmərəm!

Cavabı asanca qopdu dilindən:

Hələ ölməmisən, deyə bilmərəm...

 

Poemaları, tərcümələri, şeirləri hər zaman oxunaqlı olan Məmməd Araz cismən aramızda olmasa da, yaradıcılığı və qoyub getdiyi irslə xalqın yaddaşında yaşayır. “Günahsız müqəssir”, “O yaşamır”, “Müharibə odası”, “Həzi burda doğulub”, “Müharibə olmasa”, “Köçəri quşlar” və saysız-hesabsız şeirlər, “Araz axır”, “Paslı qılınc”, “Mən də insan oldum”, “Əsgər qəbri”, “Atamın kitabı” və qısa bir hissəsini oxuculara təqdim edilən “Üç oğul anası” poemasında qələmindən süzülən bir çox fikir və yürütdüyü mülahizələr çox həzin və anlaşıqlı yazıldığından hər zaman kitabsevərlərin diqqətini özünə çəkmişdir.

“Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” kimi aforizmə dönən çox sayda misralar M.Arazın poeziyada və ictimai mühitdə onun dövlətinə, xalqına, Vətəninə olan böyük vətəndaş mövqeyini ortaya çıxarır.

Məmməd Araz “Üç oğul anası” poemasında zamanından, məkanından asılı olmayaraq müharibələrin vurduğu yaraların, minlərlə evlər, ailələr dağıdan, anaların son nəfəsədək övlad gözləyən ümidlərini dahiyanə qələmə almışdır.

Yazıçı Şahzadə İldrımın səsləndirdiyi poemadan bir parça oxuculara təqdim olunur.

 

 

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər