BAKU Azərbaycan
25.63 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Martın 5-də Azərbaycan Respublikasının ərazisinə qarşı İran İslam Respublikası tərəfindən həyata keçirilən dron hücumları qətiyyətlə pislənilməlidir. Bu hadisə regionda sülh və təhlükəsizliyə ciddi təhdid olmaqla yanaşı, beynəlxalq hüququn və dövlətlərin ərazi bütövlüyü prinsipinin açıq şəkildə pozulmasıdır”. Bu fikirləri saytımıza YAP İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli bildirib.

YAP rəsmisi deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasının keçirilməsi dövlətimizin məsələyə nə qədər ciddi yanaşdığını göstərir: “Naxçıvan Beynəlxalq Hava Limanının, onun terminal binasının, eləcə də məktəb və digər mülki obyektlərin namərd atəşə tutulması xüsusilə narahatedicidir. Mülki infrastruktura qarşı belə hücumların həyata keçirilməsi qəbuledilməzdir və bunu törədənlər beynəlxalq hüquq qarşısında cavab verməlidirlər.

Azərbaycan dövləti hər zaman regionda sabitliyin, qarşılıqlı hörmətin və mehriban qonşuluq münasibətlərinin tərəfdarı olub. Lakin dövlətimizin təhlükəsizliyi və vətəndaşlarımızın həyatı məsələsində heç bir güzəşt ola bilməz. Bu baxımdan Azərbaycan tərəfinin İran rəsmilərindən rəsmi izahat tələb etməsi, baş vermiş hadisəyə görə üzr istənilməsini və bu terror aktını törədən şəxslərin məsuliyyətə cəlb olunmasını tələb etməsi tamamilə haqlı və əsaslı mövqedir”.

Onun fikrincə, regionda gərginliyin artmasına səbəb ola biləcək belə addımlar qəbuledilməzdir: “İran tərəfi baş vermiş hadisəyə aydınlıq gətirməli, məsul şəxslər müəyyənləşdirilməli və cəzalandırılmalıdır. Bu, həm də gələcəkdə oxşar təxribatların qarşısının alınması baxımından vacibdir.

Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır. Eyni zamanda beynəlxalq ictimaiyyət də mülki obyektlərə qarşı həyata keçirilən bu kimi hücumlara prinsipial münasibət bildirməli, terror və təxribat xarakterli addımları qətiyyətlə pisləməlidir.

Azərbaycan regionda sülhün və sabitliyin tərəfdarı olaraq qalır. Lakin ölkəmizə qarşı yönəlmiş hər hansı təhlükə və ya təhdidə qarşı qətiyyətli mövqe nümayiş etdirilməsi dövlətimizin dəyişməz prinsipidir”.

Son xəbərlər

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

“Həqiqəti demək borcumdur: mənim tanıdığım Adil Əliyev”

Eko Aləm İctimai Birliyi Hacıqabul və Çala göllərində araşdırmalar həyata keçirib

Şneor Seqal və onun kimi düşünənlər anlamalıdırlar ki, Azərbaycan kiminsə şəxsi dini laboratoriyası deyil

Daşkənddə muğam və makom dərsi təşkil olunub

Bütün xəbərlər