
Cəmiyyət
26.07.2022 / 11:30
Bu Polis Bölməsinə yeni rəis təyin edildi
Daxili işlər orqanlarında növbəti kadr dəyişikliyi olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis polkovnik-leytenantı Tural Nəzərov Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin rəisi təyin edilib. O, bu təyinata qədər - keçən ilin aprel ayından etibarən həmin bölmədə rəis müavini vəzifəsini tuturdu.
Qeyd edək ki, Tural Nəzərov daha əvvəl Daxili İşlər Nazirliyində çalışıb.