BAKU Azərbaycan
28.35 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Son dövrlər televiziyalarda yayımlanan şou proqramları ilə bağlı müəyyən qaydaların hazırlanması istiqamətində işlərin aparılması ümumilikdə müsbət addım kimi qiymətləndirilir. Televiziya cəmiyyətə təsir edən ən güclü informasiya və əyləncə vasitələrindən biri hesab olunur və bu səbəbdən efirdə yayımlanan verilişlərin məzmunu müəyyən etik və peşəkar normalara uyğun olmalıdır.

“İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev QHT.az-a açıqlamasında bildirib ki, bəzi hallarda şou proqramlarında şəxsi həyatın həddindən artıq müzakirə edilməsi, sensasiya xatirinə səviyyəsiz mövzulara yer verilməsi və etik qaydaların pozulması kimi hallar tamaşaçılar tərəfindən haqlı olaraq tənqid edilir. Onun sözlərinə görə, bu baxımdan qaydaların hazırlanması televiziya məkanında keyfiyyətin və məsuliyyətin artmasına kömək edə bilər.

O qeyd edib ki, belə qaydalar həm aparıcıların, həm də prodüserlərin məsuliyyətini artıraraq verilişlərin daha peşəkar şəkildə hazırlanmasına şərait yarada bilər. Eyni zamanda bu addım cəmiyyətin, xüsusilə uşaqların və yeniyetmələrin mənəvi mühitinin qorunmasına da müsbət təsir göstərə bilər. Onun fikrincə, şou proqramlarında etik davranış və istifadə olunan dil ilə bağlı konkret standartların müəyyənləşdirilməsi vacibdir.

Ramil Əliyev əlavə edib ki, verilişlərin məzmununa uyğun yaş məhdudiyyətlərinin tətbiqi və bəzi mövzuların daha gec saatlarda yayımlanması da faydalı addım ola bilər. Bununla yanaşı, televiziya proqramlarında yalnız qalmaqal xarakterli mövzulara deyil, maarifləndirici və mədəni məzmunlara da daha çox yer verilməsi məqsədəuyğundur.

O vurğulayıb ki, tamaşaçıların rəy və təkliflərinin nəzərə alınması üçün xüsusi mexanizmlərin yaradılması da televiziya məkanının inkişafına töhfə verə bilər. QHT sədrinin sözlərinə görə, şou proqramları ilə bağlı qaydaların tətbiqi senzura məqsədi daşımamalı, əsas məqsəd keyfiyyətli, etik və cəmiyyət üçün faydalı televiziya mühitinin formalaşdırılması olmalıdır.

Fatimə Nəbiyeva

Son xəbərlər

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Binəqədidə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti tərbir keçirilib

Bütün xəbərlər