
Dünya
21.07.2022 / 15:08
Azərbaycan, Türkiyə və Özbəkistan XİN başçıları görüşəcək
Daşkənddə Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər nazirləri və nəqliyyat nazirlərinin görüşü olacaq.
"Xeber 7" Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Çavuşoğlu qeyd edib ki, oxşar görüş bir müddət əvvəl Bakıda Azərbyacan, Türkiyə və Qazaxıstan xarici işlər nazirləri və nəqliyyat nazirləri arasında keçirilib.